"Azərbaycanda iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı məsələ həmişə aktualdır".
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M.Quliyev bildirib ki, iş qrafiklərinin dəyişdirilməsi Bakıda sıxlığın aradan qaldırılmasına kömək ola bilər:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının qaldırdığı bu məsələ çox aktualdır. Bu məsələni 5-6 il bundan qabaq Milli Məclisdə gündəmə gətirmişdim ki, Bakıda sıxlığın aradan qaldırılması üçün bu təcrübədən istifadə edilsin.
İş vaxtları, məktəblərin, universitetlərin dərs qrafiki müxtəlif saatlara çəkilsin və hamı eyni vaxtda səhər evdən çıxıb axşam evə qayıtmasın. Bu zaman çox böyük sıxlıq və gərginlik yaranır. Hesab edirəm ki, təkcə pandemiya dövründə deyil, sonrakı vaxtlarda da, xüsusən Bakı şəhəri üçün bu məsələ çox aktualdır.
Dərs və iş qrafikləri 1-2 saat fərqlə tərtib olunsa, həm nəqliyyatda sıxlığı aradan qaldıra bilərik, həm də bu, insanların kütləvi şəkildə bir yerə toplanması və virusa yoluxmaların qarşısının alınmasına kömək ola bilər.
Fərqli vaxtlarda işdən çıxan adamlar marketlərə, idman zallarına, restoranlara və digər yerlərə də fərqli vaxtlarda gedəcəklər və həmin məkanlarda gərginlik və sıxlığın qarşısı alınacaq. 1-2 saat fərq təkcə iş yerlərində deyil, bizim sosial həyatımızda da rahatlaşma gətirə biləcək”.
Komitə sədri vurğulayıb ki, bununla bağlı Avropa ölkələrinin təcrübəsi var:
“Bəzi Avropa ölkələrində bir sıra yerlərdə iş səhər saat 7-də başlayır. Vacib deyil ki, hər yerdə iş səhər saat 9-da başlasın. Saat 07:00-da, 08:00-da, 10:00 və 11:00-da iş başlaya bilər. Tez işə gələn də işdən tez çıxacaq və digər işləri ilə məşğul olacaq. Bu tədbir həyata keçirilə bilər. Bununla bağlı özəl sektora tövsiyə verilə bilər, dövlət qurumları da qərar qəbul edə bilər ki, hansı iş saat neçədə başlasın”.
Qeyd edək ki, R.Bayramlı bildirib ki, səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.
Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur:
“İş yerlərinə müraciət etmək istəyirik ki, işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər”.
XƏBƏR LENTİ
Ermənilərə sillə kimi sözlər
Smartfonunuzda antivirus var?
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Ukrayna ordusu daha 3 yaşayış məntəqəsini azad edib
Hava haqqında - 28.08.2013
Krım səmasında naməlum kosmik obyekt partladı
"Qarabağa qoşun yeridilməlidir"
Panikada olan düşmən silahını atıb QAÇIR,
Beren Saatdan qeyri-adi -FOTO
İlk oyunumuz Yunanıstana qarşı olacaq
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
Daha bir şəhərdə peyğəmbərə dəstək
Uşağın böyüməsi və inkişafı
Kayli və Kardaşyan QALMAQALI
Sabahın HAVAsı
Bakıda görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi
Sabah Azərbaycanda çörəyin qiyməti qalxacaq?
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
Sıla ərə gedir-FOTO
Dohada çəkilən ilk türk serialı
Kayli Cenner izləyicilərini təəccübləndirdi-VİDEO
“Borc aparatları” bağlandı -SƏBƏB
Edin 1,5 milyonluq evi yandı
Saçlar üçün təbii yağlar
Ən böyük bayrağımız
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başa çatdı
Rubl və neft yenidən düşür
Veteranlara pul veriləcək - Prezident sərəncam imzaladı
“Gizlənqaç” oynayan gənc qız paltaryuyan maşında sıxışıb qaldı - VİDEO
Ukraynada koronavirusa yoluxma sayında görünməmiş rekord
Makiyaj edərkən göz sağlamlığınızdan olmayın!
Xurmalı jele (foto resept)
Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - RƏSMİ
53 yaşlı Sertab Erener görünüşü ilə heyran etdi - FOTO
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - VİDEO
Ərdoğan hamını şoka saldı
İstənilməyən tüklərə qarşı maska
Kişilər hansı vərdişlərini dəyişmək istəmirlər?
81 yaşlı nənə bədəni ilə heyran edir
Bakının üzü güldü
"Qaz ayağı" peçenyesi (foto-resept)
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Yumurta bhurji (foto resept)
Şərbətli badam şirniyyatı (foto-resept)
Güclü külək əsəcək, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ
Albalı pudinqi (foto resept)
Dünya 100 il əvvəl
Çantalar