Bəzi Kütləvi İnformasiya Vasitələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq təşkil olunan brifinqlərində ölkədə tətbiq olunan xüsusi karantin rejimin qaydalarına riayət edilməməsi barədə məlumatlar yayılır. Həmin məlumatlarda brifinqə dəvət olunan jurnalistlərin, video və foto çəkiliş qruplarının, həmçinin brifinqdə iştirak edən rəsmi şəxslərin məsafə gözləmədiyi, qoruyucu tibbi maskalardan, eləcə də dezinfeksiya məhlullarından istifadə edilmədiyi bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən Publika.az-a verilən məlumata əsasən, koronavirus infeksiyası ilə yoluxma halları, karantin rejiminin tələbləri nəzərə alaraq, bir məkanda çox sayda insanın toplaşmamasını təmin etmək məqsədilə Operativ Qərargahın brifinqlərinin təşkil edildiyi zal iki ayr-ayrı hissəyə ayrılıb. Brifinqə dəvət olunanların çıxışlarının, həmçinin KİV təmsilçilərinin sullarının verilməsinin zalın hər iki hissəsində yayımlanması üçün xüsusi monitorlardan və texnikadan istifadə olunur. Brifinqlərə dəvət olunan bütün şəxslərə məkana girişdə qoruyucu tibbi maskalar, əlcəklər təqdim edilir, zalda dezinfeksiya məhlulları qoyulur. Məkana daxil olan şəxslərin girişdə bədən hərarəti ölçülür. Zaldakı oturacaqlar brifinqdə həm KİV qarşısında çıxış edənlər, həm də media təmsilçiləri arasında müvafiq məsafə tələbinə riayət olunmaqla yerləşdirilir. Həmin oturacaqların arxasında dayanan, canlı yayımı və jurnalistlərin reportajları üçün lazım kadrların alınmasını təmin edən videoçəkiliş qrupları arasında da məsafənin gözlənilməsi üçün şərait yaradılıb. Belə ki, hər bir operator üçün yerlər xüsusi lentlərlə ayrılıb.
Brifinqə dəvət olunan çıxışçılar isə əvvəlcədən COVİD-19 ilə bağlı testdən keçir. Çıxışçılar zala daxil olarkən bir qayda olaraq mütləq tibbi maskalardan istifadə edirlər. Çıxışları zamanı isə rahat ünsiyyətin qurulması üçün həmin maskanı çıxardırlar, lakin onların masaları arasında lazımi məsafə gözlənilir. Onu da qeyd edək ki, brifinqlərin keçirildiyi məkan tədbirdən əvvəl hər dəfə dezinfeksiya edilir. Bura dəvət olunan media nümayəndələrinin mütəmadi COVİD-19 ilə bağlı müayinələrdən keçirilməsi də təmin olunur.
XƏBƏR LENTİ
"Plyonka"ya icazə veriləcək?
​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək
Qeyri-adi ev əşyaları
Günün qoroskopu: dərhal uğura nail olmasanız da
Onunla birlikdə keçirdiyiniz hissin elmi açıqlaması
Kremli asan tort (foto resept)
Koronavirusa yoluxduqdan altı gün sonra xəstədə baş verən dəyişikliklər açıqlandı
Dəbli çantalar
Acun sevgilisi ilə istirahətdə - FOTO
Metro bu gündən bağlanır!
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Dodaq boyası dişlərin rəngini ortaya çıxarır
Nepalda daha bir zəlzələ baş verib
Parçadan taksidermiya
Kanada sakini lotereyada 20,3 milyon dollar uddu
Güclü saçlar üçün vacib maddələr
Hicablı xanımlar üçün uzun ətəklər
Davamlı yürüşün faydaları
Baş Prokurorluqdan Nərminlə bağlı müraciət
Bayramlar gəlir: neçə gün evdəyik?
Saçınızı mineral suyla yusanız...
Məşhur cütlük AYRILDI-FOTO
Ziyafət donları
Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək?
Siqaret çəkən qadınlar 25 il sonra
TQDK şərtləri dəyişdi
Bu gündən karantin rejimi sərtləşdirilir
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu
Dünyanın ən tüklü dovşanı
"Tom və Cerri"nin yaradıcısı öldü
Gigi Hadidin gözəllik sirləri
Xərçəngdən qoruyan möcüzəvi üsul
Dənizdəki görüntü hər kəsi təlaşlandırdı – VİDEO
Petek Dinçöz Şəkiyə gəlir
2 qadın boksçumuz mükafat aldı
Azərbaycanda tərkibi dəyişdirilmiş məhsullarla bağlı yeni tələb
"Usaqi" Tayvanı yerlə-yeksan etdi
Dünyanın ən darısqal şəhəri
Hava necə olacaq?
Güzəştli mənzil alanların sayı artacaq
Novruz bayramında qeyri-adi hadisə olacaq
Səudiyyə Ərəbistanında işləmək istəyənlər üçün qaydalar asanlaşdırılır
Yıldız Tilbe evində klip çəkdirdi-VİDEO
Məşhur cütlüyün ikinci övladı doğuldu
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 124 yeni yoluxma - FOTO
Bombardirlərin ən böyük dayaqları nədir?
Qan içmək istəyi oyadan xəstəlik
Məşhur dietoloqların özəl pəhrizi.
Kəsmikli keks (foto resept)














