
Qlobal xarakter daşıyan koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılıb, dövlətlərarası sərhədlər bağlanıb, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçiblər. Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olub.
Bir çox dövlətlərin hava və quru məkanını bağlaması uçuşlar üçün icazələrin alınmasını çətinləşdirib.
Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərinin təcrübəsində dövlət tərəfindən ezamiyyətə göndərilməyən, xəbərdarlığa baxmayaraq şəxsi əsasda səfər edən və digər ölkədə yaşamağa və ya təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur və şəxsi vəsait hesabına həyata keçirilir.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.
Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-dək Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub.
COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.
Bütün bu tədbirlərə baxmayaraq, hal-hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi vardır. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb.
Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.
Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən, özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.
Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.
Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır.
Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.
COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB
Manat nə vaxt ucuzlaşacaq?
Almaniya Dağlıq Qarabağla bağlı 7 bəndli sənəd təklif etdi
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək
Faydalı məsləhətlər
Heyvanların qəribəlikləri
Bu ölkədə Facebook bağlandı
Türk zabitlər Azərbaycana gəliblər
Artıq çəki depressiyaya səbəb olur
Azərbaycanda 4 minlik fayton
Hande Erçeldən Gözlənilməz Qərar
Psixologiya ilə bağlı bilməli olduğumuz 7 qaydası
Nazirlik gecikən pulları ödətdirdi
-67 dərəcədə şaxtada 6 saat dayanmadan QAÇDI-FOTO
Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Emin Sabitoğlunun ad günüdür
Hava haqqında
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
"Xocalıya ədalət" kampaniyası Koreyada
Yediyimiz kolbasalar necə hazırlanır? - ARAŞDIRMA
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
Uşaqlar üçün hellouin kostyumları
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
Azərbaycan məktəblərində yenilik
Günün Ramazan təqvimi (2 iyul)
Diqqət! 13-14 yaş çox təhlükəlidir
Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı
Köpüklü cupcake (foto resept)
Boksçumuz sensasiya edərək finala çıxdı, Məcidov tanış rəqibə qarşı
Dünya şöhrətli müğənni öldü
Məşhur müğənni boşana bilmədi-SƏBƏB
Bu itlər xərçəng xəstələrini müəyyən edir
Sara Cessika Parker bu dəfə də təəccübləndirdi-FOTO
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Bu adaya gələnlər yoxa çıxır
Həftəsonu yağış var
Nəyə sıx bağlısınız?
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
Azərbaycan idman sarayı açdı
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Vanqanın proqnozu: dünyadakı bütün canlılar məhv olacaq
İnstaqram yenilik etdi
Keçibuynuzunun faydaları
Həftənin ilk iş günü hava necə olacaq?
Daha bir ayrılıq nişanəsi-FOTO
Kendal Jennerin gözəllik sirləri
Dünyanın ən qorxulu yerləri














