Qadin.NET / İstirahətsiz işləyənlərin nəzərinə: siz dəli ola bilərsiniz

İstirahətsiz işləyənlərin nəzərinə: siz dəli ola bilərsiniz

Psixoloqlar hesab edirlər ki, monoton həyat tərzi insana həm fiziki, həm də psixoloji cəhətdən təhlükədir.Yay fəslində istirahət etmək çox vacibdir. Psixoloqların fikrincə, uzun müddət işləyib istirahət etməmək yaddaş pozğunluğuna, əsəb pozuntularına, ürək, qan-damar xəstəliklərinə, xroniki yorğunluğa, immun sisteminin zəifləməsinə, hətta narkotik maddələrə və spirtli içkilərə meylin artmasına səbəb olur.Psixoloq Lalə Həmidovanın sözlərinə görə, istirahət ilk növbədə insanın həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin olunmasıdır. "Mütəmadi olaraq həm evdə, həm də işdə gündəlik problemlər yaşayırıq, streslər keçiririk. Çox zaman monoton həyat tərzi sürürük. Bu isə insanı həm fiziki, həm də psixoloji cəhətdən tükədir, - deyən psixoloq bildirir ki, insan orqanizmi müəyyən saatlara qədər fəaliyyət göstərir. - Sonra özünü qidalandırmaq üçün istirahət tələb edir. İstirahətsiz işləmək və ya heç işləmədən evdə oturmaq insanın sinir sisteminin pozulmasına gətirib çıxarır. Çünki beynin də özünün psixi yükü daşıma əmsalı var. Əgər biz lazım olduğundan çox işləsək və istirahət etməsək, bu, ağır əsəb pozuntularına, eyni zamanda somatik problemlərə, məsələn, qan-damar xəstəliklərinə yol aça bilər".L.Həmidova qeyd edib ki, uzun müddət çalışıb istirahət etmiriksə, onda bizdə toplanmış stres və yorğunluq özünü təzyiq və ürək, qan-damar problemləri kimi göstərəcək və ya müxtəlif nevrozların yaranmasına səbəb olacaq. Dediyinə görə, eyni zamanda istirahətsiz işləmək insanda apatiya (psixi süstlük) və depressiya halları yarada bilir.Onun sözlərinə görə, əslində hər kəsin istirahətə ehtiyacı var. "Çünki monoton həyat insan psixikasına və fiziologiyasına güclü təsir edən amillərdəndir. Mütləq daha çox stresə məruz qalan sahənin işçiləri istirahət etməlidirlər. Belə sahəyə, məsələn, həkimlər, polislər, ağır texnikalarla işləyənlər və s. bu kimi qrupa daxil olan insanlar aiddir", - deyən psixoloq nəzərə çatdırır ki, istirahət hər üç aydan bir olmalıdır. "İstirahət 5-7 günlük də olsa, mütləq olmalıdır".İmkan olduqda ildə iki dəfə - yay və qış vaxtlarında istirahət etməyi məsləhət görən müsahibim istirahətin çox uzanmasının da mənfi cəhətlərinin olduğunu bildirib. Belə ki, onun sözlərinə görə, istirahət çox uzandıqda insanda stres vəziyyəti və istirahətdən yorulma kimi hallar əmələ gətirir. Psixoloq əgər normal istirahət etmək istəyiriksə, onda 10-21 gün istirahət etməyi məsləhət görür.Həmidova əlavə edib ki, məkan olaraq insanlar daha çox xarakterlərinə uyğun yerlər seçirlər. "Amma yenə də istirahət üçün informasiyanın daha az olduğu yerləri seçmək məsləhətdir. Bu, təbiət guşələri ola bilər. Adrenalini sevənlər üçün bu hər hansı andrenalini yüksəldən istirahət ola bilər. Ümumilikdə istirahət kompüterin "yenilənməsi" kimidir. Yəni insanı yenidən enerji ilə yükləyir və növbəti iş dövrünə tam hazır edir".Psixoloq Arzu Qurbanova da hesab edir ki, dincəlməmək insan orqanizmi üçün fəsadlarla nəticələnir. "Dincəlməyən adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Uzun müddət tətilə çıxmayan, istirahətə getməyən adamlarda xroniki yorğunluq özünü göstərir. Bu xəstəlik də istənilən xəstəlik kimi getdikcə daha da ağırlaşır", - deyən psixoloq vurğulayır ki, belə hal günlərlə, aylarla deyil, illərlə də davam edə bilər. Dediyinə görə, xroniki yorğunluq ağırlaşdıqca qorxulu əlamətləri üzə çıxır. "Bu xəstəlikdən əziyyət çəkənlərdə əl barmaqlarının əsməsi, səbəbsiz qorxular, narahatlıq hissi, əzələdə ağrılar müşahidə olunur".Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğunun da yaranmasını bildirən A.Qurbanova qeyd edib ki, insan sadə məsələləri belə həll etmək istədikdə ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Onun dediyinə görə, nəticədə immun sistemi də zəifləyir. "İnsan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. Eləcə də yorğunluq hissi və daimi streslər narkotik maddələrə və spirtli içkilərə meyli artırır. "Tədricən narkotik maddələrdən və içkidən asıllılıq da yarana bilər". 

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK