Axır vaxtlar arıqlamağım barədə çox suallar verirlər, bezməyə başlamışam. Mənim 100 kq çəkim olmayıb ki? Yəni, dolu olmuşam, o qədər də kök olmamışam.
Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında əməkdar artist Sevda Ələkbərzadə deyib.
Sənətçi bildirib ki, xanımlar pəhriz saxlamaq üçün tənbəllik edirlər:
"Ümumiyyətlə, şəxsi xarakter daşıyan sualları sevmirəm. Bunu hardasa şəxsi sual hesab edə bilərəm. Amma insanlar çox maraqlanır. Bir çox xanımlar arıqlamaq istəyir. Bu da normal bir şeydir. Amma bizim xanımlar tənbəllik edir, pəhriz saxlamaq istəmirlər. Çəkimlə bağlı məni müzakirə etmələri bir müddətlikdir. Ondan sonra bu mövzular bitəcək, sənətimi müzakirə edəcəklər. Sadəcə, insanlar indi şokdadılar".
S.Ələkbərzadə arıqlama üçün əməliyyat etdirməsi barədə yayılan şayiələrə aydınlıq gətirib:
"Heç bir əməliyyat etdirməmişəm. İstəsəm belə, mümkün olan bir şey deyil. Mədə əməliyyatı üçün gərək insanın çəkisi 100 kq-dan artıq olsun. 60 kq çəkiyə sahib birini necə əməliyyat edə bilərlər? Bundan başqa əməliyyatlardan, həkimlərdən çox qorxuram. Düşünürəm ki, çox çəkim olsa belə, əməliyyat olunmazdım. İnsan var ki, diş həkiminə getməyə çəkinir. Ağrıya dözümüm yoxdur, sevmirəm".
Əməkdar artist deyib ki, heç vaxt reklam arxasıyla qaçmayıb:
"Müğənni hər bir janırda mahnı ifa edə bilər. Təbii ki, bunu bacarırsa, belə addım atsın. Sənətin varsa, heç nədən qorxun olmur. Qocala, dəbdən düşə bilərsən. Məşhur ola bilərsən, ancaq populyar olmaq səndə alınmır. Və yaxud, populyarsan, ancaq sənətkar deyilsən. Şəxsən mən reklam arxasıyla qaçmamışam, başımı aşağı salıb işimi görmüşəm.
Heç vaxt kütləvi müğənni olmamışam, şəxsi istəyimlə belə addım atmamışam. Əsas odur ki, sənətimlə yadda qalım. İllər keçdikdən sonra geri çevirilib baxanda utanmaq istəmirəm. O qədər yaşlı və məşhur müğənnilər var ki, ancaq sənətləri yoxdur. Bunu ayıb hesab edirəm. İnsan yaxşı yaşlaşmalıdır".
Milli.Az
XƏBƏR LENTİ
Şuşa qalasında böyük ölçülü Azərbaycan bayrağı - FOTO
Günün qoroskopu: Pozitiv gündür!
Türk və rus nazir arasında gərgin dialoq
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Bakıda yeni tikinti qadağası
Paytaxt avtobuslarında yeni sistem
İlin Ən Yaraşıqlıları məlum oldu-FOTO
Çay paketlərində incəsənət yaratmaq
Endirimlər
Qadın beyni kişi beynindən necə fərqlənir?
Şəkərin 4 təhlükəli xüsusiyyəti
Gənclər üçün dəbli geyimlər
Uşaqlar yay tətilində nə etməlidirlər?
"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin
Türkiyənin məşhur kanalı bağlandı
Evdə pomidor konservi (foto-resepti)
Sıla və Ahmetin məhkəməsindən qəribə suallar-FOTO
İlham Əliyev bu ölkədəki səfiri geri çağırdı
Günün qoroskopu: Pozitiv gündür!
Dünyanın ən varlı adamı artıq odur-FOTO
10 dahini ölümə aparan 10 axmaq hərəkət
Kartof salatı (foto-resept)
89 yaşlı qadın şəkil çəkdirməyə başlasa...
Pandemiya dövründə boşananların sayı AÇIQLANDI
“Olmaq, ya ölmək” (“To be not To be”) filmi - Cavad Nur
Əriştə şorbası (foto resept)
Dünyanın ən təhlükəsi festivalı başlayır-FOTO
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Qurtuluş günü ilə əlaqədar milli parklarda "AÇIQ QAPI" günüdür
Müəllimlərimizin dilindən
"Qalatasaray"a şok cəza
İri ticarət mərkəzlərinin açılmamasının səbəbi bilindi
Aleyna Tilkidən qəribə açıqlama
Ayaq qoxusuna qarşı təbii çarə
Düşmən Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini atəşə tutur - RƏSMİ
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər görüləcək
Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı...
AFFA "Binə" klubunu qismən bağışladı
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
Əliyev və Sarkisyan Fransada görüşə bilər
Məşhur aktrisa boşanmasından danışdı-FOTO
Yaşıl çayın sirləri
HAVA necə olacaq?-12 Noyabr
Bir şikəstin inamı...
Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK
Bu məsləhətlər haqqında düşünməlisiniz
Azərbaycana idxal olunan minik avtomobilləri ilə bağlı yenilik
Toy tortları
İlham Əliyev: “Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək”
Ərzaqların saxlanma müddəti
- ŞƏRHLƏR