Burun qanaxmaları, istər uşaqda istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.
Cəmiyyətin təxminən %10-u ən az 1 dəfə burun qanaxması keçirmişdir.Çox adam heç bir klinikaya müraciət etməz.Bir çox burun qanaxmalarının yüngül qanaxmalar olmasına baxmayaraq, təhlükəli və şiddətli qanaxmalar da ola bilər.
Burun qanaxmasını tibbi olaraq ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür.
Arxa burun qanaxmaları: Tez-tez orta və irəli yaşlarda və xüsusən hipertoniya xəstəliyi olanlarda görülür. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və burundan eyni anda qan gəlir.Ön burun qanaxmaları: Daha çox uşaq və yeniyetmələrdə görülür.Burun qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarın partlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.
Qanaxmanı necə ayırd etmək olar?
Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsinə (burun qanadlarına burun deşikləri ilə burun sümüyü arasındakı yumşaq sahə) tətbiq olunan barmaq təzyiqi ilə dayandırıla bilir.
Qanaxmanın arxadan olub olmadığı əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.
Burun qanaxmasının əsas səbəbləri:
–Qaşıntıya yol verən allergiya, infeksiya və ya quruluq vəziyyətlərində burun təmizlənməsi.
–Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol aça bilər.
–Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin və digər dərman istifadəsi.
–Qaraciyər xəstəlikləri, yüksək təzyiq
–Burun əyrilikləri
–Burun qırılmaları, baş və üz yaralanmaları ciddi hallardır.
–Şişlər (olduqca nadir)
Ön burun qanaxmasını dayandırmaq üçün nə edilməlidir?
Burun qanaxması ilə üzləşdikdə tətbiq ediləcək bəzi üsullar vardır:
–Qanaxması olan şəxs sakitləşdirilməyə çalışılmalıdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın şiddəti arta bilər.
–Baş yüngülcə önə doğru əyilməlidir ki qanın udularaq mədəyə getməsinin qarşısı alınmalıdır. Qanaxma miqdarı bilinmədiyinə görə mədə bulanması və qusmağa da yol aça bilər.
–Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.
–Dik oturulmalıdır və ya yatmaq lazımdırsa mütləq baş yüksəkdə olacaq şəkildə yatmalıdır.
Müalicəsi
Burun qanaxmasını və ya qanaxmanın təkrarlanmasının qarşısını almaq üçün nələr edilə bilər?Qanaxmanın dayanmadığı ön burun qanaxmalarında tampon qoyularaq və ya kiçik bir müdaxilə ilə damar tutularaq qanaxma dayandırıla bilər. Qanaxma dayanıbsa və ya tampon çıxarıldıqdan sonra daha çox yumşaldıcı və yara yaxşılaşdırıcı krem və ya məlhəmlər təklif edilir. Əgər burun qanaxması təkrar edərsə, mütləq qulaq burun boğaz həkiminizə müraciət etməlisiniz. Endoskopik müayinə üsulu ilə burun içərisindəki problem bu şəkildə müəyyənləşdirilə bilər. Beləliklə, qanaxmaya yol verən damarlar laxtalana bilər.
–Duzlu su tərkibli spreylərlə burun içi ehtiyatla təmizlənməlidir.
–Burun qurcalamaq və fıxırmaq olmaz.
–Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır.
–Olduğunuz yerin havası nəmləndirilməyə çalışılmalıdır.
–İsti su ilə vanna edilməlidir, ilıq suya üstünlük verilməlidir.
–Aspirin və ya bənzəri dərmanlar qəbul edilməməlidir.
–İsti və quru mühitdə olmamaq, mühit temperaturu və rütubəti uyğun şəraitə gətirilməlidir.
Fuad Nəzərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Avropaya son 2 vəsiqə
Kosmonavt YADPLANETLİLƏRİN SİRLƏRİNİ AÇDI
Hamilə qadınlar parasetomol içəndə ehtiyatlı olmalıdır
Hava xəbərdarlığı: sentyabrın 15-də...
"Lirikada fizika və dünyəvilik"(2)
Ölümcül Virusun Mənbəyi Tapıldı
Kitab haqqında düşüncələr
Azərbaycanda daha dörd nəfər koronavirusdan vəfat etdi – 209 yeni sağalma
Novruz haqqında bunları bilirdiniz?
Günün qoroskopu: Münaqişə etməyin!
Planşet satışı 15 faiz azalıb
Gözəllik maskaları necə hazrlanır?
Limon suyunun 10 faydası
COVID-19-un ən qorxulu ağırlaşmaları açıqlandı
Günün ulduz falı
Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?
Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - AÇIQLAMA
Ermənistandan gülünc bəyanat: "Bakı atəş açsa..."
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
86 yaşlı alpinist QƏRARI ilə TƏƏCCÜBLƏNDİRDİ
Gigi Hadidin gözəllik sirləri
Ağıllı saatlar: telefondan qola
Gəlinlər üçün güllər
Şeymanın sevgilisi ətək geyindi-FOTO
İranda güclü zəlzələ oldu
Milyonçunun xanımı zəngin ər cəlb etməyin yollarını açıqladı - FOTO
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Çayın və limon suyunun faydaları
Rusiya prezidenti Putin tətildədir-FOTO
Bakıda daha bir möhtəşəm tikili-FOTO
İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO
Bakı Olimpiya Oyunlarına necə hazırlaşır?
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
İşğal altında olan Qarabağdan ən son fotolar
Nüsrətin müştərisi 41 min dollarlıq hesab ödəməli oldu-FOTO
Ebru Gündeşin saatı qiymətinə görə gündəmdədir
Quzuqarnı şorbası (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA
İddialı serial gözlənilmədən final edir
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Oturaraq ən çox pul qazanan 16 peşə sahibi
Süfrə bəzəyi
Bakının məşhur supermarketlərində yalançı lotereya
Bakıda bu marşrut kart sisteminə keçdi
“Super ay”dan yeni super xəbər
Finalda "Aslan"ın rəqibi bəlli oldu
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
Murat Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO















- ŞƏRHLƏR