
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, may ayında evlərin qiymətində azalma müşahidə edilib. Ancaq bu, əvvəlki aya - aprelə nisbətən olan rəqəmlərdir. Ümumilikdə ötən ilin mayı ilə müqayisədə bu il qiymətlər on faizə yaxın artıb: “Faktiki olaraq əvvəlki illə müqayisədə qiymət artımları davam etməkdədir. Ən çox müzakirə olunan məsələlərdən biri elə qiymətlərin azalma imkanının olub-olmaması ilə bağlıdır. İndiki halda Bakıda mənzillərin qiymətinin aşağı düşməsi mümkün deyil. Nəzərə alsaq ki, neft ölkələrinin əksəriyyətində bu cür planlar var, bu ölkələrdə mənzillərin və daşınmaz əmlakın qiyməti yüksək olur. Çünki dövriyyədə kifayət qədər neft pulları olur. Bu da daşınmaz əmlaka süni şəkildə tələbat formalaşmasına gətirib çıxarır. Neft ölkəsi olan Nigeriyada əhalinin 70 faizinin yoxsulluq həddində yaşamasına və alıcılıq qabiliyyətinin kifayət qədər aşağı olmasına baxmayaraq, paytaxtda mənzilin qiyməti, demək olar ki, dünyada ən bahalı mənzillər sırasındadır. Hətta Norveçdə belə evlərin qiyməti kifayət qədər yüksəkdir. Ona görə Azərbaycan təbii ehtiyatlara malik olduğu üçün mənzil bazarında qiymət azalması gözlənilmir. Amma neft ölkələrində mənzilin qiymətinin aşağı salınması ilə bağlı aparılan işlərə baxılması mümkündür və realdır. Əgər hökumət addımlar atarsa, qiymət azala, aşağı salına bilər”.
V.Bayramov deyir ki, hazırda Mənzil Məcəlləsində öz əksini tapmış sosial evlərin, xalq evlərinin yaradılması təklifi reallaşsa, mənzillərin qiymətinin enməsi üçün daha bir fürsət ola bilər: “Bu, imkan verəcək ki, hökumət, dövlət bazarda təklifi artırsın,
bazara mənzillə çıxsın. Bu da imkan verəcək ki, xalq evləri vasitəsilə gəliri az olan vətəndaşlar mənzillə təmin olunsun. Vəziyyət qiymətlərin azalmasına gətirib çıxaracaq. İnşaat sektorunda korrupsiyanın azaldılması da olduqca vacibdir. Korrupsiya mənzillərin qiymətinin yüksək olmasına gətirib çıxarır. Apardığımız tədqiqatlar göstərir ki, inşa edilən yeni tikililərdə olan mənzillərin təxminən on faizi alınsa da belə, ya istifadə olunmur, ya da satılmır. On faiz mənzil dövriyyəsinin bazardan çıxması da bahalığa səbəb olur. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə mənzil satılmırsa, avtomatik olaraq onun dövlət, yerli hakimiyyət orqanları tərəfindən satışı həyata keçirilir ki, durğunluq qiymətə təsir göstərməsin”.
Ekspertin sözlərinə görə, reallıqda yaxın illərdə mənzillərin qiymətlərində aşağı düşmə ehtimalı yoxdur: “Amma təbii ki, qeyd etdiyimiz məsələlər həllini tapsa, bu, mümkün ola bilər. Bu gün mənzillərin qiymətlərinin artımı vətəndaşın orta aylıq əmək haqqı ilə uzlaşmır. Vətəndaş bir aylıq əmək haqqı ilə Bakıda bir kvadratmetr mənzil ala bilmir. Bu, o deməkdir ki, əhalinin gəlirləri ilə mənzillərin qiyməti arasında kəskin uçurum var. Bu da iqtisadi baxımdan izah edilə bilən bir uçurum deyil. Ona görə də mənzil bazarında qiymətlərin tənzimlənməsini həyata keçirmək olduqca vacibdir”.
İqtisadçı ekspert Samir Əliyev isə qeyd edir ki, mənzillərin bahalaşmasını müvəqqəti tələbatın artması ilə əlaqələndirmək olar: “Bu tələbat uzunmüddətli deyil, daha çox epizodik xarakter daşıyır. Həm ölkədə, həm də ölkədən kənarda baş vermiş hadisələr bir sıra sektora, o cümlədən mənzil bazarına da təsir göstərir”.
Onun sözlərinə görə, hazırda mənzillərin bahalaşmasına əsasən üç amil təsir göstərir: “Birincisi, hökumətin investisiya layihələridir. Dövlət büdcəsi hesabına bir sıra ərazilərdə, o cümlədən ”Sovetski" adlanan ərazidə aparılan söküntü işləri bazarda yeni tələbat yaradır. İkincisi, Rusiyada biznes mühitinin pisləşməsi və orada çalışan soydaşlarımızın ölkəyə axını səbəbindən yaranan tələbdir. Rusiyada bizneslərinə son verən vətəndaşlarımız əllərindəki pulu daşınmaz əmlaka, xüsusən də Bakıdakı evlərə yatırır. Üçüncü səbəb əmanət bazarında yaranmış durğunluqla bağlıdır. Son illər əmanətlərin faizlərinin aşağı salınması siyasətinin yürüdülməsi bu sektorun cəlbediciliyini azaldıb. Banka əmanət qoyub gəlir əldə edən əmanətçilərin qazancları əhəmiyyətli dərəcədə azalır. Ona görə də əmanətçilər banklardakı pullarını çıxarıb daşınmaz əmlak bazarına yönəldirlər ki, daha çox qazansınlar".
Ekspertin sözlərinə görə, hazırda əhalinin gəlirləri ilə mənzillərin qiymətləri arasında kəskin fərq var: “Əhalinin tələbatının yüksək olmasına rəğmən alıcılıq qabiliyyətinin aşağı olması mənzillərə tələbatı azaldır. Yaranmış tələbat müvəqqəti xarakter daşıyır. Fikrimcə, hazırda mənzil bazarında köpüyün formalaşması prosesi gedir. Bahalaşma təxminən 2-3 il davam edəcək. Sonra da köpüyün partlaması təhlükəsi var. Əgər hökumət sosial proqramları, xüsusən də ipoteka proqramlarının şərtlərini yüngülləşdirməsə, ipoteka bazarının həcmi böyüməsə, yaxın üç ildə evlər kəskin ucuzlaşacaq”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhurların pəhrizləri
Ən uzunömürlü smartfon satılacaq
"Qarabağda böyük sülh üzərində birgə iş vacibdir"
2020-nin ən yaxşı çantaları
İndoneziyada cinayətkar dəstələr karantin qaydalarına nəzarətə cəlb oluna bilərlər
Rəngarəngliyi sevənlər üçün
Adət etdiyimiz əşyalarda ölümcül təhlükə gizlənir
Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
Memar sahəsi 7,5 kvadratmetr olan mikro ev tikib - FOTO
Robert Jurakın əl işləri
2 min 600 illik möhür aşkar edilib
Hava haqqında - 19.01.2014
“Titanik” filmini təqlid edən cütlüyün sonu faciə ilə bitdi
Kimsəsiz ölən məşhur aktrisa
ARDNŞ-in NEZ işçiləri Azərbaycanda yeni emal zavodunun istismarına cəlb ediləcək
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
İngiltərənin Dəmir Yolları ağıllı bilet sisteminə keçib
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Bu gündən rayonlara gediş-gəliş açıldı
Qadınlar üçün vacib 10 KİTAB
Dəniz Çakır yeni imicdə-FOTO
Tanış olun: Toyota Aqua Cross
Myasnikovdan koronavirus PROQNOZU: “2023-cü ildə...”
Ekslüziv şou-maşın
Bel ağrısını azaldan 3 yoqa pozası
Maus və klaviaturasız kompüter
Yay üçün donlar
Qurban Bayramınız Mübarək!
Məşhur qidaların adlarındakı sirr
Az su içdiyinizi göstərən işarələr
Hikmət Hacıyev: “Ermənistanın yaydığı saxta məlumatların ifşası üçün Azərbaycanın müdaxiləsinə gərək qalmır”
İrandan şok açıqlama
Bülent Ersoy 20 kq-lıq paltar geyindi-FOTO
VKönül Kərimova DƏYİŞİB BELƏ OLDU - FOTO/VİDEO
Məşhur müğənninin paltarı fantastik qiymətə satıldı
İltihab əleyhinə pəhriz nədir?
Neft yenidən ucuzlaşıb
Alimlər koronavirusun radiasiya ilə müalicə üsulunu təklif ediblər
Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)
Bütün ölkədə telefon və İnternet kəsildi
“Facebook”da silah və narkotik satılmasına başlanıb
Uşaqlar üçün zərərli olan qidalar
Amerikalı alimlərdən yeni ixtira
Azərbaycanını mənzil bazarı donur: hamı çaşqınlıq içində
Balqabaqlı pankek
Yeni trend: Böyük ölçülü şərflər
4 gün sonra ulduz axını olacaq - FOTO
Beyninizdən hansı qorxunu çıxarardınız?
"Fazilet hanım ve kızları"nın aktrisası nişanlandı-FOTO
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]