Martın 8-i - Beynəlxalq Qadınlar Günü yaxınlaşdıqca gül-çiçək və hədiyyə mağazalarında müştərilərin sayı artır, alış-veriş canlanır. Vəziyyətdən istifadə edən Bakı gülsatanları da satışa çıxardıqları güllərin qiymətini qaldırırlar. Şəhərin mərkəzi mağazalarında dəbdəbəli gül buketlərinin qiyməti 500-700 manata çatır. Həm də təkcə gül deyil, parfümeriya və hədiyyələrin də qiyməti süni şəkildə şişirdilir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, artıq şəhərin müxtəlif yerlərində bir neçə günlük yaradılan gül köşkləri gözə dəyir. Bəzi satıcılar mövsümi mallarını gül-çiçəyə dəyişiblər. Metro stansiyalarının yaxınlığında qurulan bayram çadırlarında da gül satışı üçün xüsusi guşələr ayrılıb. Satıcıların sözlərinə görə, "8 Mart" münasibətilə hədiyyə alanların bir çoxu artıq indidən sifarişlərini veriblər. Bu bayramı ötən illərdən fərqləndirən ən maraqlı məqam qızılgüllərin demək olar ki, satışdan yığışmasıdır. Bu güllərin öz yerini müxtəlif dibçək güllərinə verdiyini satıcılar da təsdiqləyirlər.
"Qızılgülü alan yoxdur, hamı dibçəkdə gül alır"
Heydər Əliyev prospektində yerləşən gül mağazasının sahibi Nurlan Dadaşov deyir ki, hazırda ən çox satılan qızılgül və digər gül buketləri deyil, dibçək gülləridir. Adi günlərdə alıcılar daha çox büdcələrinə uyğun, qiyməti münasib olan güllərə üstünlük verirlərsə, bayramda kişilər "özlərini toplayıb" daha çox orxideya və digər bahalı güllər alırlar: "Ən çox alınan güllər orxideyalardır. Bu gül hədiyyə aləmində kraldır. Elə salonda satılan ən bahalı gül də orxideyadır. Bu gülün torpaqsız, şüşə qabda əkilən növü 160-200 manatdır. Onun müxtəlif növləri var: arka şəkilli orxideya, spiral orxideya növləri var. Bundan başqa, "Anturium", "Quzmaniya", bənövşə də ən çox sifariş olunan güllər sırasındadır".
Satıcının sözlərinə görə, mağazadakı güllərin əksəriyyəti Hollandiyadan gətirilir. Lakin bununla yanaşı Azərbaycanda yetişdirilən güllər də satışa çıxarılıb. Lakin bu güllər həm qiymətinə, həm də keyfiyyətinə görə seçilir. Məsələn, dibçəkdə əkilən yerli bənövşənin qiyməti 7 manatdırsa, Hollandiyadan gətirilən bu gülün qiyməti isə 12 manatdır.
Mağazada ən ucuz güllərin qiyməti 5 manatdır. Bunlar kiçik dibçəkdə əkilmiş çobanyastığı və "Spasifilium"dur. Dibçəkdə əkilmiş daha böyük "Spasifilium" bitkisinin qiyməti isə 15, 23 və 84 manata qədərdir.
Satıcı deyir ki, bu il ötən illərdən fərqli olaraq ölkəyə qara orxideyanı gətirməkdən vaz keçib. Səbəb isə devalvasiya və qiymət artımından sonra gülün baha başa gəlməsidir: "Əvvəllər xüsusi olaraq "8 Mart" üçün qara orxideya gətiriridik. Bu çox orijinal güldür. Bəzən orxideyanı rəngləyirlər, amma bu təbii olmur. Bizim gətirdiyimiz isə təbii orxideya idi. Bu güllər adi orxideyadan təxminən 20 manat bahadır. Biz əgər bu gülləri gətirsək, onları 60-70 manata satarıq. Amma risk edib gətirə bilmirik. Çünki indi insanların maddi vəziyyəti yaxşı deyil. Əgər sata bilməsək üstümüzdə qalacaq və satış görkəmini itirəcək. Əgər görünüşünü itirirsə, heç kimi inandıra bilmərik ki, bu təbii güldür".
Müsahibimiz onu da bildirir ki, əvvəllər bir neçə ünvanda satış mərkəzlərinin olduğunu desə də, artıq gül biznesinin gəlir gətirmədiyinə deyir: "Gül biznesi ilə uzun illərdir məşğulam, doğrudur, bahalı güllər və buketlər ildən-ilə çoxalır, amma gül satışı getdikcə daha az gəlir gətirir. Həm də bu sahəni monopoliyaya alıblar deyə şəhərin mərkəzində iki mağazamızı bağlamalı olduq. Müxtəlif dövlət təşkilatlarından sifariş alıb gül çatdırmışıq, amma hələ də pulumuzu ala bilmirik", - deyə Nurlan Dadaşov bildirir.
"Ancaq Hollandiyadan gül gəlir, qalanlar öz güllərimizdir"
Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən gül mağazasının əməkdaşı Vüqar Mirzəyev isə daha çox yerli güllərin satışına üstünlük verdiklərini deyir. Onun sözlərinə görə, Hollandiyadan gətirilən güllər olsa da, mağazadakı əksər güllər yerli bənövşə və çobanyastığıdır.
"Əvvəllər Hollandiyadan, Türkiyədən və başqa ölkələrdən çoxlu güllər gətirilirdi. İndi daha sərf eləmir, üstünlüyü yerli güllərə veririk. Həm də alıcılıq qabiliyyətinin aşağı olması bahalı gül gətirməyə imkan vermir. Bizdə şəhər mərkəzi olmadığına görə daha çox ucuz güllər, əsasən də çobanyastığı çiçəyi satılır. Bura süni rənglənmiş mavi, sarı, qırmızı güllər aiddir", - deyə satıcı bildirir.
Bu güllərin bir dənəsi 2-3 manat arasında dəyişir. Amma bununla belə mağazada Hollandiyadan gətirilmiş orxideya və quzmaniyaya da rast gəldik. Burada ən bahalı güllər isə əvvəlcədən sifarişlə hazırlanan gül səbətləridir. İçərisində gülün uzun müddət qalması üçün xüsusi su qabı yerləşdirilən bu səbətlər əlavə bəzəkdən asılı olaraq 30-35 manatdır.
Metronun "28 May" stansiyasının yaxınlığında təzə açılan gül mağazalarında da demək olar ki, eyni gül növlərinə və qiymətlərə rast gəldik. Burada qurulan çadırda gül satışı ilə məşğul olan Qoca Veysəlov alverdən şikayət etməsə də, 2 gündən sonra daha çox canlanacağını deyir: "Yəqin ki, iki günə alver lap canlanacaq. Bizim də qazancımız ildə iki dəfə olur: bir 8 martda, bir də sentyabrın 15-də. Qalan vaxtlar kimdir gül alan? O qədər çox alıcı olmasa da, pis deyil satışımız olur. Hər gün satdığımız güllərin əvəzinə yenilərini gətiririk. Qiymətlərimiz də 5 manatdan 60 manata qədər davam edir. Ən çox satılan dibçək gülləri, qiyməti 15 manata olan "Dekabrist" və çobanyastığıdır. Daha qızıllgüllərə əvvəlki kimi maraq yoxdur", - deyə satıcı bildirir.
Burada da ən bahalı güllər çiçəkləri süni şəkildə müxtəlif rənglərlə rənglənmiş orxideyalardır. Üç budaqlı orxideyanın qiyməti 35 manat, iki budaqlı 30 manat, tək budaq isə 15-20 manatdır. Bu gülün mavi çiçəyi olan növü isə 60 manat təklif olunur.
"Bir dəstə gülə yarım aylıq maaş xərcləyənləri başa düşmürəm..."
Satıcı ilə söhbət zamanı alıcılardan biri yaxınlaşaraq qiymətlərlə maraqlanır və martın 8-ə qədər qiymətlərin qalxma ehtimalı olub-olmadığını soruşur. Bizi də maraqlandıran bu suala cavab olaraq satıcı bildirir ki, qiymətin qalxması onlardan asılı deyil: "Qiyməti mən müəyyən eləmirəm, bazar müəyyən edir. Əgər mən bu gülləri gətirdiyim yerdə qiyməti qaldırsalar, mən də qaldıraram. Qaldırmasalar elə bu qiymətə olacaq", - deyə həmsöhbətimiz bildirir.
Alıcılar gül və hədiyyə qiymətlərinin baha olmasından gileylənsələr də, güllərin dibçəkdə satılması onları qane edir: "Mən gülləri sevirəm, amma 3-4 günə solan bir dəstə gülə yarım aylıq maaşı xərcləyənləri başa düşmürəm. Yenə yaxşı ki indi güllərin çoxu dibçəkdədir. Bunlara yaxşı qulluq eləsələr uzun müddət qalar, verdiyin pul da hədər getməz", - deyə nəvəsinin müəlliminə gül sifariş etmək üçün gələn Nəsibə Xəlilova bildirir.
Bakının tanınmış mağazalarda gül buketlərinin və səbətlərin qiymətləri adi mağazalardan 10-15 dəfə bahadır. Məsələn, "Bouquet" mağazasının internet səhifəsində ortabab gül buketinin qiyməti 200-300 manatdır. Buradan daha dəbdəbəli gül sifariş etmək istəyənlər isə 500-700 manat xərcləməlidirlər.
XƏBƏR LENTİ
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir - VİDEO
Həkimlərə müjdə - maaşları artırıldı!
Van Qoqun 5 tablosunun tarixi
Qəhvə içərkən iki dəfə düşünün
Saç telindən hörümçək ipəyinə
Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ
Qarabağ həsrəti
Yeni ili sağlam qarşılayın
Səhərlər idman etməyin faydaları
Tuba Büyüküstün rejissorla eşq yaşayır?
Günün ulduz falı
Yağış yağacaq, külək əsəcək...
Azərbaycanda ərzağa hər ay nə qədər xərclənir?
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI
Payız fəsli üçün geyimlər
Nərgiz Paşayeva mükafata layiq görüldü
Nobelin son sahibindən maraqlı əhvalatlar
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
Gəlin-qayınana problemlərinin səbəbləri
Xəzər dənizində zəlzələ oldu
Ümidsizlik
Xanımlarımız portuqaliyalı həmkarlarını qabaqlayıblar
“Survivor”dakı o villanın sahibi məlum oldu - VİDEO
Günün qoroskopu:Bədxərclik etməyin!
Bu müəllimlərin əməkhaqqı artırıldı
İslamiadanın açılış günü stadiona belə gedə bilərsiniz
Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım - FOTO
Engin Altana hücüm etdilər
Viktoriya Bekhemdən xəyanət açıqlaması
Marsda itmiş kosmik cihaz
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
"WhatsApp"dan göndərilən bütün mesajlarınız şifrələnir
Osmanlı imperiyasının qəribə adətləri
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Kələm turşusu (foto resept)
"Qarabağ" azarkeşlərinə çox pis xəbər
HAVA necə olacaq?-16 Sentyabr
Sevginin qarşılığında qazandıqlarımız
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ
Sürücülər üçün unikal yenilik
Emreye fırça uzadan şəxs AÇIQLAMA VERDİ
Acı badam zəhərlimidir?
Cütlüklərin əl-ələ tutma formasına görə münasibət dəyərləndirməsi
Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin reytinqi necə olmalıdır?
Hava haqqında - 06.09.2013
Ayaq dırnağı necə kəsilir?














