Əziz Qadin.Netli xanımlar, bu dəfə sizi 1960-cı illərin moda ikonu olan Tviqqi ilə tanış etmək istəyirəm. 1960-cı illərdə hər bir gənc xanım onun kimi makiyaj etmək, onun kimi saçını kəsdirmək istəyirdi. Mavi gözlü, sarışın saçlı bu xanım məsum görünüşü ilə hamının sevgisini qazanmışdı. 19 sentyabr 1949-cu ildə Londonda dünyaya gələn Tviqqinin əsl adı Lesli Xornbidir, Tviqqi adı uşaqlıqdan ona qoyulan ləqəbdir. Tviqqini 15 yaşında Ustin de Villeneuve kəşf edir və o, liseyi tərk edib bir gözəllik salonunda işləməyə başlayır. De Villeneuve Leslinin saçlarını qısaldaraq ona yəni bir tərz yaradaraq şəkillərini çəkir və 16 yaşında onu super modelə çevirir. Hətta Lesliyə "Sən incə bir fidan kimi görünürsən" deyib ona dünyanın ilk super modeli olaraq tanıdığımız "Tviqqi" ləqəbini verir.
Artıq Tviqqi bütün dünyada məşhurdur. O, "Daily Express" tərəfindən 1966-ci ilin üzü seçilir və hər kəs onun kimi olmaq istəyir. Professional həyatda gənc yaşlarında uğurlar qazanan Tviqqi 20 yaşında modellik sənətinə son qoyaraq aktrisalıq karyerasına başlayır. İlk dəfə olaraq 1970-ci ildə Ken Russellin "Boy Friend" filmində rol alır. Səhnə və televiziya karyerasında bacarıqlı aktrisa olan Tviqqi iki dəfə "Qızıl Qlobus" mükafatını qazanır. Tviqqi musiqi həyatında da çox uğurlar qazanıb. O, pop, rok, disko janrında albomlar buraxaraq "Gümüş disk" mükafatını qazanır.
Tviqqi hələ balaca yaşlarında moda ilə maraqlanaraq paltarlarını özü hazırlayır, özü də tikirdi. Modanın təkcə zəngin insanlar üçün deyil, hər kəs üçün olduğunu deyirdi. Tviqqinin 60-ci illərdə Mary Quant ilə dostluğu var idi. Marinin hazırladığı qısa ətək modellərini ilk dəfə Tviqqi geyinərək təqdim etmişdi.
Tviqqinin tez-tez istifadə etdiyi geyimlər çuval tərzli geyimlər olub. Yaxası iri düyməli, cibli, rəngarəng olan bu geyimləri Tviqqi çox sevir. Bu xanım bər-bəzəkli, cazibədar paltarlar əvəzinə, qısa, sadə geyimlərə üstünlük verir. Bəzən isə ciddi düyməli köynəklərdən, qalstuklardan istifadə edirmiş. Ölümsüz gözəlliyi, iri gözləri, bacarıqlı aktrisalığı, müğənniliyi ilə əfsanə olan Tviqqi hələ də öz zərifliyini və gözəlliyini itirməyib.
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR