Buraxılış və qəbul imtahanlarında dəyişiklik edilib.ANS PRESSin Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaqdır. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.
Qəbul imtahanları üzrə:
1) Ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilib.
Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.
Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il 1-ci sayında təqdim olunacaq.
2) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Testologiyada belə tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirmək üçün nəzərdə tutulub. Qəbul imtahanlarında 2010-2014-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunmuşdur. Qəbul imtahanlarında test bloklarına açıq tipli test tapşırıqlarının salınması pedaqoji ictimaiyyət tərəfindən mütərəqqi qiymətləndirmə vasitəsi kimi rəğbətlə qarşılanıb.
Qeyd etmək lazımdır ki, TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənmişdir. Bunları nəzərə alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır.
Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd açıq tipli test tapşırığının istifadəsi nəzərdə tutulur. Belə ki, I ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən açıq tipli test tapşırıqları təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək.
Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcəkdir. Qeyd edək ki, bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Meyvəli tort
Bel ağrısı
Bəyazdan Acuna: “Sənin nə dərdin var ki?”
Ürəksiz və nəbzsiz yaşayan ilk insan
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Sentyabrın 15-də...
Şaftalı pirojnası (foto-resept)
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Şükür etməyin ən yaxşı yolu hansıdır?
Kreativ əşyalar
TQDK-nın binası belə olacaq
Peruda 7.5 bal gücündə zəlzələ oldu
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlığı
Ayın ən maraqlı xəbəri (May ayı)
Hava haqqında
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
İlham Əliyev marketdə - FOTO
Qadın və ananın həqiqi məqamı
Beren Saat ilk dəfə AÇIQLAMA verdi
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Emilia Klark özünə QADAДћAlar qoydu
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Düyü salatı (video-resept)
Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Həkimlərə qadağa!
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
Səkkiz il yeyib içməyən yoq öldü
Putin raketləri irəli çəkdi
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb
I Vitse-prezident Mehriban Əliyeva konfransda çıxış etdi
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
Yeni dünya rekordu: kəndi qar örtdü
Film festivalında jüri olacaq - FOTO
Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi - XİN-dən SƏRT REAKSİYA
Beren Saata AДћIR İTKİ-FOTO
Paşinyan biabır oldu: Müsahibə zamanı hökumət evinin işığı söndü - VİDEO
Uzunömürlülüyün açarı
Zeytunlu, xiyarlı salat (foto resept)
Ən təhlükəli tətil əraziləri
3 ilə 600 milyona yaxın pul qazandılar
Facebook-da yenilik
Səhv etmişəm?
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Ebru Gündeş 6 ildən sonra İLK DƏFƏ
Esmaü'l Hüsna
Binəli Yıldırımdan Zəfər paradı ilə bağlı paylaşım















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]