Psixoloqlar hesab edirlər ki, monoton həyat tərzi insana həm fiziki, həm də psixoloji cəhətdən təhlükədir.Yay fəslində istirahət etmək çox vacibdir. Psixoloqların fikrincə, uzun müddət işləyib istirahət etməmək yaddaş pozğunluğuna, əsəb pozuntularına, ürək, qan-damar xəstəliklərinə, xroniki yorğunluğa, immun sisteminin zəifləməsinə, hətta narkotik maddələrə və spirtli içkilərə meylin artmasına səbəb olur.Psixoloq Lalə Həmidovanın sözlərinə görə, istirahət ilk növbədə insanın həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin olunmasıdır. "Mütəmadi olaraq həm evdə, həm də işdə gündəlik problemlər yaşayırıq, streslər keçiririk. Çox zaman monoton həyat tərzi sürürük. Bu isə insanı həm fiziki, həm də psixoloji cəhətdən tükədir, - deyən psixoloq bildirir ki, insan orqanizmi müəyyən saatlara qədər fəaliyyət göstərir. - Sonra özünü qidalandırmaq üçün istirahət tələb edir. İstirahətsiz işləmək və ya heç işləmədən evdə oturmaq insanın sinir sisteminin pozulmasına gətirib çıxarır. Çünki beynin də özünün psixi yükü daşıma əmsalı var. Əgər biz lazım olduğundan çox işləsək və istirahət etməsək, bu, ağır əsəb pozuntularına, eyni zamanda somatik problemlərə, məsələn, qan-damar xəstəliklərinə yol aça bilər".L.Həmidova qeyd edib ki, uzun müddət çalışıb istirahət etmiriksə, onda bizdə toplanmış stres və yorğunluq özünü təzyiq və ürək, qan-damar problemləri kimi göstərəcək və ya müxtəlif nevrozların yaranmasına səbəb olacaq. Dediyinə görə, eyni zamanda istirahətsiz işləmək insanda apatiya (psixi süstlük) və depressiya halları yarada bilir.Onun sözlərinə görə, əslində hər kəsin istirahətə ehtiyacı var. "Çünki monoton həyat insan psixikasına və fiziologiyasına güclü təsir edən amillərdəndir. Mütləq daha çox stresə məruz qalan sahənin işçiləri istirahət etməlidirlər. Belə sahəyə, məsələn, həkimlər, polislər, ağır texnikalarla işləyənlər və s. bu kimi qrupa daxil olan insanlar aiddir", - deyən psixoloq nəzərə çatdırır ki, istirahət hər üç aydan bir olmalıdır. "İstirahət 5-7 günlük də olsa, mütləq olmalıdır".İmkan olduqda ildə iki dəfə - yay və qış vaxtlarında istirahət etməyi məsləhət görən müsahibim istirahətin çox uzanmasının da mənfi cəhətlərinin olduğunu bildirib. Belə ki, onun sözlərinə görə, istirahət çox uzandıqda insanda stres vəziyyəti və istirahətdən yorulma kimi hallar əmələ gətirir. Psixoloq əgər normal istirahət etmək istəyiriksə, onda 10-21 gün istirahət etməyi məsləhət görür.Həmidova əlavə edib ki, məkan olaraq insanlar daha çox xarakterlərinə uyğun yerlər seçirlər. "Amma yenə də istirahət üçün informasiyanın daha az olduğu yerləri seçmək məsləhətdir. Bu, təbiət guşələri ola bilər. Adrenalini sevənlər üçün bu hər hansı andrenalini yüksəldən istirahət ola bilər. Ümumilikdə istirahət kompüterin "yenilənməsi" kimidir. Yəni insanı yenidən enerji ilə yükləyir və növbəti iş dövrünə tam hazır edir".Psixoloq Arzu Qurbanova da hesab edir ki, dincəlməmək insan orqanizmi üçün fəsadlarla nəticələnir. "Dincəlməyən adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Uzun müddət tətilə çıxmayan, istirahətə getməyən adamlarda xroniki yorğunluq özünü göstərir. Bu xəstəlik də istənilən xəstəlik kimi getdikcə daha da ağırlaşır", - deyən psixoloq vurğulayır ki, belə hal günlərlə, aylarla deyil, illərlə də davam edə bilər. Dediyinə görə, xroniki yorğunluq ağırlaşdıqca qorxulu əlamətləri üzə çıxır. "Bu xəstəlikdən əziyyət çəkənlərdə əl barmaqlarının əsməsi, səbəbsiz qorxular, narahatlıq hissi, əzələdə ağrılar müşahidə olunur".Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğunun da yaranmasını bildirən A.Qurbanova qeyd edib ki, insan sadə məsələləri belə həll etmək istədikdə ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Onun dediyinə görə, nəticədə immun sistemi də zəifləyir. "İnsan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. Eləcə də yorğunluq hissi və daimi streslər narkotik maddələrə və spirtli içkilərə meyli artırır. "Tədricən narkotik maddələrdən və içkidən asıllılıq da yarana bilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Apple gözləri izləyəcək
Prezidentlər danışırlar, silahlar isə susmur
Boksçumuz erməninin çənəsini oynatdı
Yaşıl mərcili ispanaq yeməyi (foto-resept)
Diş məcunu yerinə… qırmızı şərab
64 yaşlı aktyor gənc sevgilisi ilə tətildə
Banklar niyə kredit vermir?
Azərbaycan Qələbə Gününü qeyd edir
Uşaq otağı dizaynları
Hamiləlikdən sonra necə arıqlamalı?
Zövqlü ayaqqabı modelləri
Hər gün bir az arıqlayıb bu hala düşdülər
Ölkədə yağmursuz hava olacaq
Fransız rəssamın əl işləri
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi
Azərbaycan dili - XI dərs
Quş ətinin çəkisini “unikal yolla” artıran müəssisə aşkarlandı
Niyə pulumuz özümüzə çatmır?
Çətin anlar üçün praktik məsləhətlər
Günəş enerjisi ilə işləyən təyyarə
Kimə inanaq?
Azərbaycan yenidən Rusiyadan balıq məhsulları almağa başlayır
Britni Spirs ərə gedəcək - FOTO
"İlk Avropa Oyunlarının məşəl estafeti Azərbaycanın 51 şəhərini əhatə edəcək"
10 dəqiqədə 10 min smartfon satıldı
Novruz bayramı günlərində əhali hansı regionlarda istirahətə üstünlük verir?
Azərbaycan genişzolaqlı internet abunəçilərinin sayına görə MDB-də liderdir
Tozlu yollarda çılpaq qaçan uşaq…
Şeyma Subaşı geyimlərini satır-FOTO
Alma formalı iynə balıncı
Azərbaycanda süni balıq gölləri ləğv olunur
İskəndəriyyə kitabxanasının sirləri
Onlar da simsiz qidalanacaq
Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Dəri tipinə görə qulluq
Stallonenin qızı gözəlliyi ilə hər kəsi HEYRƏTLƏNDİRDİ - FOTO
Yanvarın 4-də hamı uçacaq
Hazal Kaya boş vaxtlarını belə keçirir - FOTO
Kadırovdan çox sərt açıqlama
Kişilərin koronavirusa görə qadınlardan daha tez ölməsinin səbəbi açıqlandı
Vanessa Mey Olimpiadada yarışacaq
Microsoft Windows 10 nə zaman hazır olacaq?
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Evlilikdəki problemi necə həll etməli?
Azərbaycanda daşınmaz əmlak sənədləri dəyişiləcək
Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Elvis Preslinin təkərli evi satışa çıxarıldı-FOTO
Matcha dondurma (foto resept)
Şahzadə Harrinin cırıq ayaqqabıları diqqət çəkdi-FOTO















- ŞƏRHLƏR