
Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələr müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlıdır.
Maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməllərini törədənlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin ikinci hissəsinə əsasən isə “Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə cəzası alacaq.
Maddənin üçüncü hissəsinə əsasən, yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzanlandırıla bilər.
Maddənin dördüncü hissəsində yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə onun 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacağı göstərilib.
İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir.
Layihələr səsə qoyularaq, qəbul olunub.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Qızılı xəstəlik
Sayımız 11 milyona çatacaq
Hamiləlik beyni də dəyişir
Mixəyin dəriyə faydası
Obama tarixin ən pis prezidentidir
Alternativ dünyaya keçid olduğu deyilən SİRLİ ÇUXUR - Əslində... - FOTOLAR
Qış depressiyası ilə necə mübarizə aparmalı?
Günün qoroskopu: yoldan sapmayın
1 sms yaz, 1000 dəqiqə danış! - FİNAL - QALİB SEÇİLDİ!
"Bakı-2015"-də əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək
Duzlu pomidor (foto resept)
Sabahın HAVAsı
Ananın çəkisindən uşağın cinsiyyətini öyrənmək olarmı?
BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
Banklar kreditləşməni məhdudlaşdırdı
İlin ən yaxşı avtomobili məlum oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Dilimizdəki səhv sözlər: Ləvazimatlar, narahatçılıq...
Fındıq qabığındakı möcüzə
"You-Tube" ilə bağlı inanılmaz qərar
Sabah havanın temperaturu 32 dərəcə olacaq
Uzunboğaz çəkmələr
Instagram Storiesdə Yenilik
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 49 yeni yoluxma
Ölən erməni pilotların yeni şəkilləri
Beyonce 6 milyon dollar bağışladı
Seçim paradoksu
Moskva və Bakı yeni yola çıxır
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib?
Rus dili - РљРє
Pamelo nədir və faydaları nələrdir?
10 min dollarlıq ayaqqabı su qiymətinə satıldı
BÜRCLƏR bizə nə vəd edir?-1 YANVAR
2020-ci il “Könüllülər ili” elan edildi
Çin təqvimi ilə uşaq cinsiyyətinin təyin olunması
Balaca şahzadələrimiz üçün
Şimali Koreyada daha bir qadağa
Günün qoroskopu:işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür
Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTO
Bürclərin həyatına mane olan GİZLİ SƏBƏBLƏR
Qara rəngli dekolteli don modelləri
Hadisədən “Bahar hissləri” paylaşımı - FOTO
Dərini nəmləndirən banan maskası
Dərmansız ağıl dəvası?
Şaxta olacaq, qar yağacaq
90 santimetrlik skelet tapıldı – “Nə olduğunu bilmirik” - FOTOLAR
Heydi Klumla əri də karantinə alındı - VİDEO
İnstaqram fenomeni olmaq istədi - borca düşdü

- ŞƏRHLƏR