12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 25 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
Bu ilki Konstitusiya Gününün bir özəlliyi var. Belə ki, ilk dəfə Konstitusiyamız illərdir düşmən işğalında olan torpaqlarımıza da faktiki olaraq şamil edilir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.
Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Girovlarla bağlı bəyanat
Gəlinlik tacları
Ət dükanları yoxlanıldı
Gənc görünmək üçün nə etməli?
Evdə qırmızı dodaq boyasını necə hazırlamalı?
Uşaqlarda nitq geriliyinin səbəbləri
Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?
Şokolad ürək sağlamlığını qoruyur
Balıq qadın ürəyinə xeyirlidir
Kartof içlikli göbələklər (foto resept)
DİN-dən əhaliyə növbəti XƏBƏRDARLIQ
Bürclərə görə sağlamlıq məsləhətləri
Sabahdan qar və yağış geri qayıdır
Uğursuz alınmış selfilər
Sevgi olmazsa...
Qan təzyiqinə nəzarət edən qüsursuz sistem
Adilikdən qeyri-adilik yaratmaq
Hamiləlikdə yuxu və yuxusuzluq
"Medcezir"in ulduzu xanımı ilə-FOTO
Həyatınızın dəyişmək üzrə olduğunu göstərən hallar
Facebook harada daha populyardır?
Düşmənə daha bir tutarlı cavab
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Kovboy şlyapalı göyərçinlər hər kəsi şoka saldı - VİDEO
Təhsil naziri vəzifəsini icra edən şəxsin adı açıqlandı
Ölkənin ən gözəl tələbəsi seçildi - FOTO
“Haber Global” Kəlbəcərdə
Ermənilər Xankəndidən Ermənistana hansı yolla gedir? - VİDEO
Külək Zərdaba ciddi ziyan vurub
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
İqtisad Universitetində kadr islahatları başladı
Azərbaycan Superkubokunun keçiriləcəyi yer məlum oldu
Onlara yox deyə bilməyəcəksiniz
Dünyanın ən yaşlı kişisi öldü
Haqqımızı necə qoruyaq?
"Anne" serialı məhkəməyə verildi
Quba və Qusara qar yağıb
Samira və qızının Su çərşənbəsi
İrem Derici Yeni İMİCDƏ-FOTO
Məntiq dərsi
Sinə əməliyyatından 4 il sonra -ŞOK FOTO
Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub?
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Rəngarəng don modelləri
Gözəlliyin düşmənləri
Bu serial da Reytinq qurbanı oldu
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar? - ŞƏKİLLİ İZAH
Bu dağa çıxan geri qayıtmır
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu














