Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən bu ilin iyul ayında dövlət başçısının sərəncamı ilə mənzil almış jurnalistlərə evlərin orderlərinin təqdimatı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə KİVDF və Mətbuat Şurasının üzvləri, media orqanlarının rəhbərləri iştirak ediblər. Tədbirdə Azərbaycanda KİV-in inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bu istiqamətdə dövlət konsepsiyasının qəbul olunduğu, KİVDF-nin yaradıldığı, dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının inşa olunduğu vurğulanıb. Qeyd edilib ki, prezident İlham Əliyev jurnalistlər üçün binanın təməlinin qoyulmasında və açılışında iştirak edib. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2010-cu ildə prezident İ.Əliyevin sərəncamı ilə evin inşasına başlanıb. Bu il 22 iyul - Milli Mətbuat günündə binanın açılışı olub və ikinci binanın təməli qoyulub. Bina tam təmirlidir və sənədləşmə ilə bağlı dövlət aktı qəbul olunub. Ə.Həsənov dövlət başçısı tərəfindən jurnalistlər üçün tikiləcək yeni binanın təməlini qoyulduğunu, 2015-ci ildə jurnalistlərə yenə mənzillər veriləcəyini bildirib: “Ümid edirəm ki, jurnalistikamızda xidmətləri olan jurnalistləri sevindirəcəyik”. O, fərdi jurnalist yazı müsabiqəsində qalib gələnləri də təbrik edib. Daha sonra qeyd olunub ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub. Müsabiqə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb. Sonda jurnalistlərə mənzillərin sənədləri və yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Mənbə: Lent. Az

XƏBƏR LENTİ
Qapının zəngi...
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
Təmirə bağlanan yol açıldı
BMT xəbərdarlıq edir: BELƏ İSTİLƏR NORMAYA ÇEVRİLƏ BİLƏR
Xəbəriniz olsun!
Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub?
Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam verdi
Nəqliyyatı pulsuz olan ölkələr
Pakistanda güclü zəlzələ, Azərbaycan da silkələndi
Şvartsenegger əməliyyat olundu
Çilçıraq modelləri
Sadə tutmac (foto-resept)
Toxumağı öyrənək. Dərs 4
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Ceki Çandan gözlənilən AÇIQLAMA- FOTO
Yataq örtükləri
Günün ulduz falı
Azərbaycanda körpələrə qiymətli metal və daş-qaş adı qoyuldu - SİYAHI
Qadınlar sevgi, kişilər seks arxasınca qaçır – PSİXOLOJİ TƏHLİL
Arıqlama həblərinə diqqət!
Sağlam və cavan qalmaq üçün bu tərəvəzi yeyin
Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı
Məhəbbət və dostluq
Millət vəkili: "Maaşlar artırılmalıdır"
Prezident İlham Əliyevə siyahı göndərildi
Uçmaq qorxusu: onlar qışqırır, hətta dalaşa bilərlər
Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - VİDEO
Saçımızda təbii gül
Roqaliki (foto resept)
Azərbaycanda ev tikməyin çətinlikləri
Messi Ronaldoya çatdı
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
H&M qadın geyimləri
Everestə qalxmaq ucuzlaşdı
Nyu-York moda həftəsinin ən yaxşı 20 çantası
Naxçıvanda Kətə festivalı keçirilir
Sılanın döyülməsi yalan çıxdı-FOTO
"Qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"
Ərdoğan: “Qara dənizdə Türkiyə tarixində ən böyük təbii qaz yatağı kəşf edildi” - VİDEO
Beyin funksiyalarının pozğunluğu
Mavi çayın faydası və zərəri
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
"Notariat haqqında" Qanuna dəyişiklik edildi
Şaftalı pirojnası (foto-resept)
Bakıya duman gələcək, külək əsəcək
DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hava haqqında - 10.03.2014
Daha bir sərnişin təyyarəsi partladıldı

- ŞƏRHLƏR