
Qarpız necə becərilməlidir?
Məlumat üçün bildirək ki, qarpız ən çox Sabirabad rayonunda yetişdirilir. Bu rayonda becərilən “Çələbi” və “Şaban” növlü qarpızlar öz dadı və içinin qırmızılığı ilə seçilir. Uzun illərdir qarpız əkən rayon sakini Famil Sayılovun sözlərinə görə, qapızı əkməmişdən öncə torpaq dincə qoyulmalıdır: “Xam və daha öncə orada nəsə əkilməyən ərazini bostan üçün hazırlamaq lazımdır. Bunun üçün əkin sahəsi bir neçə dəfə şumlanır. Daha sonra sulanır. Əgər alaq otları bitərsə, onlar təmizlənir və bir daha şumlanır. Əkin müddətinə kimi bu proses bir neçə dəfə davam etməlidir. Torpaq özünə gəlməlidir ki, məhsul həm tez yetişsin, həm də yaxşı bar versin. Qarpızın yüzlərlə sortu var. Azərbaycanda ən çox becərilən ”Çələbi" və “Şaban” sortudur. Tezyetişən qarpız sortları 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir. Qarpızdan yüksək məhsuldarlıq götürmək üçün ona vaxtlı-vaxtında qulluq edilməlidir. Suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma kimi proseslər mütləq olmalıdır".
Famil Sayılovun sözlərinə görə, xalq arasında “Duqa” adı ilə bilinən aprel və may aylarında yetişdirilən qarpızları yemək olduqca təhlükəlidir: “Qarpız elə bir bitkidir ki, onu tez yetişdirən və yaxşı məhsul alan çox qazanır. Normal gübrə ilə yetişdirilən qarpız iyul və avqust aylarında yeyilməlidir. ”Duqa" növlü qarpız isə həm insanların sağlamlığına, həm də bazar mühitinə ciddi təhlükəlidir. Keyfiyyətsiz sort kimi bilinən “Duqa” təmiz və dadlı qarpızın bazarını öldürür. Məhsul qalır əlimizdə, sata bilmirik. Belə olan halda kəndli bir az çox xərc çəkərək “Duqa” əkir ki, həm yaxşı qazansın, həm də məhsul əlində qalmasın".
Rayon sakinin sözlərinə görə, problemin yeganə çıxış yolu bu növdən olan qarpızları yeməkdən imtina etməkdir. “Bəs ”Duqa" növünü necə müəyyən etmək olar" sualına isə rayon sakini bu şəkildə cavab verdi: “Çəyirdəyi az və seyrək olur. Kəsəndən 1-2 saat sonra pambıq kimi olur. Dadında bir qədər acılıq hiss olur. Xüsusilə aprel və may aylarında satılır”.
Qarpızı alarkən bunlara diqqət edin
Bəs qarpız alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən “küp” səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqama diqqət etməyinizdə fayda var.
Qarpızın nə kimi faydaları var?
Qarpız, ilk növbədə, susuzluğa faydalıdır. Belə ki, insan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.
Hələ qədim zamanlardan dədə-babalarımız qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içməklə bəlğəmi kəsiblər.
Bir çox ailələrdə uşaqlar qarpız tumunu yeyərkən valideynlər buna əsəbləşirlər. Halbuki qarpızın tumu da çox faydalıdır. Məsələn, böyrək daşından əziyyət çəkən böyüklərin qarpız tumunu yemələrində fayda var. Belə ki, qarpız tumu böyrək daşını salır. Qarpız qabığından bişirilmiş mürəbbə sinə, mədə ağrısı üçün faydalıdır, həzm zəifliyini aradan qaldırır.
Qarpızı 4 ay saxlamaq olar
Qarpız alarkən onun saxlanma yerinə də fikir verməyinizdə fayda var. Belə ki, qarpızın hansı şəraitdə saxlanması və satış şəraiti çox önəmlidir. Məsələn, sanitar-gigiyenik qaydalara görə, istər ticarət şəbəkələrində, istərsə də evlərdə qarpız qapalı yerlərdə, həm də saplağı yuxarı olmaq şərtilə saxlanılmalıdır. Qarpızı bir neçə qat kağıza büküb, sərin yerdə, çanta və ya torbada 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq, mənfi 18 dərəcə temperaturda saxlamaq da mümkündür.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kim daha ağıllıdır: qadın, yoxsa kişi?
Hamiləlikdə diş problemləri
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Ermənilər atəşkəsi pozmaqda davam edir
XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Tarixin ən cüssəli idmançıları - FOTO
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
2012-ci ilin qış geyimləri
Cəfəri haqqında bilmədiklərimiz
Vətən müharibəsində iştirak edən 82 mindən artıq hərbçimiz təltif olunub
Məşhur cütlüyün model qızı 17 yaşını belə qeyd edir-FOTO/VİDEO
Ermənistan klubuna transfer olunan azərbaycanlı futbolçu danışdı
Kəbədə ilk təravih namazı qılındı
Rus dili - Ыы, Ьь, Ъъ
Xəzərdə zəlzələ olub
Tüklənməni artıran qidalar
Çayımızın da duzu var
Çiyələk yemək üçün 7 səbəb
İlham Əliyevin doğum günüdür!
Çat verən yollarımız
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Pazllar ("Yusifin dünyası")
Anasına 1 milyon xərcləyəcək-SƏBƏB
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Dünyanın ən uzun pilləkənları
HAVA necə olacaq?
Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Reynmen koronavirusa yoluxdu
Bu proqram tətbiqi keçirdiyimiz hissləri təyin edəcək
Günün ulduz falı
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Hava necə olacaq?
Azərbaycanda qadınların seçimi: ailə, pul, yoxsa can sağlığı?
Misirdə ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib
Mustafa Sandalın Etirafı Qalmaqal yaratdı
Ərdoğan Qarabağ üçün nazirləri toplayır
Vanqanın Qarabağla bağlı PROQNOZU
4 yığma yenidən birləşir
Udma pozğunluğu
Şeir öyrənək-1
Azərbaycanda bu məhsullar bahalaşdı
Koronavirusun necə yayıldığını görmək üçün konsert təşkil edəcəklər
Bu marşrutlarda pulsuz "Wi-Fi" olacaq
Piylərə zərbə
Keçmişdə bu gün
Məşhur futbolçu ebolaya yoluxub?
Brilyant gitara satışa çıxarılır
Tramp söz verdi: “Bunu etsəniz...”















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]