Eşq çox qəribə bir hissdir. Onu ilk dəfə gördüyünüz anı yadınıza salın. Çox güman ki, əksəriyyətiniz belə düşünmüşdünüz: “Budur, mənim adamım məhz budur!” Bəlkə də bu, nə ilk baxışdan sevgi, nə də ki, kinolarda göstərilən romantik qarşılaşmaların təcəssümüdür. Bu, sadəcə olaraq sonradan səni özünə məhkum edəcək eşqin sehrli bir tilsimidir. Görəsən, niyə belə düşünürük, hə? Axı həmin anda biz o insanı tanımırdıq, nə şəxsi keyfiyyətlərinə bələd idik, nə də ki, xarici görünüşü və davranışları barədə çox da detallı incələmə etməmişdik. Bir hiss – sadəcə çox qəribə bir hiss dolur içinə və sən həmin andaca əmin olursan ki, budur mənim gözlədiyim şəxs. Maraqlısı odur ki, həmin anda qəribə bir doğmalıq hissi də keçirirsən. Sanki sən o insanı illərdir tanıyırmışsan və ya daha öncə hardasa görmüsən, uzun zamandır da axtarırmışsan.
Elmi araşırmalar göstərir ki, insanlar, həqiqətən də ya özünə, ya da əks-cinsdən olan valideyninə (kişidirsə, anasına, qadındırsa, atasına) oxşayan birinə aşiq olurlar. Diqqət etsəniz, görəcəksiniz ki, əksər kişilərin seçimi, qeyri-iradi olsa da öz analarına oxşayan qadınlar olur. Qadınlar da öz növbəsində, atalarına oxşayan kişilərə maraq göstərirlər.
2013-cü ildə belə bir eksperiment aparılır: bir qrup insana əks cinsin şəkli göstərilir (potensial partnyor olaraq). Lakin şəkillərdəki şəxslərin siması ya eksperimentdə iştirak edən şəxsin öz simasından ya da tamam fərqli bir şəxsin üz cizgilərindən detallar götürülərək qrafik formada dəyişdirilir. Eksperimentin həm qadın, həm də kişi iştirakçıları ilk olaraq öz simalarından istifadə edilmiş şəkli cəlbedici hesab edirlər. Demək, öz simamız bizə daha doğma, əziz və sevimlidir deyə bizə oxşayan biri də bizə daha sevimli gəlir.
Alimlər, həmçinin bildirirlər ki, insanlar daha çox öz regionundan, yaşadığı, böyüdüyü mədəniyyətə yaxın biri ilə münasibət qurmağa üstünlük verirlər. Çünki fikir oxşarlığı münasibətilərin davamlılğı üçün çox önəmlidir.
Müasir dövrdə, virtual münasibətlərin inkişaf etdiyi, həm də insanların daha fərqli düşünməyə başladığı bir zamanda insanlar sevgi münasibətlərində eyni bölgədən olmaq, eyni dildə danışmaq, eyni mədəni irsə sahib olmaq kimi detallara çox da üstünlük verməyə bilirlər. Lakin sevgi yenə də sevgidir, hiss yenə də hissdir. Əslində, elm həm də onu deyir ki, əks qüvvələr bir-birini cəlb edir. Ancaq görünür, sevgidə bu, çox da belə deyilmiş. Nə qədər dəyişsək də, fərqli düşünsək də, dünyaya inteqrasiya etsək də biz yenə də öz dünya görüşümüz, fikrilərimiz, həyatı qavrama tərzimizə uyğun olan insanla ömrümüzü paylamaq istəyirik. Bu, bizim şürumuzun məhsuludur. Lakin bir də xarici görünüşcə oxşarlıq var və aydın olan budur ki, qeyri-şuuri olsa da biz xarici görünüşdə də özümüzə bənzəyən birini sevirik. Təbii ki, istisnalar hər zaman olub, olacaq da.
Tədqiqatlar göstərir ki, uzun illər birlikdə olan cütlüklərdə həm fiziki, həm də mənəvi baxımdan oxşarlıqlar illər keçdikcə daha da artmağa başlayır. Xarakter oxşarlığı ayna effektindən (insanların bir-birilərinə məxsus özəllikləri mənimsəməsi və təkrarlaması) yaranır. Yəni, insan sevdiyi şəxsin vərdişlərini, hətta bədən dilini belə mənimsəməyə başlayır.
Bəli, bəli, sevdiyi şəxsin. Bilmirəm, alimlər bunu da araşdırıb, yoxsa, yox, amma mən hesab edirəm ki, sağlam və uzunömürlü münasibətlərin qurulmasında sevgi çox böyük əhəmiyyət yükünə malikdir. Sevgi bölüşməkdir. Doğulduğun andan bəri aşiq olduğun “öz”ünü illər sonra tapdığın “o” ilə bölüşmək. Sevgi – əzabını belə sevəcək dərəcədə gözəl bir şeydir. Odur ki, sevməkdən heç vaxt qorxmayın, eşq möhtəşəmdir.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Peçenyeli şokolad tortu (foto-resept)
Hamiləlikdən əvvəl cütlüklərə qızıl nəsihətlər -
Doğulacaq körpənin cinsiyyəti bal ayında məlum oldu-FOTO
Günəşdə baş verən güclü partlayış Yerdə qasırğalara səbəb olub
Android-li telefonlardan pul oğurlanır
Instagram-da Direct bağlanacaq
Sabahın HAVAsı
Kuçma: "Dünya Qarabağ münaqişəsi ilə barışıb"
Azərbaycan Monteneqroda kurort tikir
Yaşınıza uyğun ətriniz
Zəncirotunun xeyri və zərəri
İlin ən etibarsız parolları açıqlandı
Ermənilərin "parlament" şousu
Evdə frappe qəhvə (foto-resept)
Azərbaycanda imkansız ailələrə xoş xəbər
Rusiyaya qarşı sanksiyalara daha 6 ölkə qouldu
Qadınlarda menopauza və müalicəsi
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
Çavuşoğlu və Lavrov Qarabağdan danışdı
Bu şəxslərə 60 manat pul veriləcək - Əli Əsədovdan MÜHÜM QƏRAR
Bill Gatesdən 9 liderlik sirri
Günün ulduz falı
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
"Ən cəlbedici kişi"...
Əməliyyat olunan Səudiyyə kralı evə buraxılıb
Bu dünyanı uşaqlar xilas edəcək!
İlk görüş
Moskvada azərbaycanlı rəssam Rasim Babayevin “Həqiqət axtarışında” adlı sərgisinin açılışı olub
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
Hicablı makiyaj ustası
Qadınların fəallığını artırmaq lazımdır
Azərbaycan hərbçiləri sertifikat aldı
Oteldən küçəyə pul səpələndi-FOTO
Neslihan düşərgəni zibillərdən təmizlədi-FOTO
Badamla gözəlləşin
Kikboksçu Ramal Aslanov dünya çempionu oldu
Bu ərazidə iki gün işıq olmayacaq
Ev işləri kalori yandırmağa kömək edirmi?
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı AÇIQLAMA
"Braziliyaya dünya çempionu olmaq üçün gəlmişik"
Planşet satışı 15 faiz azalıb
Sabahın HAVAsı
Hərəkət edən heykəl
Allergiya nədir?
Murad və Hande barışdı?
Şəhid zabitimizin görə bilmədiyi oğluna onun adı verildi
ASAN xidmət lisenziyaların verilməsinə başladı
Kök şorbası
