Son günlər yerli KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycana xaricdən genetik modifikasiya olunmuş (GMO) bananların guya idxal olunması ilə bağlı məlumatlar müzakirə edilir. Milli.Az xəbər verir ki, bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı Day.Az-a bildirib ki, komitənin balansında məhsulların GMO olub-olmadığını yoxlamaq üçün müvafiq laboratoriya mövcuddur. Laboratoriyada aparılan tədqiqatlar zamanı GMO banan aşkar edilməyib.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən də bildiriblər ki, ölkəyə GMO bananlar gətirilmir: "Biz belə faktlarla rastlaşmamışıq. Bu yaxınlarda bizim məhsulların GMO olub-olmamasını yoxlamaq üçün öz laboratoriyamız da fəaliyyətə başlayacaq".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə öz növbəsində ölkəyə GMO bananların gətirilə bildiyini istisna etməyib: "Bananların böyük ölçülü və yüksək davamlı olması bizə ehtimal etməyə əsas verir ki, onlar genetik modifikasiya olunmuş ola bilər. Məsələn, İndoneziya, Hindistan, Afrika ölkələrində yetişən bananın ölçüləri kiçik olur. Bizə gətirilənlər isə böyük ölçüləri ilə seçilir".Bununla yanaşı E.Hüseynov Azərbaycanın özündə GMO bananların yetişdirilməsinin mümkün olmadığını deyib. Əvvəla, bizdə bunun üçün münasib iqlim şəraiti yoxdur, ikincisi, milli qanunvericiliklə ölkədə GMO məhsulların yetişdirilməsi qadağandır. Bilirsiz ki, GMO məhsulların yoxlanılması üçün laboratoriya bizdə yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində var. Lakin təəəssüf ki, onlar GMO məhsullarla bağlı yoxlamanı yalnız müraciət əsasında aparırlar. Müraciət olmasa, onların müstəqil şəkildə belə yoxlama aparmaq hüquqları yoxdur"Qeyd edək ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması məqsədi ilə ötən aprelində Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib.İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni 228-2-ci maddəyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını, belə bitkilərdən istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxalına və ya satılmasına az miqdarda (yəni min manatadək dəyərdə) yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə, onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir.Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci maddəsinin birinci hissəsinə əsasən, haqqında danışılan bitki və yeyinti məhsullarını bilə-bilə ölkəyə idxal edənlər və satanlar 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Maddənin ikinci hissəsinə görə, həmin məhsulları istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunacaq. Yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası, bu maddə ilə bağlı artıq bir dəfə məhkum olunmuş şəxs tərəfindən törədildikdə isə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda internet niyə kəsildi?
Koronavirus pandemiyasından sonra dünyanı gözləyən yeni təhlükə
İstiqlal şairi Əhməd Cavad
Günün qoroskopu: pozitiv dəyişikliklər ərəfəsindəsiniz
Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Günün qoroskopu: bu gün heç bir işdə tələsməyin
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
Ezgi Mola gələcək yoldaşından danışdı
WhatsApp-dan daha bir yenilik
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (2)
Dilqəmdən daha bir mərdlik
Üzü olmayan gənc əməliyyatdan sonra _FOTO
"Şoko" çubuqları (foto resept)
Krediti olanların nəzərinə!
Dünyanın ən yüksək yaşayış məskəni-FOTO
Uşaq geyimləri
Qurban bayramı cəbhə bölgəsində qeyd olunur
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Kəsmikli-ananaslı piroq (foto resept)
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Dağlar qoynunda unikal tryuk
İspaniya "Facebook"u cərimələdi
Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir
Arısız da bal olur
Kıvançın istirahəti ZƏLZƏLƏyə görə yarım qaldı
Klaç çanta modelləri
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
Soba olladiləri (foto resept)
Bu Gün Leyla Əliyevanın ad günüdür!
Adobe photoshop (Dərs 14)
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Dərini fəsil dəyişikliyindən necə qorumalı?
Ən çılğın selfilər - FOTO
42 dərəcə isti olacaq - HAVA PROQNOZU
Vişnəli piroq(foto resept)
Dəbli geyimlər
Neymar məşhur türk filmi haqqında yazdı: ”Uşaq kimi ağladım” - FOTO
Ozan Güvən “Babil”dən ayrıldı
Vahiməyə salan təbiət
2019-cu ilin tək daş üzük trendləri
Sən yalnızlıq nədir bilirsənmi?
Qara duzun xeyri və zərəri
DİQQƏT! Satışda saxta qızıllar var
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Michael Korsun 2017 qış kolleksiyası
Prezident əsgərlərə hədik payladı
Şişkinliyi azaldan qidalar
"Dünya bikini gözəli" Darya seçildi - FOTO
Koronavirusdan necə qazanırlar?














