Türkiyədəki Azərbaycan diaspor təşkilatları Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq Azərbaycan Respublikasının Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesinə etiraz ediblər. Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılır. Halbuki Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir. Türkiyədəki Azərbaycan diaspor təşkilatları bildirir ki, bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüb”.Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Bildirilir ki, Ermənistan azərbaycanlı Həsən Həsənovu işgəncələrə məruz qoyaraq vəhşicəsinə qətlə yetirib. Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır.Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır".Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür ve Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Rəsm əsəri kimi yeməklər
Qırmızı düyülü salat (foto resept)
Sabahın HAVAsı
Azərbaycanda istirahət günü hava yağıntılı olacaq
2016-cı ildə Almaniyaya 500 min qaçqının gələcəyi gözlənilir
Magistraturaya jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyənlərin diqqətinə
“Eurovision 2019”un keçiriləcəyi şəhər dəyişdirildi
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Pəhriz zamanı necə qidalanmalıyıq?
Günün ulduz falı
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
Azərbaycanda qədim Quran tapıldı
2019-un ən dəbli qadını seçildi
Peşə məktəblərində boş qalan yerlərə sənəd qəbulu başlayıb
Adel də BOŞANIR-FOTO
Gədəbəydə sirli su: içən ölür
Dilənçilik,yoxsa "sənət"- dilənçilik
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Klassik gəlinlik geyinməyən gəlinlər
Falafel (foto resept)
Kremli kek (foto resept)
"Bakinternet"də problemlər ciddiləşir
İŞİD Türkiyəyə top atdı
Koronavirusa yoluxmuş müğənnidən açıqlama
Minlərlə London sakini Britaniyanın Aİ-dən çıxmasına etiraz edir
Ronaldonun qiyməti açıqlandı
Dırnaq yemək vərdişindən necə xilas olmalı?
Məktəb nizam-intizamına fərqli və müsbət bir yanaşma.
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Kəlbəcərdə iki erməni hərbçi öldü
Qaxda yeni körpü salınır
Almalı piroq
Ərzağın qiyməti qalxacaq
İstirahət gününün HAVAsı
Qış depressiyasından xilas olmağın yolları
HAVA necə olacaq? -2 APREL
Sarkisyan itkilərinin bir hissəsini etiraf etdi
Diş ağrısını azaldan üsullar
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Obama ailəsi film biznesinə başladı
Evdə idman etməyin faydaları
Bu otel buzdan hazırlanıb
Təbii və qeysər əməliyyatlı doğuşun fərqləri
Gümüşün ev şəraitində təmizlənməsi
Rusiyanın "Metsamor" planları
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Pəhriz məhsulları iştah açırmı?
Sibir borşu (foto resept)
Modemi işlək saxlamayın!
Kafirin küfrü artdıqca...















- ŞƏRHLƏR