Vərəm - insanlara məlum olan ilk ölümcül xəstəlikdir. Onun əlamətlərinə daş dövründə (neolitdə) yaşamış insanların skeletində də rast gəlinir. XIX əsrdə vərəm insanların ölümünə səbəb olan əsas xəstəlik olmuşdur. Belə ki, bu dövrdə İngiltərə və Uelsdə hər beş öləndən biri bu xəstəlikdən ölmüşdür. Ancaq 1990-cı ildən inkişaf etmiş ölkələrdə uşaqların milyonundan biri vərəmdən ölür, bütün dünyada isə il ərzində 30 milyondan çox insan vərəm xəstəliyinə tutulur ki, onların 95 %-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Hər il bu xəstəlikdən 3 milyondan çox insan ölür, planet əhalisinin təqribən 1/3 onun törədicisinin simptomsuz daşıyıcısıdır.
1990-cı ildən Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) vərəm xəstəliyinin inkişaf etmiş ölkələrdə də artmasını nəzərə alaraq onu cəmiyyət üçün qlobal təhlükə mənbəyi elan etdi. Hətta 1993-cü ildə ÜST-nın vərəm əleyhinə proqramının kuratoru doktor Koçi bildirdi ki, "Vərəm bir çox bölgələrdə artıq nəzarətdən çıxıb. Bu xəstəliyin profilaktikası və müalicə metodları çoxdan məlumdur. Ona lazımi diqqət yetirilmədiyindən heç bir ölkə bu xəstəlikdən qoruna bilmir".
Vərəm xəstəliyini aktinomisetlər qrupuna aid olan mycobakterium tuberculosis bakteriyası törədir. Onu ilk dəfə 1882-ci ildə Robert Kox kəşf etmişdir və indiyədək mikrobiologiya elmində "Kox çöpləri" kimi adlandırılır. Bəzən onu vərəm batsililəri adlandırırlar, lakin ən düzgünü "vərəm mikobakteriyası" adlandırmaqdır.
Bu patogen mikobakteriya çox orqanları zədələyir, ancaq daha geniş yayılmış xəstəlik-ağciyər vərəmidir. İki təhlükəli ştammı məlumdur: insan və qaramal ştammları (axırıncını bəzən ayrıca növ M.bovis kimi də göstərirlər).
Qaramal ştammı iri buynuzlu qaramalı yoluxdurmaqla onun südünə də düşə bilir. Nəticədə, qaramal məhv olur, insanlar, xüsusilə uşaqlar yoluxur. Qeyd etməliyik ki, süd və süd məhsullarının tərkibində bu mikrobakteriya uzun müddət yaşaya bilir, eləcə də yüksək virulentliyini saxlayır. Ona görə süd və süd məhsulları ictimai iayəşədə pasterizasiya, sterilizasiya və yüksək istilikdə qaynadıldıqdan sonda istifadə edilməlidir. Bu üsullarla işlənmiş südün tərkibində 99 % bakteriyalar, o cümlədən patogenlər məhv olurlar. O ölkələrdə ki, qaramal vərəminə qarşı peyvənd edilir, orada qaramal südü insanlar üçün təhlükə mənbəyi sayılmır.
Ağciyərin vərəmi sağlam adamın xəstə adamla təması zamanı, onun ağız suyu damlasını udduqda yoluxur. Vərəm mikobakteriyası nisbətən az virulentliyə malik olduğundan yoluxmaq üçün sağlam adamla xəstə insanlar arasında əlaqə uzunmüddətli olmalıdır.
Bu mikobakteriya quraqlığa qarşı dözümlüdür, havada və məişət tozunun tərkibində toplanaraq uzun müddət qala bilir. Xəstəliyin tipik yayılma yerləri qaçqınların kütləvi və uzunmüddətli toplandığı lagerlər, hərbi əsirlərin düşərgələri, evsizlərin "gecəqonduları" və qazamat kameralarıdır. Keyfiyyətsiz qidalanma və digər infeksiyaların çoxluğu həmin şəraitdə yaşayanların immun sistemini xeyli zəiflədir və vərəm xəstəliyinə yoluxma ehtimalını bir qədər də artırır.
Vərəm mikobakteriyası demək olar ki, bütün orqanları zədələyir, ancaq daha çox ağciyərlər zədələnir. Xəstə isə göz önündə arıqlayır, zəifləyir.
Xəstəliyin gedişi bir neçə amillərdən, o cümlədən xəstənin yaşından, qəbul etdiyi qidanın keyfiyyətindən, immun sisteminin vəziyyətindən asılıdır. Xəstəlik spesifik olmayan simptomlarla başlayır: xəstə iştahsızlıqdan, arıqlamaqdan, tərləmədən tez-tez şikayətlənir. İlkin mərhələdə vərəmi müəyyənləşdirmək o qədər də asan olmur, xəstəlik ağciyər iltihabı ilə başlayır. Bu zaman iltihab ocaqlarında düyünlü çapıqlar və ya toxumaların nekrozu ilə əlaqədar yerində boşluqlar yaranır. Boşluqların genişlənməsində klinik simptomlar-qanlı bəlğəm, tez-tez öskürmək, ağciyər ləkələri, döş qəfəsində ağrılar müşahidə edilir. Daha sonra isə kəskin döş qəfəsi ağrıları, təngənəfəslik, güclü tərləmə, çəkinin itirilməsi və iştahsızlıq özünü göstərir.
Əgər orqanizmdə buna qarşı antitel yoxdursa, onda orqanizm səciyyəvi cavab reaksiyası vermir. Antitel olduqda dəridə qızartı və kiçik şişkinlik əmələ gəlir. Sonuncu bir daha göstərir ki, o insanda immunitet artıq təbii yolla formalaşıb və onları peyvəndləmək lazım deyil. 1943-cü ilədək, daha doğrusu, streptomisin (antibiotik) tapılanadək vərəmə qarşı dərman maddələri yox idi. Streptomisin təbabətdə istifadə olunduqdan sonra vərəm xəstəliyi xeyli azaldı. Bu dərmandan istifadə etmə 1980-ci ilin ortalarına qədər davam etdi. Elə həmin ildən (1980) başlayaraq yeni antibiotiklər, xüsusilə rifampisin və izoniazid kimi antibiotiklərdən istifadə etməklə vərəm xəstəliyinin müalicə müddəti 6-8 aya endirildi, sağalma isə 85%-ə qədər oldu.
Müəllif: C.Ə.Nəcəfov
XƏBƏR LENTİ
1 həftəyə 3 kilo itirin (qərənfil suyu)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Şirin xəmirdən hazırlanan tortlar
Günün ulduz falı
Məşhur modelyer Hadiseni tənqid etdi-FOTO
Beş saata 10 kiloqrama yaxın arıqlamaqla Rusiyanın Rekordlar Kitabına düşdü - FOTO/VİDEO
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Ardıcıl iki dəfə karantini pozan turist yarım milyon dollar cərimə ödəməli olacaq
Həyatımı Ona borcluyam...
Azərbaycanın tanınmış alimi vəfat etdi
Dünya çempionatının kosmosdan möhtəşəm görüntüləri
Düşmən təlimə başlayır
Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir
Noutbuku hara qoymaq olmaz?
Bakıda kirayə mənzil problemi yaranıb
Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir
Ancelina Coli ailəsi ilə Los-Anceles küçələrində - FOTO
Çəhrayi uggilər
Koronavirusla bağlı son STATİSTİKA
Hepatitdən qorunmağın yolları
Aleyna Tilki açıqlama verdi
Uşaqları "zamanın bəlası"ndan necə uzaq tutmalı?
Çox yeməyin 5 səbəbi
Burun qanaxmasının səbəbləri və müalicəsi
"Bəli, mən arvadağızam"
Azərbaycanda ailələr niyə dağılır?
Gül kələmi salatı (foto-resept)
Baxarkən nə görürsən? (Test)
"Mucize Doktor"un aktyoru evlənir
Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ: COVID-19 diaqnozu qoyulsa belə...
Rus telekanallarında xarici mahnı qadağası
Hande Erçelin Geyimi MÜZAKİRƏ OLUNDU-FOTO
Bəhram Bağırzadə koronavirusa yoluxmasından danışdı
Sobada kumpir (foto-resept)
Öldüyü deyilən Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO
Göydən od ələnəcək
Mövqelərimiz atəşə tutulub
Şampun qutusundan qələm qabı
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Günümüzü əks etdirən rəsmlər
Ən keyfiyyətli və ucuz təbii diş ağardıcısı
IBM yeni laboratoriya yaradır
İŞİD 16 kəndi ələ keçirdi
Dünya savaşı başlayır
İngiltərədə 17 metrlik dinozavrın skeleti 650 min dollara satıldı
Qazaxıstanda mistik yuxu xəstəliyi
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ
İstirahətsiz işləyənlərin nəzərinə: siz dəli ola bilərsiniz
2018-in ən maraqlı romantik komediya filmləri















- ŞƏRHLƏR