Ermənistanın Müdafiə Nazirliyinin başçısı Seyran Ohanyan yenə "coşub", dağı-dağ üstünə qoyacaqlarını, milli ordunun guya çox gücləndiyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, müdafiə naziri məhz ölkədəki narazılığı yartırtmaq üçün ictimaiyyətə "güclüyük" mesajı vermək üçün brifinq keçirib və erməni ordusunun istənilən vaxt Azərbaycanın hərəkətlərinə, təzyiqlərinə dəyərli cavab verdiyini deyib: "Ermənistanın silahlı qüvvələri qarşıya qoyulmuş məsələləri tamamilə icra edir. Biz bu gün əvvəldən qarşıya qoyulmuş məsələləri yerinə yetiririk və həmçinin ölkənin müdafiəsi, təhlükəsizliyinin təminatı üçün lazım olan məsələləri çəkinmədən icra edəcəyik."Ohanyan vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri böyuk kalibrli silahlar tətbiq etməyə başlayıb. Məsələn, 60, 82 və 120 millimetr kalibrli minaatanlar bizi qorxutmur. Son günlərdə atəşlərin sayı azaldı. Bu, tərəfimizdən dəyərli cavab verilməsinin nəticəsidir.
Azərbaycanın hərbi eksperti Üzeyir Cəfərov Ohanyanın bu fikirlərinə münasibət bildirib və bunu növbəti sayıqlama adlandırıb. O deyib ki, qoy, Seyran Ohanyan özünü sakitləşdirməsin. Azərbaycan heç vaxt boş yerə Ermənistana cavab verməyib. Son vaxtlarRusiyanın XİN rəhbəri Sergey Lavrovun Azərbaycan səfəri, Ermənistanın xarici işlər nazirinin Moskvaya səfəri ərəfəsində atəşkəs məqsədli şəkildə pozulurdu. Hətta ermənilərTərtərdə mülki insanların keçirdiyi toy mərasiminə atəş açaraq ən böyük şərəfsizlik, vicdansızlıq nümayiş etdiriblər. Təbii ki, toy mərasimini atəşə tutmaq ancaq və ancaq erməni xislətinə uyğun hərəkətdir. Bunun başqa adı yoxdur. Ohanyan buna münasibət bildirsə daha yaxşı olardı."Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi hər dəfə ermənilərin hərəkətinə üçqat, beşqat, onqat ağır zərbə vurur. Bunu bizim müdafiə nazirimizdə açıq deyib. Ümumiyyətlə, ermənilər son aylarda itkiləri gizlətməyə başlayıblar. Bunu açıqlasalar hər kəs görəcək ki, Ermənistanın nə qədər itkiləri olub. Onlar son vaxtlar itkiləri maksimum gizlətməyə çalışır: "Ohanyanın fikrincə, guya onlar Azərbaycana hansısa problemlər yaşadıblar deyə bu məsələdən bir qədər əl çəkib. Amma ermənilərin son addımları onunla nəticələndi ki, Azərbaycan onlara çox sarsıdıcı zərbə vurdu və bunun nəticəsində Ermənistan məcbur qalıb geriyə çəkil əmri verib. Ona görə də, Ohanyanın açıqlamaları daxili auditoriyaya hesablanıb. Məlumdur ki, verdikləri itkilərə görə, hətta Ermənistan rəhbərliyinin istefası ilə bağlı yaxın günlərdə əsgər anaları böyük tədbir keçirmək istəyirlər. İndi Ohanyan çalışır ki, bunu bir qədər ört-bastır etsin, çünki çox böyük narahatlıq duyur.
Ermənistanın müdafiə naziri avqust ayında əmr imzalayıb ki, orduda fövqəladə hadisələr haqqında informasiyaların məxfiləşdirilməsi haqqında, yəni bundan sonra həlak olanlarla bağlı məlumatlar gizlədilsin, verilməsin. Bunu Ermənistanın "Dialoq Mira" İctimai Təşkilatının sədri Edqart Xaçaturyan açıqlayıb və deyib ki, Ohanyan indi bu yola əl atıb. Görünən odur ki, Ohanyan əsgər itkilərindən cana doyub və cəmiyyət ondan bunun qarşısının alınmasını tələb edir. Bir sözlə, həlak olan əsgərlərlə bağlı məlumatları gizlətdiyinə görə müdafiə naziri Seyran Ohanyan Ermənistan ictimaiyyəti tərəfindən məhkəməyə verilib. Təbii ki, məhkəmə ədalətli qərar qəbul edərsə, onun vəziyyəti o qədər də ürəkaçan olmayacaq.
Bu ilin birinci yarısında cəbhədəki gərginlik zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Ordusunun 50-dən çox hərbçisi məhv edilib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin son hesabatında isə Ermənistan Silahlı Qüvvələrində 45 nəfərin öldüyü göstərilib. Cəbhədə təxribatlara cəhd edərkən Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş bir neçə erməni hərbçisi barədə məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilsə də onların fotoları və digər məlumatlar ermənilərə məxsus sosial şəbəkələrdə yayılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz