Qadin.NET / ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın! 

 

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"


 

Nədən başlayacağımı bilmirəm. Adətən etirafları oxuyanda "ah, yazıq" deyənlərdən olmuşam. İndi özüm etiraf yazaraq kömək istəyirəm. Keçən gün nişanlı qızın sizə yazdığı etirafı oxuyanda ürəklənmişdim. Amma sonra fikrimi dəyişdim. Etiraf edin, rahatlaşın deyirsiniz, ancaq mənimki kənardan gülünc görünəcək. Əsəbdən boğulanda insanlar ağlayırlar, qışqırırlar, nə bilim, əllərinə keçəni vurub sındırırlar. Mənsə yemək yeyirəm. Əlimə keçən nə varsa. Hələ əsəbi halda market qarşısından keçirəmsə bu lap dəhşətli olur. Bir zəmbil şirniyyat, tort, dondurma, şirələr alıb evə gedirəm. Yol boyu əlimi sallofana salıb aldığım şirniyyatları qıra-qıra yeyir rahatlaşıram. Evə girər-girməz oturub onları yeyirəm. Bəzən çeynəməyə macal tapmadan uduram. Artıq mədəm partalamaya düşəndə ayağa qalxıb o ki var ağlayıram.

 

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

 

Filmlərdə romantik kinoya baxıb salfetlə göz yaşlarını silən qızlara çox lağ etmişəm. Anam deyir özgəsinə çox güldün, indi özün altını çəkirsən. Əsəbləşəndə gözüm dönür. Mən yemək xaricində nə ilə sakitləşə bilərəm? Hər günüm stressli keçir. İşlə ev qayğılarını nizamlaya bilmirəm. Nəsə yolunda getməyəndə artıq səbrim çatmır. Hətta iş yoldaşlarım kökəldiyimi dilə gətirməyə başlayıblar. Qeydiyyat şöbəsində oturan qız hər dəfə söz atır: "Sən ilk dəfə bura işə düzələndə indikindən arıq idin. Oturaq iş sənə düşmür" Onda az qalıram kağızları ağzıma basım. O dərəcədə... çox güman ki, xəstəyəm. Psixoloji xəstəlik diaqnozundan çəkindiyim üçün həkimə getmirəm. Sonra Qadin.Netdəki etiraf rubrikasını gördüm. Hamı öz problemindən çəkinmədən yazır. Baxıram xanımların çoxu tənqid etmir, məsləhət verir. Düşündüm ki yazım. İndi deyin görək, nə edim ki, yeməyə nifrət edim? Əsəbi vaxtımda bütün insanlar kimi qışqırıb, nəyisə sındırım amma yeməyim. Xahiş edirəm, anonim paylaşın. İş yoldaşlarım da bura girir. Sonra lağ edib durarlar. Sağ olun!"

 

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"


 

 


19 fevral 2018
GO BACK