Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, sözügedən telefonların Azərbaycana gətirilməsi yaxşı olardı: “Çünki uşaqların yeni texnologiyalara marağı artıb və xüsusilə işləyən anaların uşaqlarına nəzarət etməsi çətinləşib. Bu baxımdan uşaqlar üçün xüsusi telefonların olması yaxşı olardı”. Psixoloq uşaqların müasir texnologiyalardan asılılığından da danışdı. Bildirdi ki, belə uşaqları iki qrupa bölmək olar: “Birinci qrupda olan uşaqlar irsi olaraq texniki vasitələrə meyl göstərməkdədir. Bu daha çox genetik xarakter daşıyır, yəni əgər ata-ana mühəndisdirsə, yaxud kompyuter üzrə mütəxəssisdirsə, uşaq körpəliyindən texnikaya maraq göstərməyə başlayır. İkinci qrup uşaqlarda isə kompyuterə, mobil telefona sonradan maraq yaranır. Onlar əvvəlcə bu texniki vasitələrlə oyuncaq kimi oynamaq, onu sındırmaq istəyirlər, sonradan isə kompyuterdə, mobil telefonda müxtəlif oyunlar oynamağa, sonra isə İnternetə girməyə başlayırlar və onlarda asılılıq yaranır”. H.Xəlilov deyir ki, vərdiş asılılığa çevrilməmiş bunun qarşısını almaq lazımdır: “Əgər uşaq məktəbəqədər yaşdadırsa, valideyn balacalıqdan yönünü dəyişməyə çalışmalıdır. Uşağın gündəlik proqramını elə qurmalıdır ki, 30 dəqiqə kompyuterdə oynayırsa, 30 dəqiqə başqa bir işlə, məsələn, şəkil çəkmək, plastilinlə oynamaq və s. ilə məşğul olsun. Asılılıq elə bir şeydir ki, bu, vərdişlə yaranır. Uşağa elə gəlir ki, oynadığı oyundan başqa, yaxud girdiyi internet saytından başqa dünyada maraqlı bir şey yoxdur”. Müsahibimiz cinsi yetişkənlik, yeniyetməlik dövründə uşaqdakı vərdişin onu başqa tərəflərə yönəltdiyini dedi: “Dünənə kimi kompyuterdə, telefonda oyun oynayırdısa, artıq 10-12 yaşında “çat”da olmağa, əxlaqsız saytlara girməyə başlayır. Xüsusilə bu yaşda valideyn uşağa nəzarət etməlidir. Xüsusilə uşaqlar özəl şeylərə axşamlar maraq göstərdiklərindən valideynlər onları axşamlar nəzarətsiz buraxmamalıdır. Çünki uşaqlar bəyənilməyən insanlarla “çat”da tanış ola bilər, onlardan mənfi şeylər öyrənə bilərlər”.
4 yaşlı uşaqların İPad asılılığı
Qeyd edək ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, sözügedən ölkədə kompyuterdən istifadə etmə yaşı ortalama 8-ə enib. Mobil telefonlardan istifadə yaşı isə 10- düşüb. Türkiyədə 6-15 yaş arası uşaqların 60 faizi kompyuter, 50 faizi internet, 24 faizi mobil telefondan istifadə edir. Ümumiyyətlə, yalnız Azərbaycanda deyil, dünyada yeni texnologiyalardan istifadə yaşı getdikcə aşağı düşür. Məsələn, İngiltərədə 4 yaşındakı uşaqlarda “IPad”dən istifadə asılılığı ortaya çıxıb. Buna görə də artıq inkişaf etmiş ölkələrdə klinikalarda texnologiyadan asılılıq bölümləri açılıb.
Mobil telefonlar uşaqlarda xərçəngə yol açır
Dünyada aparılan araşdırmalar göstərir ki, mobil telefon və kompyuterlər uşaqları daha böyük təhlükə altına atır, hələ inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10 dəfə artıq mənfi təsirini göstərir. Dünya Sağlamlıq Təşkilatı mobil telefonun xərçəng və beyin şişinə səbəb olduğunu hələ 2007-ci ildəki hesabatında açıqlayıb. Hesabatda bildirilirdi ki, araşdırmalar nəticəsində 12 yaşından kiçik uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi, 13-20 yaşındakı yetkinlik yaşına çatan uşaqların isə sadəcə təcili durumlarda istifadə etməsi məsləhət görülür. Həkimlərin sözlərinə görə, mobil telefonlardakı ən böyük təhlükə hər an insanın yanında olması və qulağa tutulduğundan beyinə daha yaxın olması riskidir. Mobil telefonla 6 dəqiqədən artıq danışdıqda qulaq və beyin toxumalarında isinmənin yarandığı və baş ağrılarına səbəb olduğunu düşündükdə təhlükəni təxmin etmək elə də çətin olmur. Buna görə də bu təhlükələrdən uşaqları mümkün qədər uzaq tutmaq lazımdır.
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Azərbaycanda anomal hava şəraiti ilə bağlı RƏSMİ AÇIQLAMA
Kiyevdən Türkiyəyə xain zərbə
Dünya alimlərinin böyük səhvi: Heç demə, korona bu temperaturda...
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Asan salat (foto resept)
Yayda bədəni təmizləyən detoks tövsiyələri
Asan dekorasiya fikirləri
"Ə" hərfi ilə başlayan adların mənası
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Azərbaycan çempionatından fantastik sıçrayış
Ehtiras
İki başlı uşaq doğuldu
Uşaqlara oxumaq həvəsinin aşılanması
Asan hazırlanan salat (foto resept)
Qozlu qurabiyə(foto resept)
Qorxaqlığı ilə diqqət çəkən nəhəng it-FOTO
Daha çox alma, daha sağlam ürək
Azərbaycanda GMO qadağan edildi
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Doğulacaq körpələrinin cinsi məlum oldu
Çində Evlənmək QADAДћAN Olundu-SƏBƏB
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Trampın ayaqqabısı diqqət çəkdi-FOTO
ANAMA-dan işğaldan azad olunmuş torpaqlardakı təmizləmə işləri ilə bağlı AÇIQLAMA - VİDEO
Ramazan ayının doqquzuncu gününün imsak və iftar vaxtları
Rusiya Qarabağa qoşun yeridir
İtaliyada yayılan quş qripi Azərbaycan üçün təhlükədir?
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Fahriye Evcen ərəb fanatlarını sevindirdi-FOTO
Bakının Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq
Naxçıvan dolması (foto resept)
Azərbaycanda ictimai nəqliyyatda dəyişiklik
AKP-nin yeni sədri sabah bilinəcək
Benzin ucuzlaşa bilər
Eşq ağlı başdan alır
Günün qoroskopu:Fikrinizi cəmləyin!
Lindsi Lohan otel açdı-FOTO
Uşaqdakı məsuliyyət hissi nə dərəcədədir
Bakı sürücülərinə müraciət olundu
Azərbaycan və Türkiyə könüllüləri Ermənistana qarşı döyüşmək üçün müraciət ediblər
Məşhur cütlük valideyn olacaq
Ud hindi meyvəsinin faydaları
Qeyri-adi ev əşyaları
Sitrus içkiləri böyrək daşının qarşısını alır.
Günün ulduz falı
DİQQƏT! Bakı-Sumqayıt elektrik qatarı bu tarixdə işləməyəcək
Günün qoroskopu: başladığınız hər işi tamamlayın
Bayram günlərində hava necə olacaq?
Parisdə uçan taksilər istifadəyə veriləcək
- ŞƏRHLƏR