ABŞ-ın Virciniya ştatında bir ailə gözlənilməz sürprizlə qarşılaşıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Çyan Kril adlı xanım əri Joşua ilə ailə-məişət zəmnində mübahisə ediblər. Onlar əsəblərini soyutmaq üçün avtomobillə gəzməyə qərar veriblər.
Bir müddət sonra avtomobilə yanacaq doldurmaq üçün yolda dayanırlar. Bu zaman Kril Joşuadan yaxınlıqdakı mağazadan içki və lotereya biletləri almağı xahiş edib.
Yolda biletləri pozmağa başlayan Kril sürprizlə qarşılaşıb. O, "Lucky 7s Tripler" lotereyasından 177 777 dollar məbləğində cekpotun sahibi olub.