Gecə saatlarından başlayan leysan yağışları Lənkəran və Masallı rayonlarında problemlərə səbəb olub. APA-nın məlumatına görə, hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb. Leysan yağışları nəticəsində Lənkərançayda və ərazilərdə mövcud olan çaylarda, kanallarda və suaxar arxlarda güclü selin əmələ gəlməsi nəticəsində Yuxarı Nüvədi və Sütəmurdov kəndlərində sahilyanı evlər su altında qalıb, həmin ərazidə 18 evin sakinləri köçürülüb.Bürcəli çayının daşması nəticəsində çay sahili boyu 15 evi və həyətləri su basıb. Şürük kəndi ərazisində məhəllədaxili kiçik çayların daşması nəticəsində 20 ev su altında qalıb.İstisu qəsəbəsində çayın daşması nəticəsində çay sahili evlər su altında qaldığından 100 ailə təhlükəsiz yerə köçürülüb. Qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı körpü, Havzava kəndində digər dəmir-beton konstruksiyalı körpü uçub.Girdəni kəndi ərazisində Girdəniçayı daşaraq, sahildəki evləri ağuşuna alıb. Hazırda həmin ərazidən 200 evin sakinlərinin köçürülməsinə başlanılıb. Selin səviyyəsi artmaqda davam edir.Vilvan kəndi ərazisində Vilvançay daşaraq, 50-yə yaxın ev su altında qalıb, çayın üzərindəki dəmir-beton konstruksiyalı avtomobil körpünün bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb, nəticədə 120-dən çox ailənin yaşadığı məhəllə ilə əlaqə kəsilib.Veravul çayında selin səviyyəsi çox qalxdığından Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb.Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından nəqliyyat əlaqəsi kəsilib.Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndarası yol bağlanıb, üç piyada körpüsünü sel aparıb.Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə umaq təhlükəsi yaranıb.Siyobili kəndində avtomobil körpüsünü sel dağıdıb.Sel suları həmçinin rayonun Şağlaser, Xarxatan, Cil kəndlərinin, həmçinin qonşu Masallı rayonunun Mahmudavar, Mollaoba kəndlərinin, Boradigah qəsəbəsinin sakinlərinə də ciddi ziyan vurub. Yerli icra strukturları tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Anası kimi davranmayın
Alış-veriş mərkəzləri insanların xarakterindən xəbər verir
Hazal Kaya nişanlandı - FOTO
Tələbənin haqqı təhsil haqqının altında tapdanır
Putin Ermənistanı dağıdacaq
Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb
Xəyal dünyası ilə valeh edən şəkillər
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Qüsursuz qonaq otağı dekorasiyası üçün 4 addım
Quş yuvası, yoxsa?
"Aprel döyüşlərində bir kəndi də itirmişik"
Sürücüsü Ozan Güvenin qalmaqalından danışdı
26 yaşında 17 kiloqram çəkiyə malik qadın
Salep necə hazırlanır?
Məşhur almaniyalı məşqçi öldü
Pələng toyuğu belə parçaladı
İki rayona QAR YAДћDI
Real görünən rəsmlər
İngilis dili - J (2)
Həcc ziyarətinin marşrutu dəyişdirildi
Şalvarın transformasiyası
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Bülent Ersoyun donu diqqət çəkdi - FOTO
13 yaşlı uşaq özünə ev tikdi!(FOTO)
Bu ilin ikinci Günəş tutulması olacaq
Öz mətbəximdən nümunələr
Kələğayı və şərflər
Fırtına 40 metrlik 2 minarəni aşırdı
Arıqladan çaylar
Mikrob, virus və xərçəng hüceyrələrini öldürən TƏBİİ QARIŞIQ
Təbii gözəllik
Hamiləlikdə şəkər xəstəliyi
Asan boxaça (foto resept)
Şeyma Subaşı hamilədir? - FOTO
Azərbaycan qənaət rejiminə keçdi
Fikus bitkisi
Ziyafət üçün dəst geyımlər
Motivasiya filmləri
Marsda göl tapıldı
Kosmonavt pəhrizi
Rəqs et mənimlə, eşqin sonuna kimi...
Toy xonçaları
Qarabağ haqda təcili bəyanat
Qarın əridən qidalar - SİYAHI
Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var
Eyvanda kabab bişirmək qadağan olunacaq
Windows 9 əməliyyat sisteminin istifadə vaxtı açıqlandı
Bu addım xərçəngə səbəb ola bilər
1000 manat istəyənlərin nəzərinə
Sürətli oxu - 5