Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin incisi” adlandırdığı Seyid Şuşinski 1889-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində anadan olub. Uşaqkən valideynlərini itirən Seyid xanəndə olan xalası Məşədi Hürzadın himayəsində böyüyür. Seyidin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olub.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi məktəbində təhsil alıb. 1913 və 1914-cü illərdə “Ekstrafon” aksioner cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılıb. S.Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, fəhlə klublarında konsertlər verib, teatr tamaşalarında, konsertlərdə çıxış edib.
Seyid Şuşinski ictimai-siyasi mövzuda olan “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olub.
Daha sonra Tiflisdə fəaliyyət göstərmiş Seyid Şuşinski xanəndəlik sənətini daha da təkmilləşdirib, bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Onun oxuduğu “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, "Zabul", “Şahnaz”, “Mirzə Hüseyn seygahı” muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bəzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb.
1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinifində müəllimlik etməyə başlayır. 1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olub, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib.
O, bir çox muğamlara yeni guşələr əlavə edir, bir çox muğamları birləşdirib oxuyur. Bunlardan “Rast-Hümayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz” dəstgahları diqqətə layiqdir. Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının yazılmasında da məsləhətçi kimi böyük köməyi olub.
O 1956-cı ildə xalq artisti,1961-ci ildə isə əməkdar müəllim adlarına layiq görülüb. Lakin bu qədər hörmətə, şan-şöhrətə malik, sənətin zirvəsinə qalxan Seyid Şuşinskinin son günlərində qayğısına qalan yalnız tələbələri idi. Müğənnilərdən H. Rzayeva, Y. Kələntərli, Ə. Əliyev, R. Muradov, Z. Xanlarova, İ. Rzayev və b. onun yetişdirmələridir. S.Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında dünyasını dəyişib. Xalqın iradəsi ilə onu Fəxri xiyabanda dəfn ediblər.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Mixaylo yad ediləcək
Ərik cemi ilə piroq (foto resept)
Reyhan Karacanın burnu sındı-FOTO
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
"Türk kinosunun sultanı"nın Bakı arzusu(FOTO)
Düz qarına sahib olmağın asan yolları
Divarları bəzəyən 3D rəsmlər
MG ilk krossoverin istehsalına başlayır
Fədakar dost
Bu gün təhlükəli geomaqnit fırtınası gözlənilir
Velosiped yarışmasında nəfəs kəsən anlar
Müəllim olmaq istəyənlər sınağa çəkilir
Həyatın mənasını itirənlər üçün psixoloji və dini cavab
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
Selin Dion anası öldüyü gün konsert verdi-FOTO
Türkiyədə Xocalı abidəsi
Qar yağacaq
2 stəkan su üçün ofisianta 10 min dollar verdi - VİDEO
Pepe "Real"dan qovuldu
Toxunma əl işləri
Rəngarəng ziyafət donları
Mükafatlandırılan Pınar Altuğ qəzəbləndi-SƏBƏB
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Qatıqla gözəlləşin
Koronavirus yox olmayacaq - PROQNOZ
Albalının faydaları
Bədən formanıza görə gəlinlik seçimi
Ukraynalı "Barbie" makiyajdan imtina etdi-SƏBƏB
“Real Madrid” Xabi Alonso ilə müqaviləni uzatdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Tənbəlliyin səbəbi xasiyyət deyil
Sitatlarımız - III hissə
Yuxugörmənin öyrənilmə tarixindən
Yaşlı görünməyinizə səbəb olan makiyaj xətaları
Bakı-2015-in çempionu: Azərbaycan əsgəri olaraq qürur duyuram
Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?
Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı
Tikinti şirkəti iflas olarsa, alıcı nə etməlidir?
Valideyn himayəsindən məhrum olmuş 33 uşağı sevindirdilər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
Zooparkdan 14 şir qaçdı
Şimali Koreyada karantini pozan şəxs güllələndi
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
Dünyanın ən kiçik avtomobili
Vafli (foto resept)
Azərbaycanlı məşhurların Mehriban Əliyeva ilə SELFİSİ
Yuxular və yuxuyozmalar (7)
Məşhur müğənninin hicablı FOTOsu tənqid edildi
Neftçalada Sənaye Məhəlləsi yaradılır
- ŞƏRHLƏR