Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə Azərbaycan rəsmiləri də münasibət bildirib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib. Onun sözlərinə görə, qəbul edilən qətnamə Qərbdəki bəzi islamofob, ermənipərəst dairələrin Avropa Parlamentinə təzyiqinin nəticəsidir.
O, qətnamədə adları qeyd olunan şəxslərin Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını nəzərə çatdırıb və qeyd edib ki, konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir.
Əli Həsənov Avropa Parlamentinin son qətnaməsinin Azərbaycan-Avropa əlaqələrinə təsirindən danışarkən bildirib ki, Azərbaycan əməkdaşlığı davam etdirmək niyyətindədir. “Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək”.Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov da bu qətnaməni ədalətsiz, qərəzli və yersiz adlandırıb.
Onun sözlərinə görə, sözügedən qətnamə azərbaycanlıların Avropa dəyərlərinə inamını azaldır. “Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara göstərilən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var”, deyən Əli Əhmədov milli mənafenin Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha əhəmiyyətli olduğunu bildirib.Sentyabrın 10-da Avropa Parlamentinin qəbul etdiyi qətnamədə “bütün siyasi məhbusların, insan haqları müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının dərhal və şərtsiz azadlığa buraxılmasına" çağırılır, ölkədə insan haqlarının pozulduğu iddia edilir.
Sənəddə Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Kişilərin ata olmaq şansını azaldan faktorlar
Ona səbəb göstərin!
Lampalar bizi izləyəcək
Namazdan sonra hansı duaları oxumaq lazımdır?
3 milyonluq marka
Günün ulduz falı - 16.12.2013
Rusiyada qazın qiyməti qalxdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
Koronavirusa qarşı təbii vasitə aşkarlanıb
Hava necə olacaq?
Saakaşvili Ukraynanın baş naziri olacaq
Məşhur aktrisanın övladı tələf oldu
Gül formalı ananas (foto resept)
“Qarabağın məşhur müəllimləri” – Xudu Məmmədov
Qadın güləşçilərimiz 7 medal qazandı
HAVA necə olacaq?- 24 MART
Gələn ildən xəz dəri satışı QADAДћAN OLUNACAQ
Mikroskop altında böyüdülmüş 20 görüntü
İllər sonra eyni seriala çəkildilər
Abituriyentlər üçün bəd xəbər?
İsveçrənin əyaləti hicabı yasaqladı
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Alınmış biletlərin əvəzinə yenisi verilə bilər - RƏSMİ
İrandan şok açıqlama
Şirkətimiz reytinqdə birincidir
İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
"Körpə gəzintidə" filmi gerçək oldu
Bu günün tarixi (03.09.2014)
HAVA necə olacaq?- 6 APREL
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
Sürətlə şığıyan Ford Mustang - FOTO
HAVA necə olacaq?-17 Sentyabr
Sevimli salat (foto resept)
Prezidentdən yeni təyinatlar
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Türkiyə sənətkarlarının tarixi şəkilləri
700 manata da buket varmış - FOTO
Girovlarla bağlı bəyanat
Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı
Ötən ilin ən yaxşı smartfonu açıqlandı
5-dən çox uşağı olan ailələrə müavinət veriləcək
70-ci illərdə saç və geyim tərzi
Azərbaycanın adı dünyaca məşhur serialda
Kələm salatı (foto resept)
Oskar mərasimindən ən yadda qalan geyimlər
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Azərbaycanda dərmanlar bahalaşır?














