2015-ci ilin sentyabrında Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti avqust ayı ilə müqayisədə 4,45 faiz artaraq 1618 dollar (manatla ifadədə isə 4,47 faiz artımla 1696 manatadək) təşkil edib.
Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.Hesabatda qeyd olunur ki, son ayda müşahidə edilən kiçik qiymət artımı sırf təkrar əmlak bazarında baş verən struktur dəyişikliyi ilə əlaqəlidir. Yəni sentyabr ayında təkrar mənzil bazarında təklif edilən mənzillər sırasında bahalı mənzillərin payı ötən aylara nisbətən çox olub. Buna da səbəb ucuz mənzillərin satılaraq təklif portfelində sayının azalmasıdır.Ümumilikdə əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması təklif portfelinin artmasına gətirib çıxarıb. Təkrar mənzil bazarında davam edən passivliyin nəticəsi olaraq sentyabr ayında təklif həcmi 6,8% artıb. Avqust ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1163 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39 azalıb.Hesabatda deyilir ki, son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir. Dünyada və daxili bazarda baş verən dəyişikliklərə görə satıcılar mənzillərini satışdan çıxardaraq gözləmə mövqeyini tutmaqdadırlar.Qeyd olunur ki, ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 56 faizə bərabər olub.Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 42%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1195 $/kv.m-dir.Ümumi təklif portfelinin 41%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1720 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadratmetrinin dəyəri 2000 dollardan çox olan mənzillərin bazardakı payı isə 17% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2445 $/kv.m təşkil edib.Təkrar mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil "stalinka" layihəli 3 otaqlıda qeydə alınıb. "Sahil" metro stansiyası yaxınlığında yerləşən 72 kv.m sahəyə malik, yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4600 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Məhəmmədi kəndində yerləşən orta təmirli 80 kv.m-lik sahəyə malik "yeni tikili" layihəli, 3 otaqlı mənzildə qeydə alınıb - 571 $/kv.m.
Rayonlar üzrə 2015-ci ilin sentyabrında bir kv.m-ə görə orta bazar qiyməti
|
Rayonlar |
Avqust ($) |
Sentyabr ($) |
Ay ərzində dəyişiklik (%) |
|
Abşeron |
965 |
983 |
1,87 |
|
Binəqədi |
1446 |
1531 |
5,88 |
|
Nərimanov |
1683 |
1682 |
-0,06 |
|
Nəsimi |
1711 |
1796 |
4,97 |
|
Nizami |
1354 |
1427 |
5,39 |
|
Qaradağ |
1134 |
1127 |
-0,62 |
|
Sabunçu |
1137 |
1214 |
6,77 |
|
Səbail |
2113 |
2278 |
7,81 |
|
Suraxanı |
1155 |
1065 |
-7,79 |
|
Xətai |
1414 |
1477 |
4,46 |
|
Xəzər |
1027 |
930 |
-9,44 |
|
Yasamal |
1546 |
1588 |
2,72
Mənbə: Milli.Az |
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gözlərə qulluq
Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik etdi
Timati Bakıda restoran açdı-FOTO
Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA
İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
Moskva İrəvanı sındırdı
Disney şəhzadələri bu günün trend geyimlərində
Koronavirus xəstəsini dişləmiş ağcaqanad infeksiyanı yaya bilərmi? – AÇIQLAMA
Canlı yayımda öz açıqlaması ilə hər kəsi qorxutdu-FOTO
Fransızsayağı saç hörgüsü
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
Dünya çempionu: "Şəmkirdə ancaq güclülər yarışırlar"
Günün ulduz falı
Ərzaq mallarının qiymətləri qalxıb?
Hündürdaban ayaqqabılar
Rüstəm Muradovdan Qarabağda atəşkəsin pozulması ilə bağlı AÇIQLAMA
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
HAVA necə olacaq?-27 yanvar
AbŞ-da soyuqdan ölənlərin sayi artır
Məşhur cütlük rəsmi olaraq BOŞANDILAR
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
İrqi daltonizm
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Skype işləməyəcək
Havadan dəyişən əhval
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
Super modellərin dueti
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Sahibinə yol göstərən ayaqqabı
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
2019 Billboard Musiqi Mükafatları: Qırmızı Xalça
Məşhur müğənni yaddaşını sildirdi-SƏBƏB
Uşağın düşüncələrini oxumağın ən rahat yolu
Kiara Ferragni
Arıqlamağı çətinləşdirən səhvlər
"Instagram"da YENİLİK!
“Arvaddan qorxan” kişi ləqəbinə Burak Özçiviti layiq gördülər
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Pendirli qrenki (foto resept)
Bakının iki böyük rayonunda su problemi olacaq
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
Ankaradan bəyanat: "Hər zaman Azərbaycanın yanındayıq"
Yaponlar dünyanı heyrətləndirdi
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Qorxudan xilas olmaq mümkündürmü?
BÜRCLƏR bizə nə vəd edir? - 20 fevral















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]