
Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarı portfelində ümumi təklif 2069 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə 12,07%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə 28,45% az olub.
Bu barədə APA-ya paytaxtın mənzil və torpaq bazarını araşdıran "MBA Consulting Group" şirkətindən məlumat verilib.
Bazarda hesablanmış orta qiymət isə mart ayı ərzində 2,06% artaraq 1992 $/kv.m-dən 2033 $/kv.m-ə qədər yüksəlib. Ümumən bazarda daha əvvəlki nisbətən ötən ay qiymətlərin artması ilə yanaşı təklifin sayının azalması müşahidə edilib. Əmlak bazarında qiymətin sıçrayışlı artması səbəbini son vaxtlar Bakı şəhərində “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla əsaslandırmaq olar. 1 500-2000 ədədə yaxın yaşayış mənzilinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə, daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar.
Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyunkturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 44,87%-dən 3,28% artaraq 46,34%-ə düşüb, ucuz evlərin payı isə 2,67% azalaraq 55,13%-dən 53,66% olub.
Bazarda alıq-satqı əqdlərinin artması, ümumi təklif portfelinin və əmlakın ekspozisiya müddətinin azalması ilə nəticələnib. Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq 86 gün təşkil edib. Sözügedən ayda daimi struktur ilə qiymət artımı dəyişən struktur ilə qiymət artımını üstələyib. Mənzil bazarında dəyişən struktur ilə qiymət indeksi ay ərzində 2,03% artaraq 9.03, daimi struktur ilə isə 5,18% artaraq 9,14 bəndində qərarlaşıb.
Bu ilin mart ayı ərzində təkrar bazarda 2 069 ədəd yaşayış mənzili satışda olub və təklif portfelinin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub. Təklif portfelində mərkəzi rayonlar, mərkəzdən kənar rayonlarla müqayisədə mütləq üstünlük təşkil edir ki, bu da ərazinin sosial durumundakı fərqlərlə izah edilir. Uyğun olaraq bazarın layihələr üzrə bölgüsündə də yerdəyişmələr görsənməkdədir.
Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “Alman”, "Eksperimental" “Kiyev” “Stalinka” və “Xruşovka” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı azalma əsasən bütün növ mənzillərin payına düşüb. Satışı heç də 3 otaqlı mənzillərdən geri qalmayan 2 otaqlı mənzillərin təklif sayında isə azalma daha çox müşahidə olunub. Nəticədə isə bütün mənzillərin payında azalma müşahidə olunub.
Ay üzrə orta qiymətlərdə və qiymət indeksində artım müşahidə edilib. Orta qiymət mart ayı ərzində 2,06% artaraq 1992 $/kv.m-dən 2033$/kv.m-ə qədər yüksəlib. Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib.
Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin artması mövsümi ayların davamı və təklif portfelində struktur dəyişikliyin nəticəsi olub. Bununla belə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 1,51%, ucuz evlərin qiymətləri isə 1,17% artımla yadda qalıb. Ay ərzində moda 2 000 $/kv.m-dən 2 548$/kv.m-ə və median isə 1930 $/kv.m-dən 3,01% artaraq 1988 $/kv.m təşkil edib. Göründüyü kimi, qiymət strukturunda ağırlıq mərkəzi yuxarı istiqamətdə dəyişib.
Bazarda qiyməti 85-95 min ABŞ dolları arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 38,5%-ə malikdir. Mənzillərin orta otaq sayı 2,5, hər otağın orta satış qiyməti 68 448 ABŞ dolları, mənzilin orta qiyməti 171 119 ABŞ dolları, daimi struktur ilə isə 132 160 ABŞ dolları təşkil edib. Layihələr üzrə qiymətlərin artması mövcud olan bütün layihələr üzrə qeydə alınıb.
Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi artım müşahidə edilib. Bunu son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar. Son ayda bazarda satışın artması, uyğun olaraq əmlakın ekspozisiya müddətinin azalmasına səbəb olub.
Ötən ilin sonundan davam edən qiymət artımı mart ayında da qeydə alınıb. Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərəçarpacaq qiymət artımı olmadığı halda daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilib.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Hiperaktiv insanlar unutqan olurlar
Bakıda yağış yağacaq, şimal küləyi əsəcək
İrəvanın böyük müharibə mesajı
Bu il körpələrə ən çox qoyulan adlar
Yeni il üçün "Napoleon" tortu (foto resept)
İşdən çıxdı, evsiz qaldı, milyonçu oldu
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
Bir şəkil boyük dostluğu pozdu-FOTO
Bədəni formada saxlayan məşqlər
17 yaşlı qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
Laboratoriyalarda insan əli ilə hazırlanan qulaq, nəfəs borusu - İNANILMAZ FOTOLAR
Günün qoroskopu: hədiyyə alacaqsınız
Tərəvəz bitkilərinin müalicəvi əhəmiyyəti (2-ci hissə)
Prezident qəbul keçirdi
Bu gün növbəti qəbul imtahanları keçirilir
Duzun keyfiyyətini necə yoxlayaq?
Bakı tam dəyişəcək: paytaxtı tanıya bilməyəcəksiniz
52 uşağın arzusunu reallaşdırdı - FOTO
Bu gün Bakıda sərnişin avtobusları nə vaxta qədər işləyəcək?
Həftənin ulduz falı
Azərbaycanda "Müstəqil Azərbaycan tarixi"nin tədrisinə başlanıldı
Manat sabah bu qiymətə olacaq
İmtahanın nəticələri AÇIQLADI
Kəndlilərə 5 illik müddətli vergi güzəştləri veriləcək
Üzdəki tüklərdən xilas olmaq üçün...
İldırım rok festivala qatılarsa nə olar?
Bundesliqa: "Bavariya" darmadağın edildi
Əhaliyə HAVA XƏBƏRDARLIДћI: "Bu gecə...."
Azərbaycanda dini biliklərin məktəblərdə ayrıca fənn kimi tədrisi müzakirə olunur
Çayımızın da duzu var
Dəhşətli xəstəlik 40 can aldı
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki...
COVID-19 heyvanlar arasında da yayılmağa başlayıb
Xətasız tərbiyə
Sağlamlığa ziyan vuran yatma tərzi
Övliya kimdir?
Saxta məktəbli formalarının aşkarlanması üçün reydlərə başlanıldı
"Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq"
Dakota Johnsonun gözəl tərzinin sirri
Kate Moss tərzinin əvəzedilməzləri
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Hava haqqında - 13.03.2014
Cehizlik yataq üzləri
Günün ulduz falı
Yaxın gələcəkdə Yerə oxşar planet tapılmayacaq
Tibbdə inqilab: insana tamamilə süni ürək qoydular
Bürclərin həyatına mane olan GİZLİ SƏBƏBLƏR
Bənövşəyi rəngin kombin edilməsi















- ŞƏRHLƏR