Azərbaycanda kolbasa məmulatları istehsalı getdikcə artır.
Qadin.Net xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yalnız bu ilin yanvar-aprel ayları ərzində ölkədə 1 784,4 ton kolbasa məmulatı istehsal edilib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə istehsalın 2,1 dəfə artması deməkdir.
Nəticədə bu gün piştaxtalarda alıcılara təqdim edilən kolbasaların çeşidi də artıb. Lakin bu artımla yanaşı, kolbasaların keyfiyyətinə olan şübhələr də çoxalır.
Kolbasa istehsalında qida qanından istifadəyə icazə verilir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bişmiş kolbasalarla bağlı təsdiqlənmiş dövlət standartlarına əsasən, onların istehsalı üçün müxtəlif növlü mal, dana, qoyun, keçi, donuz və camış ətlərindən, emal edilmiş içalatdan, dondurulmuş yumurta melanjı, inək südü, kartof nişastası, buğda unu, mal piyi, baş əti, təzə balqabaq, təzə şirin bibər, Səhiyyə Nazirliyi (SN) tərəfindən istifadəsinə icazə verilən qida qanı və ya qan plazması (zərdabı), hemoqlabin preparatı, SN tərəfindən istifadəsinə icazə verilən askorbin turşusu, natrium askorbinat, qida fosfatları, hisə vermə preparatları və s. istifadə edilir.
Bişmiş kolbasaların tərkibində toksiki elementlərin, pestisidlərin və radionuklidlərin miqdarı SN tərəfindən 2010-cu ildə təsdiqlənmiş normativlərlə müəyyən edilib və müəyyənləşdirilmiş həddən yüksək olmamalıdır. Bu hədlərə uyğun olaraq, kolbasanın tərkibindəki qurğuşunun miqdarı 0,5 mq/kq, arsenin mqidarı 0,1 mq/kq, kadmuumun miqdarı 0,005 mq/kq, civənin miqdarı 0,03 kq/mq-dan yüksək olmamalıdır. Kolbasaların tərkibində antibiotiklərin ( levomisetin, tetrasklin qrupu, qrizin, basitrasin) istifadəsinə yol verilmir.
Bişmiş kolbasanın istehsalında uyğunluq sertifikatı olan, SN tərəfindən istifadəsinə icazə verilən xaricdən alınan xammal və materiallardan istifadəyə yol verilir.
İlin isti aylarında - may-sentyabr aylarında hazır məhsulda duzun kütlə payının 0,5 faiz artırılmasına yol verilir.
Agentlikdən qeyd edilib ki, lakin hazırda sahibkarlar üçün yoxlamaların aparılmasına icazə verilmədiyindən kolbasaların istehsalı zamanı dövlət standartlarına əməl olunub-olunmamasını yoxlamaq mümkün deyil.
Tələbat olarsa, kolbasaya qan əlavə edilə bilər
Kolbasaların tərkibinə qida qanları və plazmasının əlavə edilməsinə gəldikdə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov Trend-ə deyib ki, hələ keçmiş SSRİ dövründə mərkəzi heyvan kəsimi yerləri mövcud idi:
"O zaman həmin yerlərdə iribuynuzlu heyvanlar kəsilərkən onların qanının istifadəsi nəzərdə tutulmuşdu. Bu qandan da müvafiq dərman preparatlarının hazırlanması üçün istifadə edilirdi. Eyni zamanda kolbasanın tərkib hissəsinə müəyyən icazə verilən həddə qan toxumaları əlavə edilirdi. Bu da müəyyən qədər onun tərkib hissəsində zülallıq səviyyəsinin artırılması və s. məqsədlər daşıyır".
Z.Kazımov qeyd edib ki, qida qanı kolbasalara bir inqrediyent kimi qatılır. Onun istifadəsinin insana heç bir ziyanı yoxdur.
Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri, biologiya üzrə elmlər doktoru Fuad Qulubəyov Trend-ə bildirib ki, Azərbaycanda kolbasa istehsalçıları kolbasaya qida qanı əlavə etmirlər. Lakin istehlakçıların tələbatı olarsa, istehsalçılar bunu edə bilərlər: "Kolbasaya qanın əlavə edilməsinin heç bir ziyanı yoxdur. O, qanda hemoqlobinin miqdarının artmasına kömək edir.Qandan istifadəyə qadağa da qoyulmayıb. Sadəcə olaraq, resepturada qan daxil edilməlidir və istehsalçılar da yol verilən hədd daxilində qandan istifadə etməklə kolbasa istehsal edə bilərlər".
Kolbasa istehsalında hansı ətlərdən istifadə edilir?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli Trend-ə bildirib ki, emal müəssisələri xaricdən Azərbaycana iribuynuzlu heyvan ətləri - çamış, inək, donuz ətləri və donuz piyi, quş ətləri gətirirlər.
Bu ətlərin Azərbaycana DBNX-nin icazəsi ilə gətirildiyini deyən Y.Xanvəli qeyd edib ki, kolbasalar üçün hansı ətlərin gətirildiyi və oların idxal edildiyi ölkələr haqqında konkret olaraq söyləmək mümkün deyil. Çünki emal müəssisələrinin ət və ət məhsullarını konkret olaraq, hansı məqsəd üçün ölkəyə gətirməsi barədə DBNX-yə məlumat verilmir.
Y.Xanvəli əlavə edib ki, hazırda iribuynuzlu heyvan ətləri Azərbaycana Ukrayna, Gürcüstan və Rusiyadan, camış ətləri isə daha çox Hindistandan gətirilir.
Y.Xanvəli Azərbaycana at ətlərinin idxal edilmədiyini, emal müəssisələri üçün quş ətlərinin isə Türkiyə, Ukrayna, Braziliyadan gətirildiyini açıqlayıb.
Ətlərin keyfiyyətinə gəldikdə, Y.Xanvəli bildirib ki, Azərbaycana yalnız epizootik vəziyyətin sabit olduğu ölkələrdən heyvan ətlərinin gətirilməsinə icazə verilir.
F.Qulubəyov qeyd edib ki, Azərbaycanda kolbasa istehsalı üçün həm yerli ətlərdən, həm də xarici ölkələrdən gətirilən iribuynuzlu heyvanların ətindən istifadə edilir. Bu gün yerli istehsalçılar kolbasa istehsalı üçün mal ətindən - inək ətindən, camış ətindən, toyuq ətindən də istifadə edilir: "Əsas məsələ odur ki, kolbasanın icində onun qutusu üzərində olan reseptdəki tərkib olsun. Amma onun ət tərkibi ilə bağlı heç bir qadağa qoyulmayıb. Kolbasa istehsalı üçün inək ətindən də, çamış ətindən də istifadə edilə bilər".
F.Qulubəyov isə bununla bağlı bildirir ki, Azərbaycanda kolbasa istehsalı ilə məşğul olan iri müəssisələr məhsulu onun üzərində olan tərkibdə hazırlayırlar və bununla bağlı heç bir problem yoxdur: "Amma kim isə evinin zirzəmisində kolbasa buraxa bilər. Belə malların tərkibində müəyyən problemlər ola bilər. Buna heç kim cavab verə bilməz. Buna görə də istehsalçı aldığı malın keyfiyyəti, hazırlanma, saxlanma şəraiti ilə maraqlanmalıdır".
Səhiyyə Nazirliyi: Hazırda bütün istehsal olunan kolbasalara görə sahibkar məsuliyyət daşıyır
Z.Kazımov da əlavə edib ki, Azərbaycanda istehsal edilən kolbasa məmulatlarının tərkibinin standartlara uyğun olmaması, o cümlədən mal, toyuq əti adı ilə digər növ ətlərdən istifadə edilmə ilə bağlı RGEM-də hər hansı fakt yoxdur:
"Biz daha çox kolbasanın gigiyenik nöqteyi-nəzərdən laborator tədqiqatını aparırıq. Bişmiş kolbasaların (toyuq kolbasaları, "Doktorskiy kolbasalar", vetçinalar) tərkib hissəsində əsasən kimyəvi göstəriciləri yoxlayırıq: "Yəni bunun tərkibində xörək duzunun, nişastanın miqdarını təyin edir, nəmliyini yoxlayır və buna gigiyenik rəy veririk. Kolbasanın hər birinin özünün müvafiq resepturası olmalıdır. Kolbasanın tərkibinə müxtəlf növ piy toxumaları, xörək duzu, su, dadverici maddələr, ədviyyatlar əlavə edilir. Bunlar hamısı müvafiq reseptura əsasında istehsalçı tərəfindən edilir. Kolbasanın tərkibində ətin, piyin, digər qarışıqların neçə faiz olmasına da müvafiq istehsalçının resepturası əsasında baxılır. Əgər istehsalçı resepturada kolbasaya donuz piyinin əlavə edilməsini qeyd edirsə, bu, o məmulata həmin miqdarda vurulmalıdır. Biz kolbasanın kimyəvi müayinəsini apardıqda qeyd etdiyim inqrediyentləri araşdırırıq".
Z.Kazımov qeyd edib ki, sahibkarlar üçün yoxlamaların aparılmasına icazə verilmədiyindən RGEM 2015-ci ilin noyabr ayından istehsal sahələrində heç bir yoxlama keçirmir. Onun sözlərinə görə, əgər yoxlama keçirərək kolbasalardan müəyyən nümunələr götürsəydilər, hazırda kolbasanın tərkibinə vurulan inqrediyentlərin yol verilən həddə olub-olmaması ilə bağlı rəy verə bilərdilər: "Lakin biz indi heç bir tədqiqat aparmadığımıza görə, bu müayinələri də keçirmirik. Hazırda bütün istehsal prosesində baş verənlərə görə sahibkarın özü məsuliyyət daşıyır".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Cərimə meydançasında saxlanılmış maşınlar hərraca çıxarıla bilər
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Rusiya Azərbaycan müəssisələrinin birindən pomidor idxalına icazə verdi
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Günün ulduz falı
Göz rənginə görə ənlik seçimi
Ermənilərin itkisi təsdiqləndi
Hava qovuracaq
Rusiyanın Azərbaycanla bağlı şübhəsinə son qoyuldu
Həftənin ilk iş günü üçün hava proqnozu
Xanımlarımıza yad güllər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Sevmək-sevilmək, gözəllik, xeyirxahlıq var ikən...
Bu filmlərə baxmaq pulsuzdur!
Kan film festivalı; Qırmızı xalça
"Yuvamdakı düşman "serialı reytinq qurbanı oldu
Azərbaycanda iş saatları dəyişəcək? - Açıqlama
Nadejda Savçenkonu razı saldılar
Sarı dırnaq dəbi
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
İsrail yenidən aviazərbələrə başladı
Hamısına cəmi bir kart!
Direktor olmaq istəyənlər, qaydalar dəyişdirilir
HAVA necə olacaq?
Polis kenqurunu axtarışa verdi
Azərbaycanda pensiya ödənişləri artacaq
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Bakıda avtobus özbaşınalığına son qoyulacaqmı?
Səhiyyəmizə inanırsız?
Messi tarix yazdı
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Həftənin ilk iş günü üçün hava necə olacaq
S-300 raketləri təlimdə (FOTO)
"Çirkli pullar" burada yuyulur - VİDEO
İranda 2000 nəfəri çovğundan çıxardılar
Sumağın faydaları
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Qabarıq saçlar üçün maska
Qırmızı kadife tort (foto resept)
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
Bakıda yeni metro stansiyası
Yumi Okitanın sənət əsərləri
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı
Neon rəng hər yerdə
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
HAVA necə olacaq?
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
Hikmət Hacıyevdən etnik erməni nümunəsi
Fərqli çay içmək istərdinizmi?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]