
Milli.Az Habertürk-ə istinadən qadınlar üçün bəzi məsləhətləri təqdim edir.
1. Seks həyatınızı mühakimə etməkdən vaz keçin. Kiminlə, nə vaxt, niyə - bu barədə heç fikirləşməyin.
2. Başqa qadınların seks həyatı barədə düşünməyin, onlar barədə fikir bildirməkdən çəkinin. Hər kəsin cinsi həyatı yalnız özünü maraqlandırmalıdır. Başqa qadınların cinsi həyatlarını necə yaşadıqlarını, yaxud seksi görünmək üçün dəridən-qabıqdan çıxmalarını yanınızdakına pıçıldamayın. Digər həmcinsləriniz barədə "çox namusludur", yaxud filankəsin "gəzmədiyi budaq qalmayıb" kimi ifadələr işlətməyin.
3. Hər gün dikdaban ayaqqabı geyinməyə məcbur deyilsiniz. Ayaqlarınızın sağlamlığı gözəlliyiniz qədər önəmlidir.
4. Yalnızlıqdan qorxmayın. O zaman daha sərbəst, daha güclü olacaqsınız.
5. Zərərli dostlarınızdan canınızı qurtarın. Sizə zərər verən, enerjinizi sümürən adamları həyatınızdan çıxarın. Bəhanə axtarmayın, sadəcə çıxarın.
6. Böyük hadisələr üçün "son tarix" nəzərdə tutmayın. Həyat planlarınızı pozar. "Əclaflıq qanunu"dur. Ailə qurmaq, uşaq sahibi olmaq kimi fikirlərinizə vaxt məhdudiyyəti qoymamağa çalışın. Əlbəttə, bioloji saatları nəzərdən qaçırmayın, amma "bir ilin içində" uşağım olacaq deyə bunu beyninizə "mismarlamayın".
7. Sevdiyiniz kişiyə nəzarət etməyin. Gizlicə cib telefonunu qurdalayıb oradan birini "tapıb çıxarmaq" yaxşı deyil. Nəzarət etmək arzunuz və qısqanclığınız münasibətlərinizi bitirə bilər.
8. "Pulu o ödəsin" deyə düşünməyin. Hər zaman pulu o ödəyərsə, münasibətlərinizdəki tarazlıq pozular. Əgər hesabı daim sevgilinizin ödəməsini gözləyirsiniz və o da ödəyirsə, nə vaxtsa o, özündən istifadə edildiyini zənn edəcək.
9. Göz yaşından silah kimi istifadə etməyin. Heç bir kişi qadının göz yaşına dözmür. Amma ondan silah kimi istifadə etməyə başlasanız, məsumiyyəti itər, bir müddət sonra isə kişinin sizin göz yaşlarınıza qarşı hissiyyatı tamamən ölər.
10. Başqa qadınlar tərəfindən bəyənilmək arzunuzu dəf edin. Qadınlar qadınlar üçün geyinirlər. Bu doğrudur, amma qadın qısqanclığı çox olduqca adama zərər vurur. Özünüzə qarşı sərt olmayın. Özünüzü olduğunuz kimi sevin, o zaman özünüzü kiminləsə müqayisə etməzsiniz.
11. Modanın qurbanı olmayın.
Seksi olmaq üçün bütün qüsurlarınızı ortaya çıxaran cəsur geyimlər geyməklə modanın qurbanı ola bilərsiniz. Bir qıraqdakılara baxıb bəyənmədiklərinizi bir də nəzərdən keçirin: onlar kimi olmaq istəyirsiniz?
12. Əsəbi halda "Heç nə olmayıb" deməyin. Ətrafınızdakıların sizi düzgün anlaması bir çox problemləri əngəlləyə bilər. Əsəbləşərkən "Heç nə olmayıb!" demək əvəzinə, niyə sıxıldığınızı anladın.
13. "Tapdalanmış" romantikadan vaz keçin. Qızılgüllər, özəl günlərdə restoranda şam yeməyi və s. klişelərdən bezməmisiniz? Özünüz yaradıcı olmağa çalışın, o zaman partnyorunuz da sizi təqib etməyə və üstələməyə çalışacaq.
14. İlk addımı kişidən gözləməyin. Zaman dəyişdi. Kimdənsə xoşunuz gəlirsə, onun bunu hiss etməsinə imkan yaradın.
15. Nazlanmayın. Bu, özünüzü aldatmaqdan başqa bir şey deyil. Partnyorunuz kimi, gün gələcək, özünüz də yorulacaqsınız.
16. Daim başqalarını fikirləşməyin. Qadınlar fədakarlığa meyllidirlər. Amma həyatınızdakı ən önəmli şəxsin özünüz olduğunu unutmayın. İşdən sonra evə qaçmaq əvəzinə hərdən istirahət edin: massaja, fitnes salonuna, kinoya, teatra gedin.
17. "Hər şeyi birlikdə edək" deməkdən əl çəkin. Münasibət iki insanın bir olduğu demək deyil, yan-yana ikən xoşbəxt olmaq deməkdir. Hər şeyi birlikdə etmək istəyi münasibətin evini ən tez yıxan səbəbdir. Hər kəsin özünün "sahəsi" olsa, daha yaxşıdır.
18. Çox qayğıkeş olmayın. Daim kiminsə qayğısını çəkmək onun sizdən ötrü darıxmasını əngəlləyir. Hətta sizə zəng etmək ehtiyacı da duymaz. Sizdən darıxması üçün ona fürsət verin.
19. İkinizin edəcəyiniz işləri təkbaşına etməyin. Gələcəklə bağlı bir plan ikinizi də maraqlandırırsa, o zaman onu birlikdə etməyə qərar verin. Yoxsa xəyalınızda qurduğunuz "qəsriniz" dağılacaq, o isə özünü heç də yaxşı hiss etməyəcək.
20. Dedi-qodu etməyin. Nə qədər siz danışırsınızsa, bir elə də sizdən danışırlar. İki adamın arasındakı məhrəmlik elə onların arasında qalmalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Kakaonun 5 faydası
Fransız rejissor islamı qəbul etdi
Azərbaycanlının ofis statusu: paltar hər şeyi korlayırmı?
Şabalıdlı şirniyyat (foto resept)
QİÇS-ə almanlar qalib gələcəklər
Apple-in direktoru bu evdə yaşayır
Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – FOTO
Prezident İlham Əliyev avtomobil yolu üçün 3 milyon manat ayırdı
İnsan qəlbinin açarları
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Aleksey Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın köçürdü” - VİDEO
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Aya gedib, orada qalacağıq-NASA
DİN əhaliyə müraciət etdi
Termometr sınanda...
İdmançılarımız dünya çempionatında 18 medal qazandılar!
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı
Hava haqqında - 18.12.2013
Dəhşətli 23 dekabr PROQNOZU: yad planetdən gələn virus və Yerin məhvi - Alim AÇIQLADI
Səfirlər cəbhəyə yollandılar
Putindən sərt qərar
Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
Məşhurlar da bir-birinə bənzəyir
Zibil deyib atılan əşyalardan libas geyindilər - Fotolar
Ağdərənin 9 kəndinin işğalından 22 il ötür
Kəsmikli, kokoslu keks (foto resept)
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
"Əvvəllər çəkməçi idim, indi isə pinəçi"
Koronavirusdan sağalanlar bir müddət avtomobil sürməməlidir
Azərbaycanda süni mayalanma yolu ilə cins ana arı yetişdirilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib
Sürücüsüz avtobuslar sınaqdan keçirildi
McDonald's-da yoxlamalar
Bibərli omlet (foto resept)
Mudafiə naziri cəbhə xəttində
Kraliça II Yelizavetanın əri xəstəxanalıq oldu-SƏBƏB
Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb
Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman
BÜRCLƏR bizə nə vəd edir? - 10 MAY
Vərəm
Sevgilisini ağlatmaq üçün bunu etdi - FOTO/VİDEO
Bakıda çovğun olacaq!
Psixoloq: "Hər xəstəliyin təməlində qorxu dayanır"
Kişilər hansı qadınlara meyillidirlər?
Günün ulduz falı
Xoşbəxt evlilik sizin əlinizdədir
Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı olacaq
Ajda Pekkanın fotoşopsuz halı-FOTO
Ev heyvanlarına sənəd nə üçün lazımdır?
Burak və Fahriye oğullarına bu ADI verəcək















- ŞƏRHLƏR