Xəbər verildiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.
Nazirin sözlərinə görə, əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrıca görüşəcək: "Sonra birlikdə görüş baş tutacaq. Son vaxtlar atəşkəs rejiminin pozulması intensivləşib. Ümid edirəm ki, bu görüşdə bununla bağı bu bir nəticə olar. Rusiya bu sahədə öz diplomatiyasını gücləndirib. Sergey Lavrov Azərbaycana gəldi, mən Moskvada oldum. Amma nəticə üçün işləməliyik. Bəzi məsələləri razılaşdırmalıyıq. Rusiya ATƏT-in Minsk Qrupuna dəstəyini davam etdirir. Çalışacağıq ki, bir nəticə alaq, amma əvvəldən demək çətindir".Nazirlərin görüşünə münasibət bildirən politoloq Rasim Musabəyovun sözlərinə görə, görüşdə mühüm razılıq əldə oluna bilər. Politoloq eyni zamanda hesab edir ki, görüşün heç bir nəticəsi olmaya da bilər.
"Bu vaxta kimi görüşlər nəticəsiz qalıb deyə demək olmaz ki, Nyu York görüşündən də heç nə gözləmək lazım deyil. Hələlik xarici işlər nazirləri son qərarı vermək səlahiyyətində deyil. Nazirlər müzakirələr aparır, dövlət başçılarına məruzə edirlər və prezidentlər son qərarı verir. Əgər elan olunsa ki, prezidentlər də görüşməlidir, deməli danışıqlardan müsbət nəticə əldə olunması ehtimalı böyükdür.
ATƏT-in Minsk qrupunun həmsədrləri ənənəvi olaraq Dağlıq Qarabağ münaqişəsininnizamlanması istiqamətində səylərini davam etdirirlər. Təəssüflər olsun ki, bu vaxta kimi Azərbaycan və Erməsitan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərinin nəticəsi olmayıb. Ona görə də bu dəfəki görüşə elə də böyük ümidlərim yoxdur. Ancaq hər bir halda müharibə başlamayıbsa, diplomatlar öz səylərini, fəaliyyətlərini davam etdirməlidirlər ki, münaqişə sülh yolu həll olunsun. Təbii ki, Rusiyanın münaqişənin həlli ilə bağlı təklifləri var və bu təkliflər də gözlənilən görüşdə müzakirə ediləcək".Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyin müqabilində Dağlıq Qarabağın müstəqilliyi barədə razılığın əldə olunmasını istədiyini deyən Rasim Musabəyov bildirdi ki, ermənilər bunu onunla izah edirlər ki, guya əks halda onlar özlərini təhlükədə hiss edəcəklər: "Bu, cəfəngiyyatdır. Azərbaycan heç bir zaman bununla razılaşan deyil. İşğal olunmuş ərazilər təhlükəsizliyin təminatı üçün saxlanılırsa, bunu da qeyd etmək lazımdır ki, təhlükəsizliyin təminatı üçün ayrı variantlar da var. Məsələn, sülhməramlı qüvvələrin hansı bayraq altında gəlib harada yerləşdirilməsi müzakirə mövzusu ola bilər. Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağın ikinci Cənubi Osetiya olmasına heç vaxt imkan verməyəcək. Hesab edirəm ki, hər şey hər tərəfli müzakirə olunmalıdır".
Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi hesab edilən "Stratfor" kəşfiyyat-analitik şirkəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
"Stratfor"un təhlilçiləri hesab edir ki, bu yaxınlarda Dağlıq Qarabağda status-kvo dəyişə bilər."1994-cü ildə atəşkəs rejimi elan edildikdən sonra Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır və münaqişə dondurulub. Artıq Rusiyanın Qafqazla bağlı siyasəti ciddi şəkildə dəyişib. Yaxın vaxtlarda Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qoşunu yerləşdirilə bilər", deyə "Stratfor"un təhlilçiləri bildirir.
Onların szlərinə görə, Azərbaycan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı gizli danışıq razılaşma əldə bilər. Bu isə gələcəkdə işğal olunmuş torpaqların rəsmi Bakının nəzarəti altına keçməsinə şərait yaradacaq.
"Stratfor"un təhlilçiləri bildirir ki, Rusiyadan güclü şəkildə asılı olan Ermənistan bu plana qarşı çıxa bilməz.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
KƏBƏnin qapısının sirri açıldı
Xarkovda metro partlayışı
Dünyanın ən mənasız "özün düzəlt" lahiyələri
Hər gün bir-birindən fərqli oriqami hazırladı
I Avropa Oyunlarında iştirak edəcək bəzi ölkələrin idmançıları Azərbaycana gəliblər
İrina Şeyk və Bredli Kuper barışdı?-FOTO
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
Günün ulduz falı
“Moody's” iqtisadiyyatı çətin vəziyyətə düşən ölkələrin adlarını açıqlayıb
Zəfəran çayının faydası
Şamaxıda 60 litr qan toplandı
Bürclərin asılılıqları
Bayram günü Məkkədə dəhşət yaşandı
Qeyri-adi feyxoa mürəbbəsi (foto-resept)
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Günahsız sevgi
Elman Rüstəmov bank kreditləri haqda
AZAL-dan Ukraynaya uçuşlarla bağlı açıqlama
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tarkan yenidən ata olur?
WhatsApp-dan daha bir yenilik
Sahə həkimi kimdir, nə iş görməlidir?
Azərbaycan ordusundakı xüsusitəyinatlı qadınlar - FOTO
Azərbaycan Ordusunun çavuşu şəhid oldu - Rəsmi
COVID-19-dan sağalanların immun sistemi zədələnir
"Qanlı Yanvar" Braziliyada diplom aldı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Roberto Karlosun 100 yaşlı nənəsi koronavirusa qalib gəldi
Səlahəddin Dəmirtaşa cinayət işi açıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt- Peterburqda
Yatış formasına görə-test
Alimlər teleskopla yadplanetliləri izlədi – İnanılmaz olay
MN: “Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır”
Pomidor şorbası
Hər qadını dəbli göstərən üsullar
Nazani Ə : "Mən heç kimə, özümə də etibar etmirəm..."
Boğazında qaşıq qalmış gənc-FOTO
Özünü disney qəhrəmanlarına bənzədən qız
Varlı ölkələrdə təqaüd yaşı ən azı 70 olacaq
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Çin üsulu tərəvəzli toyuq (foto resept)
Yaddaşımızı yeniləyək
Övlad valideyninə əl qaldırarsa...
100-dən artıq xəstəliyin ÇARƏSİ
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Uşağın rəqsi canlı efir izləyicilərini əyləndirdi - VİDEO
Azərbaycanda bütün hava limanları BAĞLANDI
YUXU NƏDIR?
Cavabsız qalan teleqramlar
- ŞƏRHLƏR