Milli.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.Az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi (AAK) "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair Avropa Parlamentinin İnsan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya müraciət göndərib.Müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi , 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.Müraciətdə İslam Konfransı Gənclər Forumunun Baş koordinatoru Leyla Əlievanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" kampaniyası haqqında məlumat təqdim edilib. AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın bir sıra ölkələrdə apardığı "Justice for Khojaly" ictimai - media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi münasibət bildirilməsini tələb edib.Qeyd edək ki, AAK Xocalı Soyqırımını daha geniş kütlələlərə çatdırmaq məqsədi ilə "Facebook" sosial şəbəkəsində soyqırıma həsr olunan səhifə yaradıb (https://www.facebook.com/KhojalyMassacre1992Photos/info?tab=page_info). Həmçinin, Xocalı soyqırımına dair məlumatların yer aldığı açıqcalar çap etdirib. Bu açıqcalarda "Xocalıya ədalət" kampaniyasının təqdim etdiyi "Xocalı uşaqların gözü ilə" sərgisindən olan fotolar və Xocalı hadisələri haqqında məlumatlar əks etdirilib. Açıqcalar Almaniyanın Şimal Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin İnsan hüquqları komitəsinə göndərilib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Acı bibərlı pomidor sousu (foto resept)
"Qırmızı dəniz" salatı (foto resept)
Mehriban xanımdan vacib paylaşım
Pomidor şorbası (foto resept)
Dəbli donlar
İlk LTE TDD şəbəkəsi istifadəyə verildi
Bakıda xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub - RƏSMİ
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Peris Hilton hər kəsi təəccübləndirdi
Kompüter təhlükəsizliyi
Restoran, kafe və barlarda adambaşına nə qədər sahə düşməlidir? - Siyahı
Bu şəxslər cərimələnəcəklər-ƏTRAFLI
ABŞ-dan İŞİD-ə “cəhənnəm odu”
Bakı Metropoliteni yay qrafikinə keçir
Günün qoroskopu:Soyuqqanlı olun!
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
Az yemək qocalmanın qarşısını alır
Kişilər qadınlardan daha sürətli arıqlayır
Evlənənlərin sayı bu il azalıb
Uşağınız tez-tez ağlayırsa...
Ermənilərin Bakı qorxusu
Bakıda mənzillər ucuzlaşdı
Tarkan yenidən ata olur?
MN: “Ermənistan ərazisindən Zəngilandakı bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb”
Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”ni gözəlliyi ilə FƏTH ETDİ - VİDEO
Sertap Erener şəklini çəkənləri təhqir etdi-FOTO
"Qarabağ probleminin sülh yolu ilə həlli imkanları hələ qalmaqdadır"
Həm ziyarət, həm ticarət
Dəyişim...
Oturaq işin fəsadları
Məşhur model görünüşü ilə təəccübləndirdi – FOTO
Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ
Emmy mükafatı: Qırmızı xalça
Geyimdə nanəcövhər fərahlığı
Kıvançdan 5 milyonluq müqavilə
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
BÜRCLƏR bizə nə vəd edir? - 4 APREL
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Dünya şöhrətli alim-oftalmoloq
Hamilə "kişi" ana oldu- FOTO
Zəngin ölkələr kütləvi şəkildə COVID-19 əleyhinə peyvənd almağa başlayıb
Məşhur cütlük valideyn olmağa hazırlaşır-FOTO
Bayram vaxtı göndərilən YALANÇI təbriklər: Bu, bizi hara aparır?
Kağızdan əl işləri
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
Dəri kurtkalar
Qriplə mübarizənin 5 yolu
Aralarında 33 yaş fərqi olsa da...-FOTO














