
Yay mövsümünün ən dadlı nemətlərindən biri qarpızdır. Onun mövsümü iyul-avqust ayları olsa da, aprel və may aylarında şəhərin müxtəlif mağaza, market və bazarlarında ona rast gəlmək olur. Düzdür, bəzi rayonlarda qarpızın qışa kimi saxlanılması ilə bağlı müxtəlif metodlar tətbiq olunur. Amma həmin qarpızı yemək də olduqca təhlükəli sayılır. Xalq arasında “içini yeyən qarpız” kimi tanınan qışa saxlanılmış qarpızlar ölümlə nəticələnən zəhərlənmələrə səbəb olur. Qarpız mövsümlük bitki olduğu üçün onun yetişdirilmə texnologiyasının məhsulun keyfiyyətinə böyük təsiri var.
Qarpız necə becərilməlidir?
Məlumat üçün bildirək ki, qarpız ən çox Sabirabad rayonunda yetişdirilir. Bu rayonda becərilən “Çələbi” və “Şaban” növlü qarpızlar öz dadı və içinin qırmızılığı ilə seçilir. Uzun illərdir qarpız əkən rayon sakini Famil Sayılovun sözlərinə görə, qapızı əkməmişdən öncə torpaq dincə qoyulmalıdır: “Xam və daha öncə orada nəsə əkilməyən ərazini bostan üçün hazırlamaq lazımdır. Bunun üçün əkin sahəsi bir neçə dəfə şumlanır. Daha sonra sulanır. Əgər alaq otları bitərsə, onlar təmizlənir və bir daha şumlanır. Əkin müddətinə kimi bu proses bir neçə dəfə davam etməlidir. Torpaq özünə gəlməlidir ki, məhsul həm tez yetişsin, həm də yaxşı bar versin. Qarpızın yüzlərlə sortu var. Azərbaycanda ən çox becərilən ”Çələbi" və “Şaban” sortudur. Tezyetişən qarpız sortları 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir. Qarpızdan yüksək məhsuldarlıq götürmək üçün ona vaxtlı-vaxtında qulluq edilməlidir. Suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma kimi proseslər mütləq olmalıdır".
Famil Sayılovun sözlərinə görə, xalq arasında “Duqa” adı ilə bilinən aprel və may aylarında yetişdirilən qarpızları yemək olduqca təhlükəlidir: “Qarpız elə bir bitkidir ki, onu tez yetişdirən və yaxşı məhsul alan çox qazanır. Normal gübrə ilə yetişdirilən qarpız iyul və avqust aylarında yeyilməlidir. ”Duqa" növlü qarpız isə həm insanların sağlamlığına, həm də bazar mühitinə ciddi təhlükəlidir. Keyfiyyətsiz sort kimi bilinən “Duqa” təmiz və dadlı qarpızın bazarını öldürür. Məhsul qalır əlimizdə, sata bilmirik. Belə olan halda kəndli bir az çox xərc çəkərək “Duqa” əkir ki, həm yaxşı qazansın, həm də məhsul əlində qalmasın".
Rayon sakinin sözlərinə görə, problemin yeganə çıxış yolu bu növdən olan qarpızları yeməkdən imtina etməkdir. “Bəs ”Duqa" növünü necə müəyyən etmək olar" sualına isə rayon sakini bu şəkildə cavab verdi: “Çəyirdəyi az və seyrək olur. Kəsəndən 1-2 saat sonra pambıq kimi olur. Dadında bir qədər acılıq hiss olur. Xüsusilə aprel və may aylarında satılır”.
Qarpızı alarkən bunlara diqqət edin
Bəs qarpız alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən “küp” səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqama diqqət etməyinizdə fayda var.
Qarpızın nə kimi faydaları var?
Qarpız, ilk növbədə, susuzluğa faydalıdır. Belə ki, insan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.
Hələ qədim zamanlardan dədə-babalarımız qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içməklə bəlğəmi kəsiblər.
Bir çox ailələrdə uşaqlar qarpız tumunu yeyərkən valideynlər buna əsəbləşirlər. Halbuki qarpızın tumu da çox faydalıdır. Məsələn, böyrək daşından əziyyət çəkən böyüklərin qarpız tumunu yemələrində fayda var. Belə ki, qarpız tumu böyrək daşını salır. Qarpız qabığından bişirilmiş mürəbbə sinə, mədə ağrısı üçün faydalıdır, həzm zəifliyini aradan qaldırır.
Qarpızı 4 ay saxlamaq olar
Qarpız alarkən onun saxlanma yerinə də fikir verməyinizdə fayda var. Belə ki, qarpızın hansı şəraitdə saxlanması və satış şəraiti çox önəmlidir. Məsələn, sanitar-gigiyenik qaydalara görə, istər ticarət şəbəkələrində, istərsə də evlərdə qarpız qapalı yerlərdə, həm də saplağı yuxarı olmaq şərtilə saxlanılmalıdır. Qarpızı bir neçə qat kağıza büküb, sərin yerdə, çanta və ya torbada 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq, mənfi 18 dərəcə temperaturda saxlamaq da mümkündür.
XƏBƏR LENTİ
Microsoft Windows 10 nə zaman hazır olacaq?
Zövqlü xanımlar üçün ayaqqabılar
Edis yeni imicdə-FOTO
Boksçularımız DÇ-dən dörd medalla döndülər
Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi
Bakıda çoxmərtəbəli binalarla bağlı yeni qərar
Sentyabr ayında yeyilməli qidalar
Prezident Xocalını andı
Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı
Diqqət! Yollar buz bağlayacaq
"Rambler" şokda: belə oğurluq olmamışdı
Günün qoroskopu: ailə üzvləri ilə həssas davranın
Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi
"Eurovision 2017" başladı
"Şaban"ın azərbaycanlı gəlinindən "Baby shower"partisi-FOTO
Məşhur modelin ayağını amputasiya etdilər-SƏBƏB
Hacıbaba Bağırovun xatirəsi yad ediləcək
Bu günün tarixi (23.08.2014)
Bella HAMİLƏ olduğunu dedi inanmadılar-FOTO
Dəri tipinə görə qulluq
Gənclər və idman naziri vətəndaşları qəbul edəcək
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Uşaqdakı məsuliyyət hissi nə dərəcədədir
Azərbaycan üçün mühüm park işə salındı
Anna davranışları ilə diqqət çəkir-FOTO
Azərbaycan uşaqları internetin mənfi təsirindən qoruyacaq
DİM rəsmisindən imtahan tarixləri ilə bağlı AÇIQLAMA
"Abituriyentin ixtisas seçimində valideynin iştirakı vacibdir"
Vahid Bayramov: "Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır"
Əncir mürəbbəsi (foto-resept)
"P" və "R" hərfləri ilə başlayan adların mənası
Hamiləlikdə rahat yuxunun sirləri
Azərbaycan əhalisinin sayı açıqlandı
Koronavirus məhdudiyyətlərinə etiraz edən Santa Klaus polislər tərəfindən saxlanıldı - VİDEO
Hande Erçelin Geyimi MÜZAKİRƏ OLUNDU-FOTO
İlham Əliyev selfi çəkdirdi
HAVA necə olacaq?- 24 fevral
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dekabr ayının qalibləri!
COVID-19 testindən keçənlərə 300 dollar VERİLƏCƏK
Ekoloqdan sərt qış xəbərdarlığı: "Bunun tam əksini gözləmək lazımdır"
Sabahın HAVAsı
Azərbaycanda müəllimlərə əməkhaqqı müjdəsi
Ruslar niyə narahatdırlar?
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Stil ikonuna çevrilən tayvanlı cütlük
Uşaqların nəfəsini kəsən 3 problem
Sabahın hava proqnozu















- ŞƏRHLƏR