Gündəlik həyatımızda bir çox məsələlərlə bağlı müqavilələr bağlayırıq. Bu müqavilələr bəzən bizə müxtəlif problemlər yarada bilir. Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov ANS PRESS-ə müsahibəsində, belə hallardan qorunmaq üçün bir sıra dəyərli məsləhətlər verib. Hüquqşünas bildirir ki, müqavilə azadlığı prinsipi müqavilə bağlamaq və ya bağlamamaq azadlığı ilə yanaşı şəxslərin müqavilənin şərtlərini müstəqil şəkildə müəyyənləşdirməkdəki sərbəstliyini də ehtiva edir. Müqavilə azadlığı mütləq azadlıq deyil və qanunla müəyyənləşdirilmiş qaydada məhdudlaşdırılması mümkündür. Ümumi sözlərlə desək, belə məhdudiyyətlər tərəflərin kifayət qədər məlumatlı olmamaları və ya tərəfin öz maraqlarının təmini üçün yetərli müzakirə gücünün olmaması ilə bağlı olur.
Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyən hallarda məhkəmənin haqsız müqavilə şərtlərinə müdaxilə etməyə imkan verir. İstehlakçılarla bağlanan müqavilələrdə onların haqsız müqavilə şərtlərinə qarşı qorunması mühüm əhəmiyyət kəsb edir. Çünki istehlakçının yalnız satılan malın, təqdim edilən xidmətin (işlərin) xüsusiyyətləri baxımından (məsəslən, malın lazımı keyfiyyətdə olması, təhlükəsiz olması və s.) müdafiəsi kifayət deyil. İstehlakçı həm də mal və xidmətləri (işləri) əldə etmə şərtlərini müəyyənləşdirən, tərəflərin hüquq və öhdəliklərini nizama salan müqavilə mətnlərinə qarşı da qorunmalıdır. Təklif etdiyi müqaviləni əvvəlcədən hazırlayan və istehlakçıya müzakirə şansı və imkanı vermədən imzalatdıran satıcı (icraçı) bununla da həmin müqaviləyə tamamilə özünü xeyrinə olan şərtləri daxil edəcəkdir. Nəticədə istehlakçılar qanunla onlara verilmiş hüquqlardan müqavilə bağlamaqla könüllü şəkildə imtina etmiş kimi qəbul olunacaq və öz hüquqlarını həyata keçirə bilməyəcəklər.
“Digər tərəfdən, istehlakçıların təşkilatlanmış istehsalçıların, satıcların və ya kredit təşkilatlarının qarşısında istər iqtisadi, istər savad, istərsə də, müzakirə gücü baxımından zəif olması faktı da nəzərdən qaçırılmamlıdır. Başqa sözlə, əksər hallarda istehlakçının təklif edilmiş müqaviləni oxumağa vaxtı belə olmur; hətta vaxtı olsa və oxusa belə, istehlakçı böyük ehtimalla həmin müqavilə şərtlərini başa düşməyəcəkdir. İstehlakçı müqavilənin şərtlərini başa düşsə belə, həmin şərtlərə qarşı etirazını ifadə edə bilmir, çünki əks halda, təklif edilən maldan (xidmətdən, işdən) faydalana bilmir. İstehlakçının başqa satıcının yanına getsə də, eynilə belə şəraitlə qarşılaşacağı aydındır.”- deyə D.Novruzov bildirib.
Hüquqşünas bildirir ki, AR Mülki Məcəlləsində haqsız müqavilə şərtinin anlayışı verilməmişdir. AR MM-in 417-420-ci maddələri haqsız şərti təklif etmiş tərəfin dəfələrlə istifadə üçün əvvəlcədən birtərəfli qaydada müəyyənləşdirdiyi və müqaviləyə daxil etdiyi, lakin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi – istehlakçı üçün zərərli olan şərt kimi xarakterizə edir. AR MM-də haqsız müqavilə şərtlərinin qəti olmayan siyahısı verilib ki, bu da, haqsız müqavilə şərtləri ilə bağlı hər hansı mübahisəyə baxan məhkəməyə müəyyən qədər kömək edəcək.
Vəkil D.Novruzovun sözlərinə AR MM istehlakçıların haqsız müqavilə şərtlərinə qarşı qorunmasında mərhələli yoxlama (nəzarət) mexanizmi müəyyənləşdirmişdir. Belə ki, ilkin olaraq müqavilə tərəflərinin haqsız olması iddia edilən şərti bilavasitə müzakirə edib-etməməsi, sonra həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilməməsi, daha sonra sözügedən şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmaması araşdırılmalıdır. Aparılmış araşdırmanın nəticəsində müqavilə şərtinin haqsız şərt olmasına qərar verildikdə, AR MM-in etibarsız əqdlərin nəticələri ilə bağlı müvafiq müddəaları tətbiq edilir.
“Sonda təəssüf hissi ilə qeyd emək lazımdır ki, ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi lazımı səviyyədə deyil. Bu sferada məhkəmə təcrübəsinə demək olar ki, rast gəlinməməkdədir. Bunun iki əsas səbəbi vardır. Birincisi, istehlakçıların bilik səviyyəsi müqavilədəki şərtin haqsız şərt olmasını əsaslandırmaq üçün yetərli deyil. İkincisi, məhkəmələrimizin müqavilədən (məsələn, bank və istehlakçı arasındakı kredit müqaviləsi və s.) irəli gələn mübahisələrdəki mövqeyi əksər hallarda “müqavilə müqavilədir, şərtlərinə əməl edilməlidir” kimi olur. Başqa sözlə, bu növ mübahisələrin özü belə məhkəmələrimiz üçün kifayət qədər yenidir” –deyə vəkil bildirib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün qoroskopu: - gərəkli yerə əməl və məsləhətlə çatmağa çalışın
"Arka Sokaklar" serialında böyük AYRILIQ-FOTO
Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir
Məşhur aktrisa "Hercai"dən uzaqlaşdırıldı-SƏBƏB
Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...
"Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı
Arıqlamağa mane olan səhər vərdişləri
"Erkenci kuş"a yeni aktrisa-FOTO
Emin Ağalarova SUİ-QƏSD: Lifti partlatdılar...
Azərbaycan şəhid verdi
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
28 dərəcə şaxta olacaq
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Rusların “Arşın mal alan” sevdası
Murad Boz yeni FOTOsu ilə hər kəsi təəccübləndirdi
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alındı
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
WhatsApp işini bərpa etdi – YENİLƏNİB
Saç tipinə görə istifadə edə biləcəyiniz yağlar
Bakıda dəniz üzərindən yeni körpü
Deniz Bulutsuz da həbs oluna bilər
2019 Couture Moda Həftəsi (1)
Məşhur cütlük ayrıldı-SƏBƏB
Rusiyadan 70 milyard dollarlıq sərmayə çıxarılacaq
Çimərliklərin istifadəsinə icazə verildi - RƏSMİ
Hava haqqında - 27.02.2014
Bu günün tarixi
Trampdan koronavirus açıqlaması
Kopenhagendə akademik Zərifə Əliyevaya həsr edilən kitabın təqdimatı keçirilib
Nadir tarixi şəkillər
İdmandan sonra gözəl görünmək üçün...
Milanda moda həftəsi
Məşhur aktrisa övladı ilə-FOTO
Bir az dərin düşünək
İvana Sert sevgilisi ilə tətildə
"Ebola" təhlükəsi bitdi
Falçı, ya fırıldaqçı, eyni anlama gəlir
İranda 8 narkotacir asıldı
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Azərbaycan xüsusi dronlar alacaq
O gənclər kitabları seçirlər
İlham Əliyev və Mehriban xanımın “İçərişəhər” FOTOları
DİM abituriyentlərə müraciət etdi
Kərə yağlı paratha (foto resept)
Hansı orqanlarda daş olur?
HAVA necə olacaq?
Uşaq geyimləri














