"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
Nədən başlayacağımı bilmirəm. Adətən etirafları oxuyanda "ah, yazıq" deyənlərdən olmuşam. İndi özüm etiraf yazaraq kömək istəyirəm. Keçən gün nişanlı qızın sizə yazdığı etirafı oxuyanda ürəklənmişdim. Amma sonra fikrimi dəyişdim. Etiraf edin, rahatlaşın deyirsiniz, ancaq mənimki kənardan gülünc görünəcək. Əsəbdən boğulanda insanlar ağlayırlar, qışqırırlar, nə bilim, əllərinə keçəni vurub sındırırlar. Mənsə yemək yeyirəm. Əlimə keçən nə varsa. Hələ əsəbi halda market qarşısından keçirəmsə bu lap dəhşətli olur. Bir zəmbil şirniyyat, tort, dondurma, şirələr alıb evə gedirəm. Yol boyu əlimi sallofana salıb aldığım şirniyyatları qıra-qıra yeyir rahatlaşıram. Evə girər-girməz oturub onları yeyirəm. Bəzən çeynəməyə macal tapmadan uduram. Artıq mədəm partalamaya düşəndə ayağa qalxıb o ki var ağlayıram.
Filmlərdə romantik kinoya baxıb salfetlə göz yaşlarını silən qızlara çox lağ etmişəm. Anam deyir özgəsinə çox güldün, indi özün altını çəkirsən. Əsəbləşəndə gözüm dönür. Mən yemək xaricində nə ilə sakitləşə bilərəm? Hər günüm stressli keçir. İşlə ev qayğılarını nizamlaya bilmirəm. Nəsə yolunda getməyəndə artıq səbrim çatmır. Hətta iş yoldaşlarım kökəldiyimi dilə gətirməyə başlayıblar. Qeydiyyat şöbəsində oturan qız hər dəfə söz atır: "Sən ilk dəfə bura işə düzələndə indikindən arıq idin. Oturaq iş sənə düşmür" Onda az qalıram kağızları ağzıma basım. O dərəcədə... çox güman ki, xəstəyəm. Psixoloji xəstəlik diaqnozundan çəkindiyim üçün həkimə getmirəm. Sonra Qadin.Netdəki etiraf rubrikasını gördüm. Hamı öz problemindən çəkinmədən yazır. Baxıram xanımların çoxu tənqid etmir, məsləhət verir. Düşündüm ki yazım. İndi deyin görək, nə edim ki, yeməyə nifrət edim? Əsəbi vaxtımda bütün insanlar kimi qışqırıb, nəyisə sındırım amma yeməyim. Xahiş edirəm, anonim paylaşın. İş yoldaşlarım da bura girir. Sonra lağ edib durarlar. Sağ olun!"
XƏBƏR LENTİ
55 yaşlı Tarantino ilk dəfə evləndi
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
Valideynlərə 3 məsləhət
Yol polisinə sürücüləri təqib etmək imkanı tanıyan qanun təsdiqləndi
Dəbli koftalar
Ərdoğanı güldürən uşaq
Papa erməniləri hiddətləndirdi
77 kq-lıq balıq ovladılar-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 4 Dekabr
2011-ci ilin milyarderləri
"Eurovision 2018"in açılışı oldu-FOTO/VİDEO
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Bill Qeyts "Microsoft"un səhmlərini niyə satır?
Azərbaycanda qar yağdı
Yaşıl çayla gözəlləşmək
2015 Xəz dəri kolleksiyası-3
Məşhurların şəxsiyyət vəsiqələri-FOTO
Cansu Derenin yeni serialı bəlli oldu
Xəzərdə güclü yanğın
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Müstafa Sandalın keçmiş xanımı tanınmaz halda-FOTO
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək?
76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
Pensiyaçıların nəzərinə!
Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı - VİDEO
"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı
Gəlin-qaynana davası...
Facebook-un qurucusu Mark Zukerberq haqqında - BİLMƏDİKLƏRİMİZ
Tələbə "Rusiya gözəli" oldu - FOTO
3144 velosiped
Məşhur aparıcının əri həbs olundu-SƏBƏB
Ermənilər rusları aldadır
Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT
Dırnaq boyası çəkən məşhur kişilər
Sevişərkən fikriniz harda olur?
Telman Adıgözəlovun oğlu: ""Evləri köndələn yar"a baxanda..." - FOTO
Demet Akalının tərlikləri qiymətinə görə diqqət çəkdi-FOTO
Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq
Koronavirusun müalicəsi neçəyə başa gəlir?
Serenay sonsuz ayaqqabılarından danışdı_FOTO
Saçları gurlaşdıran bildirçin yumurtası
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi - Antisiklon gəlir
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər
Apple və Google-un dühası
Şirvanşah Şahənşah
Koronavirus 7 yaşlı uşağın həyatını alt-üst etdi-FOTO
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Aparıcı geyiminə görə canlı yayımda işdən çıxarıldı-FOTO















- ŞƏRHLƏR