Qadin.NET / 60-cı illərin əfsanəsi - Tviqqi

60-cı illərin əfsanəsi - Tviqqi

60-cı illərin əfsanəsi - Tviqqi

Əziz Qadin.Netli xanımlar, bu dəfə sizi 1960-cı illərin moda ikonu olan Tviqqi ilə tanış etmək istəyirəm. 1960-cı illərdə hər bir gənc xanım onun kimi makiyaj etmək, onun kimi saçını kəsdirmək istəyirdi. Mavi gözlü, sarışın saçlı bu xanım məsum görünüşü ilə hamının  sevgisini qazanmışdı. 19 sentyabr 1949-cu ildə Londonda dünyaya gələn Tviqqinin əsl adı Lesli Xornbidir, Tviqqi adı uşaqlıqdan ona qoyulan ləqəbdir. Tviqqini 15  yaşında Ustin de Villeneuve kəşf edir və o, liseyi tərk edib bir gözəllik salonunda işləməyə  başlayır. De Villeneuve Leslinin saçlarını qısaldaraq ona yəni bir tərz yaradaraq şəkillərini çəkir və 16 yaşında onu super modelə  çevirir. Hətta Lesliyə "Sən incə bir fidan kimi görünürsən" deyib ona dünyanın ilk super modeli olaraq tanıdığımız "Tviqqi" ləqəbini verir.

60-cı illərin əfsanəsi - Tviqqi
60-cı illərin əfsanəsi - Tviqqi

Artıq Tviqqi bütün dünyada məşhurdur. O, "Daily Express"  tərəfindən 1966-ci ilin üzü seçilir və hər kəs onun kimi olmaq istəyir. Professional həyatda gənc yaşlarında uğurlar qazanan Tviqqi 20 yaşında modellik sənətinə son qoyaraq aktrisalıq karyerasına başlayır. İlk dəfə olaraq 1970-ci  ildə Ken Russellin "Boy Friend" filmində rol alır. Səhnə və  televiziya karyerasında bacarıqlı aktrisa olan Tviqqi  iki dəfə "Qızıl Qlobus" mükafatını qazanır. Tviqqi musiqi həyatında da çox uğurlar qazanıb. O, pop, rok, disko janrında albomlar  buraxaraq "Gümüş disk" mükafatını qazanır.

60-cı illərin əfsanəsi - Tviqqi
60-cı illərin əfsanəsi - Tviqqi

Tviqqi hələ balaca yaşlarında moda ilə maraqlanaraq paltarlarını özü hazırlayır, özü də  tikirdi. Modanın təkcə zəngin insanlar üçün  deyil, hər kəs üçün olduğunu deyirdi. Tviqqinin 60-ci illərdə Mary Quant ilə dostluğu var idi. Marinin hazırladığı qısa ətək modellərini ilk  dəfə Tviqqi geyinərək təqdim etmişdi.

 

60-cı illərin əfsanəsi - Tviqqi

 

60-cı illərin əfsanəsi - Tviqqi


Tviqqinin tez-tez istifadə etdiyi geyimlər çuval tərzli geyimlər olub. Yaxası iri düyməli, cibli, rəngarəng olan bu geyimləri Tviqqi çox sevir. Bu xanım bər-bəzəkli, cazibədar paltarlar əvəzinə, qısa, sadə geyimlərə üstünlük verir. Bəzən isə ciddi düyməli köynəklərdən, qalstuklardan istifadə edirmiş. Ölümsüz gözəlliyi, iri gözləri, bacarıqlı aktrisalığı, müğənniliyi  ilə əfsanə olan Tviqqi hələ də öz zərifliyini və gözəlliyini itirməyib.

 

60-cı illərin əfsanəsi - Tviqqi


60-cı illərin əfsanəsi - Tviqqi
18 mart 2016
GO BACK