Müasir dövrdə iqtisadiyyatın inkişafı ilə əlaqədar cəmiyyəti təşkil edən şəxslər arasında əlaqələr genişlənmiş və bu münasibətlər çərçivəsində iqtisadi fayda olduğu kimi risklər də qaçılmaz zərurətə çevrilmişdir. Mülki dövriyyədə və yaxud sahibkarlıq fəaliyyətində risklərin olmasını nəzərə alaraq qanunvericilik şəxsləri bu itkilərdən qorumaq üçün maksimum dərəcədə vahid baza yaratmış, şəxsləri bir növ hər hansı bir iqtisadi əsaslı münasibətdən əvvəl dərin düşünməyə vadar edir. Bu risklərdən qorunmaq üçün müxtəlif fəaliyyət növlərini, həmçinin əmanətləri sığortalamaq üçün qanunvericilik bazası yaradılmışdır.
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Aqil Layıcovun ANS PRESS-ə verdiyi məlumata görə, Əmanət/Depozit münasibətlərində bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) daxil olmuş pul məbləğini (əmanət, depozit) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Pul vəsaitlərini əmanət şəklində cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə(lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatorları malikdir. Bu lisenziyanı isə vermə səlahiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankına aiddir. Şəxslər əmanət qoymazdan əvvəl ilk öncə əmanəti qəbul edən Bankların və ya poçt rabitəsi milli operatorlarının bu fəaliyyətlə məşğul olmaq üçün lisenziyasının olub-olmamasını aydınlaşdırmalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, bəzən kredit təşkilatrarına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən Mərkəzi Bank cəza tədbiri olaraq Banklara müəyyən müddət üçün əmanətlərin qəbul edilməsini qadağan edir. Bu ilk öncə Banklarda likvidliyin və ödəyicilik qabiliyyətinin aşağı olması ilə əlaqədardır. Əmanət qoyacağınız Bankın üzərində belə bir cəza tədbirinin olub-olmamasına əmin olmaq üçün AR Mərkəzi Bankına sorğu ilə müraciət edib, rəsmi cavab almaqla əmin olmaq olar. Əks təqdirdə Banklar vəsait cəlb etmək üçün əmanət qəbul etmək hüququ yasaqlanmış olsa belə bunu gizlədə və yaxud yalnış məlumat verə bilər. Bunun üçün yuxarıda qeyd olunan prosedurlara əməl etmək vacibdir. Çünki istənilən halda müqavilə tərəfi olaraq bazar riskini araşdırmaq vəzifəsi məhz əmanətçinin üzərinə də düşür.
“Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan şərtlərə əməl edildikdən sonra, əmanəti qəbul etmək hüququ olan Banka qoyulan bütün əmanətlər qorunurmu?! Cavab isə xeyir olacaq. Sığortalanmayan əmanətlərin siyahısı “Əmanətlərin Sığortalanması haqqında” AR-nın qanununda öz əksini tapmışdır.” – deyə vəkil bildirib. Belə ki, aşağıdakı əmanətlər sığortalanmır:
- adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının)
yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
- bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış
bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
- cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə
təsdiq edilmiş əmanətlər;
- fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
- fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
- ödəniş müddətlərinin, başa çatıb - çatmamasından asılı olmayaraq
əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
- bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.
- cəlb edildiyi günə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilmiş həddən yuxan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. Hazırda qorunan əmanətin yuxarı həddi 30 min manat, illik faiz dərəcəsinin isə son həddi 9 %-dir. Bu faiz dərəcəsindən yuxarı əmanətlər qorunmur.
Hüquqşünas bildirir ki, son zamanlar bəzi Banklar reklam çarxlarında şəxslərə yalan məlumat verməklə təşviqedici reklamlar edir, qorunan əmanətin illik faiz dərəcəsindən yuxarı faiz dərəcəsi ilə əmanətləri qəbul etdiklərini bəyan edir və hətta həddi aşmış faiz dərəcəsində belə əmanətlərinin sığortalanmasını bəyan edirlər. Bu isə həqiqətə uyğun deyil, qəti olaraq şəxslərin əmanət qoymasına təşviq etmək və onları yanıltmaq məqsədi güdür. Bu növ məlumatların həqiqəqətdən uzaq olmasını bilmək üçün yuxarıda qeyd olunan prosedurlara əməl etmək kifayətdir.
“Əlavə məlumat üçün qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazisində əmanətlərin sığortalanması fəaliyyəti iləməşğul olan qrum, 9 fevlar 2007 ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 2007-ci ilin 12 Avqust tarixindən isə fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Məhz qoruna bilən bütün əmanətlər bu Fond vasitəsilə qorunur. Əmanət qəbul etmək hüququ olan bütün Bank və digər operatorlar məcburi olaraq bu fondun iştirakçılarıdır. Fond iştirakçıların reyestrini tərtib edir və onlara ŞƏHADƏTNAMƏ verir. Məhz bu şəhadətnamələr depozit qəbul edən subyektlər tərəfindən qəbul edilən əmanətlərin (yuxarıda qeyd olunan və qoruna bilməyən əmanətlər xaric) sığortalı olmasının və gələcəkdə sığorta hadisəsi baş verən zaman depozitlərinin geri qaytarıla biləcəyinin sübutudur.” – vəkil vurğulayıb.
Vəkil A.Layıcovun dediyinə görə, bəzi şəxslər belə başa düşür ki, əmanətlərin qaytarıla bilməməsinə birbaşa AR Mərkəzi Bankı cavabdehdir. Bu isə yalnış təsəvvürün nəticəsidir. AR Mərkəzi Bankı pul siyasətini və kredit təşkilatlarına nəzarəti həyata keçirən mərkəzi qurum olsa da , qanunda qoruna bilməyən əmanət statusları ilə qəbul edilmiş əmanətlərin qaytarılmasına Mərkəzi Bankın cavabdeh olması absurddur. Lakin o da qeyd olunmalıdır ki, Mərkəzi Bank mərkəzi icra hakimiyyəti orqanı olaraq davamlı şəkildə bankları yoxlanmalı, onların adekvatlıq əmsallarını təhlil etməli, likvidliyini gözdən keçirməlidir. Məhz bu göstəricilər tələb olunan standartlardan aşağı olduqda Mərkəzi Bank tərəfindın banklara cəza tədbiri olaraq əmanətlərin qəbul edilməsi yasaqlanmalıdır. Bu ilk növbədə ölkədə Banklara olan etimadın yüksəldilməsinə xidmət edir. Bu eyni zamanda iqtisadi inkişafda olan respublikamız üçün prioritet məsələdir. Məhz bu məqsədlə, əhalinin banklara olan inamını artırmaq, eyni zamanda Bankların likvidliyinin/ödəyicilik qabiliyyətinin artırılması üçün bir çox qanunlar qəbul edilmişdir. Bunlardan biri də "Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya..
XƏBƏR LENTİ
Puldan daha əhəmiyyətli olan
İslam pəhrizinin 13 qızıl qaydası
Ozan Güvən “Babil”dən ayrıldı
Mən şəkil çəkirəm dərs- 4
İlham Əliyev: Niyə də olmasın?
Sulu qar, qar yağacaq - Sabahın HAVAsı
HAVA necə olacaq?
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI
Solaxaylığı tərgitmək vacibdirmi?
Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb
Birlikdə keçirdiyiniz vaxt
Dolların Azərbaycanda yeni problemi
Mehriban Əliyevaya orden verildi
Gülşən Bakıya gəlir
Ən çox rast gəlinən cinsi problemlər
Çoban sərvət tapdı
Gürcüstanda həyat yenidən dayandı
İstirahət gününün HAVAsı
Viber Free Calls & Messages
Köynək düymələri
Ən çox qoyulan adlar-SİYAHI
"Sihirli annem"in Cereni ərə gedir - FOTO
Arıqlamaq tədbirləri
Dəri geyimlər
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Kəs və yapışdır-3
Bakıda 90 minə mobil nömrə
Kivili piroq (foto resept)
12 ölkənin idmançıları Nabranda bir araya gəldilər
"Avropa Oyunları" zolağına çıxanlar 40 manat cərimə olunacaqlar
Sarkisyan Ərdoğana başsağlığı verdi
63 illik nikahdan sonra eyni gündə öldülər
Ankara Əsədi dialoqa çağırdı
Sılanın döyülməsi yalan çıxdı-FOTO
2011-ci ilin yaz modası
Dəniz suyu da qızardı
Günün ulduz falı
Aşiq kişi uşaq kimidir
Cenifer Lopez ideal çəkidə qalmaq üçün nə edir?
"WhatsApp"da maraqlı yenilik - FOTO
Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - FOTO
Müğənni Məhəbbət Kazımov dünyasını dəyişdi
Məşhur aktyor 8 milyonu dostuna görə almadı
Meşədə tikilən ən gözəl evlər
Kişilərin dili
Dilan Çiçək anası ilə-FOTO
Cəbhə xəttində olan Zakir Həsənov tapşırıqlar verdi
Sərdar Ortac boşandığına peşmandır - FOTO
İlin qəşəng qadınları