Bir bəladır bu, bu haqda müəyyən qədər bilsəm də. Düzü, unutmuşdum ki, belə bir bəla da var. Səbəb, özümüz onları dünyadan təcrid edirik. Niyə bəs? Xəstədirlər, mikrob, virus daşıyırlar səbəb budurmu? Məntiqsiz səbəb deyilmi? Dərdləri yetmirmi? Niyə bizlər də dərdlərinə dərd əlavə edirik? Bu həyatı onlarmı seçdilər? Yıxılana bir balta daha vurmağa nə haqqımız var? Allahın təqdiri budur. Günahlarının cəzasıdır yoxsa imtahandır? Axı biz imtahan dünyasında yaşayırıq. Hazırda dünyanın 8 milyonu bu xəstəlikdən əziyyət çəkir. Xəstə olmaqları yetməzmiş kimi cəmiyyətdən də uzaqlaşdırılırlar. Onlarda hamı kimi yaşamaq istəməzdilərmi? Niyə onlara məhkum kimi davranılır, anlaya bilmirəm. Bir çox belə xəstələr sağlam uşaq dünyaya gətirirlər. Amma 9 ay bətnində gəzdirdiyi körpəsini sevib qoxlaya bilmirlər. Səbəb nədir? O da onun kimi bu bəlaya tutulmasın. Xəstəlik ana bətnində körpəyə keçməsə də, südlə keçə bilər.
Televizorda baxdım bu haqda. Baxdıqca da göz yaşlarımı saxlaya bilmədim. Qısa da olsa, bu haqda sizlərlə də paylaşmaq istərdim. Bir çoxları düşünür ki, mənim dərdim böyükdür. Sualım o insanlaradır. Öncə düşünün. Dərdiniz o insanların dərdindən daha çoxdur? Cəmiyyətdən və doğmalarından təcrid edilmisinizmi? Sahib olduqlarımıza şükür edək, dualarımızda onları da unutmayaq. Onların duaya çox ehtiyacları var. İnsanlıq xətrinə edək.
Xəstəlik haqqında qısa məlumat
Xəstəliyin tanınması insanlıq tarixi qədər keçmişə söykənir, ancaq xəstəlik haqqında çox az şey bilindiyi üçün keçmişdə şikəst buraxan və ya çirkinləşdirən bütün xəstəliklərə səhv bir şəkildə cüzam xəstəliyi deyilmişdir.
Müalicəsinin tapılmadığı üçün keçmişdən indiyədək insanlar cüzamdan qorxmuş və xəstələri təcrid etmişlər. Edilən bu böyük səhv isə xəstələrin həkimlərə müraciət etmələrini gecikdirmiş, xəstəliyin yayılmasına və müalicəsinin gecikməsinə səbəb olmuşdur. Halbuki, lepra mikrobu vərəm basiline bənzəsə də, amma ondan daha zəif sürətlə yayılmaqdadır. Müalicəsiz cüzam xəstəsinin xəstəliyi yoldaşına keçməsi ehtimalı belə çox zəifdir.
Xəstəliyin yayılma yolu tənəffüs yoludur. Lepra xəstələrinin bir qismində mikrob var, bir qismində isə yoxdur. Xəstəlik ancaq mikrob çıxardan xəstələrin uzun müddət evində və ya yaxınında olan immuniteti zəif olan insanlara və ya uşaqlara keçir.
Cüzam xəstəliyinin erkən əlamətləri budur ki, bədəndə bir neçə dənə açıq rəng və ya açıq-qırmızı ləkə ola bilər. Ləkələrdə hiss itkisi var. Bu ləkələrə bir pambıq parçası ilə toxunulduğu zaman xəstə bunu hiss etməz. Bəzən də xəstəlik əl və ya ayaq barmaqlarında uyğunlaşmalarla başlaya bilər.
Digər əlamətləri isə dəridə quruluq, tərləmənin azalması, tük itkisi, üz sinirlərin qalınlaşmasıdır. Xəstəlik bu erkən əlamətlərlə tanınıb müalicə edilsə, irəliləməsi dayanar, əlamətləri də itə bilər.
Təxminən beş il fərqinə varılmazsa, xəstəlik irəliləyərək hissiyyatın itkisi səbəbi ilə yara və yanıq izləri, əllər və ayaqlarda ifliclər, qaş-kirpik tökülmələri, gözlərin bağlana bilməməsi, zamanla korluq, burunda çökmə, barmaqların qıvrılması və pəncə şəklini alması kimi ən irəli müalicəsiz cüzam xəstəliyi əlamətlərini göstərməkdədir.
Müalicəsiz qalmış xəstələr üçün cüzam xəstəxanalarında dərman müalicələri, fizioterapiya və reabilitasiya və müxtəlif cərrahi müalicələr davam etməkdədir.
Çox uzun yazmaq istəmirəm. Sonda onu qeyd edim ki, ən yaxşı müalicə onların psixikasını sağlam saxlamaqdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qarpızdan zəhərlənməmək üçün...
Ölkəmizdə daha 514 nəfər koronavirusdan sağaldı
Koreyski kələm (foto resept)
Günün ulduz falı - 18.01.2014
İstehsalçıların yaratdığı təbəssüm
Enerjininn şəxsi generatoru
Yağ bilib aldığımız əslində....
Darıxdırıcı şəkilləri necə maraqlı etməli?
7 gün ərzində pomidor yeməyin faydaları
ABŞ Azərbaycan neftinin idxalını azaldıb
Modern xalça modelləri
Facebook parolunuzu təcili dəyişin
Günün qoroskopu - 05.11.2013
Avokadonun 10 faydası
Göbələk zəhərlənmələri və müalicəsi
Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”
Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ
Sadə xalçalar
İnsanların təbiətə vurduğu zərərin nəticəsi
Ətəyi düşən model 500 reklam təklifi alıb-FOTO
Xərçəngi məhv edən yeni kəşf
Möcüzə içki, ağ çay
Yunanıstanda Soçi-2014-ün Olimpiya məşəlini yandırdılar
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Günəşin oğlu
Saç aksesuarları
Atatürkü bu adam zəhərləyib
“Instagram”a qadağa qoyuldu
Saç hörməyi öyrənək
Hava haqqında
"Neftçi"nin futbolçusu: "Rəqib bunlardan istifadə etdi"
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bilindi
Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı - FOTO
Azərbaycanda bir sıra işçilərin əməkhaqları artırıldı
Qalalar yurdu Qaradağ
Tito Vilanovanın dəfn tarixi açıqlandı
Xəyal dünyası ilə valeh edən şəkillər
Restoranlardan heyrətə salan menyular
Təmizlik zamanı edilən səhvlər
İNSAN SÜMÜKLƏRİNİN YARATDIĞI MÖCÜZƏLƏR
Yüz ilin tənha yazıçısı dünyadan köçdü
Cey Lo əkizlərini belə təbrik etdi - FOTO
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
İsmail YK
Dünyada ilk dəfə: yoxa çıxdı, ayaqyalın 9 min kilometr piyada yol getdi
Yer kürəsinin əkizi tapıldı
"28 May" metrosunda sakinlərin köməyinə çatacaq yenilik
Doğum evinə getməyə hazırlaşanlar üçün
Prezident və xanımı yeni bulvarın açılışında
Selena Gomezin 4 gözəllik imzası
- ŞƏRHLƏR