Sintetika mürəkkəb açıq sistemlərin özünütəşkili haqqında elmdir. Sinergeia-yunanca birgə hərəkət deməkdir. Sinerqetika tarazlıqdan uzaq olan mürəkkəb açıq sistemlərin strukturlarının əmələ gəlməsi, özünütəşkili, dayanıqlığı və nəhayət, məhvini öyrənir. Mürəkkəb özünütəşkil sistemlərin xaosdan nizama və tərsinə, nizamdan xaosa keçid - təkamül qanunları (əsasən stoxastik səciyyə daşıyan qanunlar) sosial elmlərə bir ideya verə bilərmi? Təbiət elmlərinə aid qanunların sosial elmlərə tətbiqi gözəl iş sayılmır, bu yolda ifrata varanlar olub, Sosial həyatla fiziki həyatı və ya sosial həyatla bioloji həyatı az qala eyniləşdirmək cəhdləri olub. Lakin, hazırda söhbət tətbiqdən deyil, anlayış və ideyalardan, o cümlədən dildən gedir.
Cəmiyyətdəki, ictimai şüurdakı səbəb-nəticə aslılıqları, onların mənşəi və təkamülünü, çoxssenarili hadisələr gedişini hansı şəkildəsə izləmək mümkündümü? Sinergetika çağdaş tarixçilərin qəbul etmədiyi ictimai qanunlar və determinizim əvəzinə stoxastik determenizim mümkünlüyünü müzakirəyə çıxarmağa cürət göstərsə, bu müzkirəyə təkan versə, nə etməli? Hər halda tarixin bütün döngələrində, kəskin dəyişmələr dövründə hadisələrin axarı təkistiqamətli olmayıb, adətən bir neçə yol, bir neçə inkişaf istiqaməti olub. Bu müxtəlif yolların baş tutma ehtimalları fərqli olub. Təsadüflərdə rol oynayıb. Bəs son nəticə nədən asılıdır? Bəlkə, nə mənadasa, ən dayanıqlı olan hal gerçəkləşir?!. Böhran zamanı sistemin içində mövcud olan və ya “yaşayan”altsistemlər titrəmədə olur, “bərk həyacanlanır”, “ müvazinətini itirməyə başlayır”, orta vəziyyətdən kənara çıxa bilir. Bu halda, sistemdə “fluktuasiya baş verir” deyirlər; fluctuadion- latınca titrəmə deməkdir. Titrəmələr, yəni fluktasiyalar birləşib həddini aşanda, yəni tarazlıq ciddi sürətdə pozulanda “sistem bifurkasiya( bifurcation-latınca haçalanma, aralanma) vəziyyətinə düşdü” deyirlər. Bu dövrdə, yəni bərk titrəmədə ikən sistem müxtəlif alternativ dəyişmə qüvvələrinə nəzərən dayanıqlı olmur, bir nöqtənin (adamın! Kiçik qrupun) ciddi hərəkəti hadisələrə yeni cığır aça bilir, hətta sistem tam tam dağıla bilir. “Sosial hadisələrə və hətta tarixlə istər-istəməz bənzərlik ortaya çıxır” Bu, Leibnisin “təbiət heç vaxt sıçrayışlarla hərəkət etmir” fikrini və bu fikrin sonrakı müdafiəçilərini də təkzib edən kimidir. Beləliklə, tarazlıqdan çıxmış sosial sistemdə, məsələn inqilab dövründə, bir kiçik qrupun, hətta tək bir liderin ( Lenin, Atatürk ...)iradəsi hadisələrin məcarasını müəyyən edə bilir. Sosial sistemlərin açıq və mürəkkəb olduğu aydındır. Tarixə baxdıqda, şəxsin iradəsi ilə bağlı bir ideyanın parlaması və o istiqamətdə atılan güclü addımlar nəticəsində mümkün ola bilən ehtimalların arasından biri, sanki təsadüfi olan biri, ortaya çıxır və sanki ortadakı enerjini özünə çəkir və həyata keçir, gerçəkliyə çevrilir. Kiçik dəyişmənin böyük effekt yarada bilməsi kompleks sistemin qeyri-xətti təkamülündən xəbər verir. Beləlikdə, titrəmə sistemlərində hadisələrin müxtəlif istiqamətdə hərəkətlənməsi imkanı yaranır və sanki “qanunauyğunluqlar küllisi” adlandırıla biləcək bu alternativ istiqamətlər az və ya çox ehtimallı olur. Mürəkkəb müxanizmlərin sadə münasibətlər silsiləsi ilə yarana biləcəyi faktı da maraqlıdır. Bütün bunlarla yanaşı, yuxarıda deyildiyi kimi, təbiət elmlərinə xas olan üsulları sosial elmlərə birbaşa, mexaniki surətdə tətbiq etmək çox vaxt yaxşı nəticə vermir və əsaslı tənqidlərə məruz qalır. Burada, yəqin ki, ən düzgün olanı bənzərlikdən (bu halda, qeyri-xətti mürəkkəb fiziki-kimyəvi-bioloji sistemlərlə bənzərlikdən) yarana bilən ideya varsa, onun sosial sistemlərə nə verə biləcəyini araşdırmaqdır.

Mürəkkəb sistemlərdən danışarkən Epikurusu yada salmaq yerinə düşərdi (biz adları orijinal dildə olduğu kimi yazmağa meylliyik). Elmi metodun kəşfini və ya əsasən Francis Becon sində, (1561-1626) və onun arxasında Rene Descurtesə aid edirlər. Lakin, hal-hazırda İslamın Qızıl Çağında yaşamış böyük çoxbilgin (fizik, astronom, riyaziyyatçı, filosof, ...) İbn əl Haytam (965-1039) çağdaş elmi metodun atası hesab edilir; Avropada onu latınlaşdırılmış Alhazen adı ilə tanıyırdılar. O, elmi kəşflərdə müşahidə, təcrübə və rasional mülahizələrin rolunu göstərmiş, özünün məşhur “ Kitab əl-Mənazir” ( Optika kitabı) əsəri ilə, təcrübə riyazı üsulları birgə tətbiq etməklə çağdaş optikanın əsasını qoymuşdur. Lakin, ümumiyyətlə elmi metoddan söhbət açarkən çox-çox əvvəl yaşamış Epikurusu unutmaq olmaz; o, müşahidə edilməmiş və məntiqi yolla sübuta yetirilməmiş heç nəyə inanmayın, - deyirdi. Atomçu kimi Demokritosun tərəfdarı olan Epikurusa görə atomların hərəkətində polan yoxdur, atomların hərəkəti düzxətli olmaya bilər ( Demokritos bu hərəkəti düzxətli hesab edirdi). Deməli, hər cür, hər istiqamətdə dəyişən mikrodünya və yəqin ki, ümumiyyətlə, dünya təsadüflərlə idarə olunur, determinizim yoxdur, azadiradə əsasdır.
XƏBƏR LENTİ
Dünya BÖYÜK TƏHLÜKƏNİN astanasında: 20 il ərzində...
Ekzoplanet aşkarlandı-FOTO
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
Moskvada Qarabağ problemi müzakirə edildi
Bakı-2015: Bu sevgi türkləri heyran etdi
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Türkiyədə korrupsiya ilə bağlı saxlanılanlardan 9 nəfər məhkəməyə çıxarıldı
Həkim koronavirus xəstəsini qucağında apardı - FOTO
Hindistanda güclü zəlzələ
Məşhurların uğursuz plastik əməliyyatları
Dünyanın ən qəribə masajı
Yunanıstanı iqtisadi böhranın ardınca təbii fəlakət vurdu
Ölü qadın sağlam uşaq dünyaya gətirdi
Dünyanın ən maraqlı 3 yeraltı şəhəri
Mükəmməl münasibətin 5 qaydası
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
Qadınlarda hormon pozğunluğu əlamətləri
Boşanmaların sayı çoxalıb - RƏQƏMLƏR
Banalı dondurma (foto resept)
Kala gülünə qulluq
İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
Gəncədə 5 zavod tikiləcək
Ruhani dünyanı yenə təəccübləndirdi
Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik"
Kişiləri evlilikdən uzaqlaşdıran səbəblər
Saç dəbi: Qırmızı ombre
Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı başlayıb
Gəncədə "Gənclər evi"nin açılışı olub
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Mətbəx mebelləri
Evlilikdə seçim və münasibətlər
Ailə quran kimsəsiz gənclərə müjdə
2012-nin hicablı gəlinlikləri
Facebook ala bilmədi, rəqib oldu
Kapello: ""Real Madrid" Çempionlar Liqasının qalibi olacaq"
Azərbaycan ailəsində kimlərin hüquqları daha çox pozulur?
Günün qoroskopu: ləyaqətsiz insanlarla əlaqə qurmayın
Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi
Peyğəmbərimizin tövsiyə etdiyi şəfalı qidalar
Aktyorların sevmədikləri filmlər
Gündəlik normal qidalanma
Plastik qablar sağlamlığınıza zərərlidir
Uşaqlar üçün bədii film çəkilir
“Facebook” istifadəçilərə pul verəcək
Putin: “Azərbaycan beynəlxalq hüquq baxımından öz torpaqlarını qaytarır”
Noxudun faydaları
Xına ustası peçenye bişirərsə
Çin hökuməti çətin dövrlərə hazırlaşır















- ŞƏRHLƏR