Bu yazıda Nitsşenin "Qadınların yanınamı gedirsən? Qamçını unutma!" fikri üzərində durularaq, fəlsəfə mətnlərini tərcüməsinin önəmini dilə gətirəcəyik. Bununla da Nitsşe haqqında bəzi səhv başa düşülən fikirlər dəyərləndiriləcək və bu formada Nitsşenin sözünün dəyəri və önəmi ortaya qoyulacaqdır.
Fəlsəfə tarixinin qabarıq adlarından olan Nitsşe, fərqli düşüncələri və fəlsəfəsilə iyirminci əsrin fikir dünyasına ən çox təsiri olmuş filosofdur. Şübhəsiz ki, iyirminci əsr düşüncəsinə təsir edən başqa düşüncə sahibləri, sənətçi və filosoflar da var idi, ancaq Nitsşenin yerinin başqalığı mövzusunda demək olar ki, bütün "avtoritetlər" həmfikirdir.
Nitsşe bir yandan , bir çox axın, fikir sahibləri, fəlsəfəçi üzərində təsirdə olarkən, digər tərəfdən də düşüncələri bəzi siyasi partiyalar, ideologiyalar, feminist qruplar və irqçi cəmiyyət tərəfindən məcrasından qopardılaraq fərqli məqsədlər üçün istifadə edilmişdir. Nasistlər Nitsşeni öz ideoloji art sahələrində yerləşdirərkən, onun bambaşka bir mənada söylədiyi sözlərin bir qismini yontalayaraq, onu nasismin fikir ataları arasında görmüşdülər. Bəzi feminist dairələrsə, Nitsşeni qadın düşməni kimi elan eləmişdilər. Psixoloji dəyərləndirmədə isə , onu xəstə, zəif xarakterli biri olaraq tanıdanlar da olmuşdur. Halbuki, Nitsşenin ironiyasını anlamayan "bu dayaz çevrələr" onun dühasının olduqca gerisində qalmışdılar. Öz məbədlərində rahat yaşaya bilmək üçün, sarıldıqları təlimlərinə/doğmalarına zərər gəlməməsi üçün Nitsşe quruluşunun təməli ilə oyanamağa cürət etmişdilər. İstədikləri kimi bir Nitsşe görməyincə də quruluşu görməməzlikdən gəlmişdilər. Halbuku Nitsşe qocaman surətiylə , gözlərimizin önündə durmaqda və bizə səslənməkdədir: "Əgər , bir məbəd qurulacaqsa, bir məbəd dağılmalıdır. Bu qanundur - əksini göstərəcək bir varsa, gəlsin irəli!... Hər dəfəsində nə qədər həqiqət, yalnış başa düşülməli, qaralanmalı, nə qədər yalan müqəddəsləşdirilib, nə qədər çox vicdan pozulmalı, nə qədər "Tanrı" qurban edilməliydi" (Nitsşe 2001: 93) Öz dəyərlərindən başqalarına qatlaşmayanlar öz məbədlərinə, məbədlərinin təlimlərinə istədikləri qədər sarılsınlar, Nitsşe fırtınası onları yerlərindən etməkdədir, edəcəkdir. Sadəcə öz həqiqətlərinin olduğunu göstərməyə çalışanlar bilməlidirlər ki, həyatta başqa baxış bucaqları, başqa həqiqətlər, başqa perspektivlər də vardır. Bunu görməməzlikdən gələnlər başqa dəyərləndirmələrin dilə gətirmələrinə qulaqlarını istədikləri qədər tıxasınlar, gözlərini istədikləri qədər yumsunlar , bu açıq-aydın ortadadır. Bu kontekstdə , Nitsşe perspektivli həqiqət düşüncəsilə bir sıra fərqli baxışın altını cızır: " Onun göstərmək istədiyi, daha çox var olana, dünyaya, həyata dair fərqli baxış bucaqlarının ola biləcəyini və bu baxış bucağının da, reallığın, olanların özünü doğru şəkildə büruzə verməsinin lazımlığını ;yəni reallığa, olanlara dair səhv fikirlər ola bildiyi qədər doğru, sağlam fikirlərin də ola biləcəyini göstərməkdir. Bu kontekstdə perspektivli məlumat və ya perspektivli həqiqət də, olanların özünün əlaqəli bir fikrini yürütmək ; reallığı. olanları əlaqəli şəkildə qavramaq deməkdir. Ancaq bu qavramın özü də bəlli bir perspektivdən edilir" (Becermen 2010: 368)Nitsşenin dağlardan. sislər arasından gələn səsi qulaqlarımızı və gözlərimizi açacaqdır. Təki bu səsi dinləyək, təki bu səsə qulaq verək, təki sözlərimizi bu səsə uyğun dilə gətirək.
Əlbəttə ki, mövzu Nitsşe olarsa, danışılası çox söz olacaqdır. Lakin bu yazıda Nitsşeyə qarşı formalaşan bir səhv düşüncəyə aydınlıq gətirməyə çalışacağıq. Bunu edərkən bir mətnin , hətta bir cümlənin tərcüməsinin nə qədər vacibliyini göstərəcəyik.
Nitsşenin "Zərdüşt belə dedi" kitabının "Yaşlı və gənc qadınlar haqqında" hissəsinin son cümləsində "Qadınların yanınamı gedirsən? Qamçını yaddan çıxarma!" yazılıb. Bu cümləni almancadan tərcümə edərkən, "qamçı"sözündə artikla laqeyd yanaşınca , həm cümlənin həm də mətnin mənası dəyişir. Çox zaman da belə edilməkdədir. Bu da Nitsşeylə bağlı bəzi çevrələrdə dolaşan səhv fikirləri yetişdirməkdədir. Halbuki, Nitsşeni doğru oxuyarlarsa, onun qadın haqqındakı iynəli , onları alçaldıcı bir ifadə işlətmədiyini görərlər. Ancaq bununla əlaqəli mətni başdan oxuduqda yaşlı qadının niyə belə bir cümlə işlətdiyini anlamaq olur. İndi mətni əvvəldən təqib edib, cümlənin niyə bu şəkildə vurğulandığına baxaq.
Mətn bir adamın Zərdüştə bürüncəyinin altında bərk-bərk saxladığı şeyin nə olmasını soruşması ilə başladı.Bu ona bəxş olunmuş xəzinədirmi? Yəni doğulmuş körpəmi, yoxsa oğurluq bir şey?
Zərdüşt bunun ona ərməğan edilmiş bir bir xəzinə, kiçik bir həqiqət olduğunu söyləyir. "Özü də o körpə uşaq kimi narahatdır; ağzını yummasan səsi aləmi bürüyər" , deyir. Burda "səsi aləmi bürüyər" deyilən o şey ,mətnin sonunda qarşımıza çıxacaq və bizə vurucu ifadə ilə çox şey söyləyəcəkdir.
Zərdüşt sonra, bir gün yol ilə gedərkən, axşamçağı qarşısına yaşlı bir qadın çıxdığını və ona , qadınlarla çox söhbət elədiyini, lakin qadınlar haqda heç nə demədiyini, deyir. Zərdüşt isə qoca qarıya :" Qadınlar barədə kişiylə danışarlar"demişdir. Bundan sonra qarı, Zərdüştün qadınlar haqqında danışmasını israr etmiş və o da əlacı kəsilib danışmağa başlamışdır.
Zərdüşt əvvəlcə , qadının bir müəmma olduğunu və ondakı müəmmanın tək qurtuluş yolunun hamiləlik olduğunu dilə gətirir. Qadın üçün kişi uşaq doğmaq üçün bir vasitədir. Qadın isə kişi üçün təhlükə və oyun istəyən bir oyuncaqdır. Gərək kişini hərb üçün, qadını isə hərbçi kişinin nazını cəkmək və onun yorğunluğunu çıxarmaq üçün tərbiyə edəsən. Geri qalan hər şey mənasızdır. Həddən artıq şirin meyvəni hərbçi ürəyi götürməz, amma qadını ona görə sevərlər ki, dünyanın ən şirin qadının xəmrəsi də acıdan tutulub. Sonra kişi nə qədər uşaqcanlı olursa, olsun, qadın uşağa ondan daha yaxşı bələddir, amma kişi arvaddan daha çox uşaqdır. Kişinin daxilində bir uşaq gizlənmiş olduğundan oynamaq istəyir. Qadınlar da kişidəki uşağı axtarıb tapmalıdır. Bu nöqtədə Zərdüşt qadınların almaz kimi təmiz və işıqlı olmasını , hələ çağı gəlməmiş dünyanın fəzilətlərilə işıqlanmasını söyləyir. Qadınların sevgisində bir ulduz parıldasın, ümidləri "Fövqəlinsan doğmaq" olsun və sevgilərində igidlik, şərəf olsun. Yoxsa, qadın nə anlayar . şərəfdən, deyir.
Zərdüşt deyirdi, Qoy kişi, sevən qadından qorxsun, çünki qadın heç bir qurbandan çəkinmir, özgə nə varsa onunçün dəyərini itirir.
Qoy kişi, nifrət edən qadından qorxsun. Çünki ruhunun dərinliklərində kişi olsa-olsa yaramaz, qadın isə murdardır.
Qadın ən çox kimə nifrət edir, bilirsən? – Dəmir maqnitə deyir: “Bilsən sənə necə nifrət edirəm. Məni cəzb edirsən, özünə çəkirsən, amma yapışdırmağa gücün çatmır”.
“Mən belə istəyirəm” – kişinin səadəti budur. “O belə istəyir” – qadının səadəti isə budur.
Sevən ,ürəkdən tabe olan qadın – “Bax, dünya ancaq indi mükəmməl oldu” – düşünür.!
Qadın həm tabe olmalıdır, həm də öz səthinə münasib dərinlik tapmalıdır. Səth qadının qəlbidir, dayaz suların üstündə olan ləpəli bir qaysaqdır"
Kişinin qəlbi isə dərindir, onun coşqun suları yeraltı mağaralarda cövlan edir; qadın onun gücünü duyur, amma dərk etmir"
Bu nöqtədə qarı söhbətə müdaxilə edib Zərdüştə :" Qəribədir, Zərdüşt qadınları az tanıyır, ancaq onlar barəsində haqlıdır. Bəlkədə bu heç qəribə də deyil, qadın yanında mümkün olmayan şey varmı ki?- deyə düşünür. Qarı Zərdüştə təşəkkür əvəzinə özünün öyüd-nəsihət boxçasından kiçik bir həqiqət bəxş edir. Səs küy salmaması üçün də. ağzını möhkəm bağlamasını dönə-dönə tapşırır. Zərdüştün də bu həqiqəti verməsinin israrla istəməsinin ardından, qoca qarı belə deyir, " Qadınların yanınamı gedirsən? Qamçını unutma!"...
Mətnin axıcılığı içərisində Zərdüştün qadınlar barədə dediklərini təqib etdiyimizdə bu son iki cümlə daha çox məna daşıyır. Çünkü qamçını əlindıə tutan, qamçıya sahib olan , düşünüldüyünün və dəyərləndirildiyinin - Türkcə tərcümələrin təsiri oxucuların düşündüklərinin əksinə , kişi deyi, qadındır. Yəni qoca qarı Zərdüştün qadınlar barədə dediklərinin bu həqiqətin üzərini örtdüyünü , gözlə görülməsinin əngəllədiyini bildirir. Bəs qamçı nə ifadə edir?
Hər şeydən əvvəl qadının kişini yönətmək arzusunu! Yəni gücün arxasındakı həqiqi güc olmağı... "İstəyirəm"ə qarşı "o istəyir" mənasını verir. Kişinin "istəyirəm"ni istəyən , ona yön verən, idarə etməyi istəyər qadın. Bunu da "o istəyir" deyərək kişini hərəkətə keçirir, istəkli edər. Qadın kişini həm hərəkətə gətirmək, həm də tabe etmək üçün qamçıdan istifadə edir.
Lou Salome ilə Nitsşe və yaxşı dostu Paul Ree*nin şəkli b u yazdıqlarımızı açıqlamağımıza kğmək edəcəkdir. Şəkildə Nitsşe və dostu əl arabasına qoşulmuş vəziyyətdədirlər. Lou Salome isə əlində qamçı arabanın üstündə durub. Arabanı "sürdürən". hədəfə yönəldən, bir məqsədə doğru hərəkət etdirən qadın, qadının əmriilə hərəkət edən. özünü qadına - bu vəziyyətdə "təslim edən", bir məqsədə doğru yön alan isə kişidir.
Qoca qarının sözləri burda fərqli bir kontekstdə oturmaqda və Zərdüştün qadınlar barədə söylədiklərilə bir uyğunluq yaratmaqdadır. Qamçı- qadınlara boşyanaşmamaq lazım olduğunu, onları tam başa düşdüm deyərkən , onların təəcüb doğurucu , asanlıqla ələ keçirələbilməyəcəklərini, bir müəmma olduqlarını və yalnız özləri istərlərsə bağlana bilənəcəklərini ifadə edən metaforadır eyni zamanda. Qadınları anlamağa çalışarkən. daxillərindəki idarə edicilik, güc, gücü özünə çəkmə istəyini də unutmamaq lazımdır.
Qadınlara dair bu deyilənlərə bir də Lou Salome ilə olan "çox işlənmiş" münasibəti də əlavə edilərsə, bu vəziyyətdəki psixoloji dəyərləndirmələrin həddi-hesabı olmadıqda Nitsşenin zəif xarakterli və qadın düşməni kimi təsvir edilməsi mümkün olmaqdadır. Ancaq Nitsşe , burada, qadınlar mövzusunda daha həssas və dərin araşdırmanın , daha çox düşünərək bir dəyərləndirmənin doğru olacağını işarə etməkdədir. Nitsşenin ironiyası burda özünü göstərməkdədir. O , nə qadınları alçaltmaqda və buna bağlı ayrı-seçkilik göstərməkdə, nə də kişini - bir kişi olaraq özünü də - bəsit görməkdə və ya yüksəltməkdə, nə də qadınları kişidən daha ağıllı olaraq təsvir etməkdədir. Nitsşe sadəcə olan-bitənə baxaraq qadınlara aid bir qiymətləndirmə aparmaqdadır. Yəni reallığa baxaraq danışmaqdadır. Buradan qadınlara və ümumi olaraq həyata dair tutarsız deyil, tutarlı bir baxış bucağı əldə edə bilər. Nəticədə qadınların özlərinə dair bir baxışa sahib ola bilmələri üçün özlərinin reallıqdakı yerlərinə baxmaları lazımdır. Bu səbəblə, Nitsşenin qadınlara. daha önəmlisi insana dair söylədiklərindən çıxaracağımız çox nəticə vardır...
XƏBƏR LENTİ
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
Hormonal dərmanlar mədəni yıxır
Spirtli içkilərin yaratdığı fəsadlar
Sınaq İmtahanı-3
Prezident Sənubər İsgəndərliyə ev verdi
Leyla Əliyeva Talassemiya Mərkəzindəki Yeni il şənliyində - FOTOLAR
Belə muzey dünyada ilk dəfə açıldı
Azərbaycanda saxta dərman təhlükəsi
Yaşıl çayın zərəri
Hava haqqında
Kreditə mənzil alana pişik hədiyyə edilir
Fərqli gəlinliklər (2)
Serenay Sarıkayanın 90 minlik paylaşımı-FOTO
Sümük suyunun sağlamlığa faydaları
Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Ciddi əks-təsir göstərən COVID-19 peyvəndinin sınaqları dayandırıldı
Ailə qurmaq istəyənlərə xəbər
Təqaüdçülərə şad xəbər
Kişilər bu qadınlardan qaçır...
Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub
Hava xəbərdarlığı - qar qayıdır
Rusiyalı rəssamın əl işləri
Alişanla Demet Akalın 7 il sonra-FOTO
BMW qıvraqlaşdı
“Miss Rusiya-2015"koronavirusa yoluxdu?
Sen Qallen rahibinin əsərindən 2-ci hissə
Jül Vern Bakıda
Yeni il gəlir: Zodiak bürclərinin hədiyyə gözləntiləri
Ermənistan ordusunda fərarilərin sayı durmadan artır
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Putin təhlükədən danışdı
İnstaqramda başqasının “Hekayə”sinə ANONİM BAXMAДћIN YOLU – FOTO
Notr-Damın yanma SƏBƏBİ
Xəyanət və boşanma...
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
AСЃar sayağı xaçapuri (foto resept)
Hindistana səyahət
Hava haqqında - 19.02.2014
Bulka pizza (foto resept)
Sarımsaq-limon möcüzəsi
Sony liderə dönür
Bu ilin dəbi: Tünd mavi
Qadın.net xanımlarının Sevgi hekayəsi -4 (son)
Sarkisyanın son həftəsi
Qaşlı gəlin ayaqqabıları
Burak və Özgenin 150 minlik tətili-FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Günün ulduz falı
McDonaldsa şok! Filiallar bağlanır
- ŞƏRHLƏR