
Hazırda Azərbaycan vətəndaşı gözləmə mövqeyindədir. Bunu həm müşahidələr, həm də ekspertlərin gəldiyi qənaət belə deməyə əsas verir.
Milli.Az-ın məlumatına görə, ekspert Ramil Osmanlı modern.az-a açıqlamasında bildirib ki, bu tip fikirlərin formalaşmasına səbəb cəmiyyətə çatdırılan informasiyaların qeyri-dəqiq olmasıyla bağlıdır:
“Bəzi ekspertlər var ki, monitorinqlər aparır, müəyyən nəticələr əldə edərək bunu media ilə bölüşür, lakin bir qismləri də var ki, proqnozu havaya baxıb verir. Bu isə cəmiyyətdə çaşqınlıq yaranmasına gətirib çıxarır”.
Ramil Osmanlının sözlərinə görə, hazırda nəzəri baxımdan həm qiymət azalması, həm də qiymət artımı üçün real zəmin var:
“Rusiyadakı hadisələrin Azərbaycana təsiri bu şəkildə davam edərsə, təbii ki, bu qiymət azalmasına gətirib çıxaracaq. Amma müəyyən istisnalar nəzərdən qaçmamalıdır, hansı ki qiymət artımına səbəb ola bilər. Hələ büdcə vəsaitləri açılmayıb.
Həmçinin yeni ildə Nazirlər Kabinetinin şəhərsalma, infrastruktur layihələri ilə bağlı müəyyən qərar və sərəncamları gözlənilir. Və bu qərar, sərəncamlardan asılı olaraq Bakı şəhərinin müxtəlif ərazilərində əsaslı söküntü işlərinə başlanılacaq. Artıq siyahıyaalma ilə bağlı müəyyən siqnallar daxil olub”.
Ekspert deyir ki, ya birinci halda böhran şəraitində qiymət azalması, sökünütü bumunun yenidən başlanması ilə isə bahalaşma baş verəcək:
“İkinci halda bazara güclü pul axınının baş verəcəyinə dair məlumatların daxil olduğunu nəzərə alsaq, bu da hətta qiymət artımına gətirib çıxara bilər. İndiki halda daşınmaz əmlak bazarında tam sükut hökm sürür, demək olar ki, alqı-satqı işləri aparılmır, ipoteka kreditləri dayanıb, nəğd alışlar isə ümumiyyətlə, yoxdur. Vətəndaşlar gözləmə mövqeyindədir.
Variantlardan hansının üstünlük təşkil etməsi isə Azərbaycanın mövcud iqtisadi imkanlarından, eyni zamanda, təbii ki, Rusiyadakı proseslərin müddətinin uzanmasından asılı olacaq.
Təbii ki, ölkənin iqtisadi potensialı kifayət qədər dayanıqlı, stabil, dinamik iqtisadi-siyasət yürütməyə imkan verir. Baxmayaraq ki, büdcənin əsas hissəsi neftdən asılıdır. Neft gəlirləri Azərbaycan iqtisadiyyatının əsasını təşkil etdiyi bir məqamda, buna paralel olaraq dünyada neftin ucuzlaşması tendensiyası müşahidə olunur. Buna baxmayaraq Azərbayacan hökumətinin mövcud siyasəti konkret iqtisadiyyatın düşməsinə deyil, qalxmasına hesablanır.
Burada alternativ mənbələrdən, iqtisadiyyata vəsait, investisiya qoyuluşları ortaya çıxır ki, bu da ölkənin valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır”.
R.Osmanlı hesab edir ki, bu, qısa müddətli olduğu üçün dözmək olar: “Amma proseslər 1-2 il davam edərsə, ölkəyə ciddi şəkildə təsir göstərə bilər. Bilirsiz ki, ölkəyə qeyri-rəsmi hesablamalara görə Rusiyadan 20 milyarddan artıq vəsait daxil olur. Hətta bəzi mənbələr rəqəmin daha yüksək olduğunu deyirlər.
Bu məbləğ Rusiyada yaşayan azərbaycanlılar hesabına daxil olur ki, bu da təxminən büdcə vəsaitlərinə bərabər bir rəqəmdir. Bütün bunları nəzərə alsaq, bu vəasitlərin kəskin azalması ortaya çıxır.
Hazırda yuxarıda vurğuladığımız iki variantdan ikincisinin daha çox üstünlük qazana biləcəyi ehtimalı var. Çünki qarşıda bizi Avropa Oyunları gözləyir, layihələndirilən bir çox infrastruktur proqramları var ki, bunlar mütləq şəkildə başa çatdırılmalıdır. Mövcud dövrdə Azərbaycan hökuməti neft gəlirlərinin azlamasını, iqtisadiyyatdakı enmələri nəzərə alıb prosesi bir müddət təxirə salacaqsa, o halda Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi daşınmaz əmlak, mənzil bazarında da böhran vəziyyəti yaşana bilər”.
XƏBƏR LENTİ
Şagirdlərin dərsdən yayınmasının qarşısı alınacaq
Qurban bayramının vaxtı bəlli oldu
Bu telefonlardan uzaq durun!
Qeyri adi qaşları olan it – VİDEO
Bu qadın uzunömürlülük rekordunu yenilədi
Günün tövsiyəsi: film, mahnı, kitab
Bulvarın bağlı hissəsi açılacaq
Bir milyondan çox insan orqanlarını vəsiyyət etdi
Windows Phone harada populyardır?
Prezidentlər danışırlar, silahlar isə susmur
2011-in dırnaq boyası
Zukerberq ABŞ konqressinə dəvət olundu
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 142 yeni yoluxma
Tez-tez qırılan dırnaqlar üçün 3 təbii üsul
İlk tibbi yardım göstərən robot yaradılacaq
Dünyada ən böyük sualtı park inşa olunacaq
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
Nobel Sülh mükafatı sahibinə təqdim edildi
Övlad valideyninə əl qaldırarsa...
"Məhkəmənin qərarı siyasi yönümlüdür"
Ayaq göbələyi
Sabah bu ərazilərdə qaz olmayacaq
"Yoldaş Zeynalov, nə gecəmiz var, nə gündüzümüz..."
Qadın güləşçilərimiz dünya reytinqində
Gözəllik inciləri
Beren Saat və Kənan Doğulu Tətildən qayıtdılar-FOTO
Vanna otağı dekorasiyası
Xəzər dənizi sürətlə quruyur
Madonna koronavirusdan danışdı
Anasına əkizi qədər bənzəyir - FOTO
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Maraqlı faktlar
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Messi Qətərə transfer oldu
Düyülü kabak yeməyi (foto-resept)
Hidroadenit
Körpəniz dayanmadan ağlayırsa
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Məktəbi vaС…tından əvvəl bitirmək istəyənlərə VACİB XƏBƏR
"2" alan şagirdlərin aqibəti necə olacaq?
Günəş ləkələrindən xilas olmağın yolu
Piti (foto-resept)
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Nazirlikdən xəbərdarlıq: "Diqqətli olun!"
Azərbaycanda zəlzələ baş verdi
Məşhurların istifadə etdiyi maskalar
Dürüstlük və güvən
Araq şüşəsinə əl vuran adam nə etməlidir?
Sabahın HAVAsı















- ŞƏRHLƏR