
İlkin yaşayış mənzil bazarında yanvarda aktivliyin artması, bazarda əqdlərin sayının artımının nəticəsi kimi baxmaq olar. Son illər üzrə qiymət indeksinin artımı müşahidə edilir ki, buna bir tərəfdən paytaxtda söküntü prosesinin artması, digər tərəfdən isə tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artması səbəb olub.
Yanvarın sonuna Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırmaya məruz qalan iri çoxmənzilli yaşayış binalarının sayı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 600 ədəd olub. Ötən ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfelinin strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay üzrə artım (əsasən "premium" və "VİP" evlər), il üzrə isə azalma müşahidə edilib.
Son bir il ərzində təklifin həcmində azalma tendensiyası aşkar görünsə də, yanvar ayında ümumi təklif portfelində yaşayış mənzil sahələrinin sayında ötən ilin II yarısına nisbətən canlanma müşahidə olunub. Bu artıma səbəb kimi, bir sıra tikinti şirkətlərinin və investorların öz maliyyə problemlərinin həlli olaraq bazara əlavə (əsasən qiyməti 1500-4000 dollar/kv.metr olan) mənzil çıxartması ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında müşahidə edilir.
Ay ərzində ucuz mənzillərin təklif portfelində azalma davam edib, çoxmənzilli yaşayış binalarında təklif portfelinin artması isə müvəqqəti xarakter daşıyır.
Hesabat ayında iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edirsə, villa və fərdi evlərin satış portfelində IV zona üstünlük təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə bu zonada həm əhali sıxlığının artmasına, həm də qiymət artımına zəmin yaradır. Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur və təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır.
Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti yanvar ayı ərzində 2,30%, ötən ilin müvafiq ayına nəzərən isə 25,1%, ilkin mənzil bazarında isə müvafiq olaraq 3,05% və 33,9% artaraq 1181 dollar/kv.m olub.
Yanvar ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin artması mənzil bazarında qiymətlərin artımı ilə bağlı olub. Qiymət artımının II və III zonalarda daha intensiv olmasına şəhərin mərkəzinin məhz həmin zonalara doğru genişlənməsinin nəticəsi kimi baxmaq olar.
Əvvəlki ildən fərqli olaraq 2014-cü ilin əvvəlindən "elit" mənzillərin qiymətlərində sıçrayışlı artım müşahidə edilir. "Elit" mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal və Nəsimi rayonlarında daha çox hiss edilir.
Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki, bu ilin yanvar ayında bazarda aktivlik və qiymətlərin artımına 2013-cü ilin davamı kimi baxmaq olar. Bazardakı mövcud durum (söküntü ehtimallarının artımı) yaxın aylarda qiymətlərin yenə də artacağı ehtimallarını yaradır. Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Emin yeni klipini təqdim etdi-VİDEO
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
Birlikdə keçirdiyiniz vaxt
Milyarder qadının "ucuz" geyimi QALMAQAL yaratdı-FOTO
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Təhsil Nazirliyi: “Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır”
"Kurtlar Vadisi"nin "Ömər baba"sı Bakıda - FOTO
"İdeya" tortu(foto-resept)
Demək Akalın qəzəbləndi-FOTO
Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olunub
Körpənizlə ilk görüş
Ağ pizza (foto resept)
Ledi Qaqa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı
Dünya bazarında neftin qiyməti
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi-FOTO
Rumıniya çempionu Azərbaycandan təklif alıb
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
Teymur Rəcəbov mübarizəni dayandırdı
Qlobal istiləşmənin səbəbi AÇIQLANDI
Azərbaycanlı zəvvarlardan xəbər var
Türkiyə ekranların ən dəbli məşhurları
Qara nöqtələri sıxmayın!
Darçınlı kök keksi (video-resept)
"Barselona" şoku: sırada "Mançester Siti" və PSJ-dir?
Piylənməyə qarşı yeni dərman
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Qorxulu yuxuların yeməklə əlaqəsi tapıldı
Dadlı tost (foto-resept)
Günün ulduz falı
Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO
Bacı-qardaş davası
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu
Məşhur cütlüyün 1 milyonu nəyə xərcləyəcəyi bilindi
Qadınlar dünyamızın gözəlliyidir
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Bürcə görə qadınların seçimi
Milli Məclis hansı məsələləri müzakirə edəcək?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyətlər verildi
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Kəs və yapışdır-31
Mobil telefonun zərəri
Bergüzar və Engin eyni FİLMDƏ-FOTO
Oruc tutan adamın günün çox hissəsini yatması düzgündürmü?
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi-VİDEO
Asanlıqla gizlənməyi bacaran ev heyvanları
Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı
Selena Gomez sevənlərini kədərləndirdi
Azərbaycandakı uzunömürlülərlə bağlı MARAQLI MƏLUMATLAR aşkarlanıb















- ŞƏRHLƏR