
Ləl-cəvahirat qədimdən bəri bəzək əşyası olmaqla yanaşı, həm də ən yaxşı yatırımlardan biri hesab olunub. Məhz bununla əlaqədardır ki, artıq bir çox şirkətlər öz aktivlərini qızıl üzərinə yatırır, buradan xeyli gəlir əldə edirlər. Lakin son illərdə istehlak məqsədilə satılan qızıllarla bağlı xoşagəlməz hallar da yaşanır. Belə ki, mütəmadi olaraq aparılan reydlər zamanı bəzi hallarda üzərində əyar damğası vurulmayan, ya da üzərindəki damğa dəyişdirilərək daha yüksək göstərilən məhsullara təsadüf olunur. Bu, birbaşa olaraq istehlakçıların aldadılması halıdır ki, satıcı buna görə məsuliyyət daşıyır. Xatırladaq ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən cari ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlara əsaslanan rəsmi müraciətlərə əsasən, "Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə yoxlama aparılıb. Keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 ədəd zərgərlik məmulatı aşkar edilib. Bu isə hələ də istehlakçıların hüquqlarının pozulması hallarının davam etdiyini göstərir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bunun bir neçə səbəbi var: "Qanunvericiliyə əsasən, qızılların üzərinə əyar damğalarının vurulması məcburi xarakter daşıyır. Əks halda onların satışı həyata keçirilə bilməz. O baxımdan, sözsüz ki, qızıl bazarında üzərində əyar damğası olmayan məhsul satılırsa, bu, qanunvericiliyə ziddir, qanun pozuntusudur. Bu gün bazarda üzərində əyar damğası olmayan qızılların satılmasına bir neçə səbəb var. Birinci səbəb odur ki, bazarda saxta qızıllar var. Onlar adətən əyarı olmayan və ya düzgün göstərilməyən qızıllardır. Digər səbəb qızılların bir qisminin ölkə daxilində əl yolu ilə, bir sıra rəsmi olmayan sexlərdə hazırlanmasıdır. Adətən sexlərdə hazırlanan qızıllara əyarlar vurulmur. Üçüncüsü, onunla bağlıdır ki, əyarların olmaması bəzən satıcıların özlərinə sərf edir. O cəhətdən ki, qızılın üzərində əyar olmayanda satıcı onu müştəriyə daha çox əyyarlı qızılın dəyərində təqdim edir. Nəticədə onu aldadır, istehlakçı hüquqlarını pozur".
Vüqar Bayramov qızıl satılan dükanlarda istehlakçılar üçün xüsusi xidmət məntəqələrinin yaradılmasının təklif edir: "Problemin həll edilməsi üçün ilk öncə nəzarətin gücləndirilməsi vacibdir. Qanunvericilik əyarsız qızıl satışını qadağan edir. Buna rəğmən, həyata keçirilirsə, demək ki, daha güclü nəzarətə ehtiyac var. Qızıl satışı ilə məşğul olan xüsusi marketlərdə, mağazalarda istehlakçılarla birbaşa işləyə biləcək xidmət məntəqələrinin qurulmasına ehtiyac var. Belə məntəqələr olarsa, istehlakçı problem yaşanarsa, həmin məntəqəyə müraciət edər, məsələ yerində həll olunar". İqtisadçının sözlərinə görə, eyni zamanda əyarsız qızılın, saxta qızılın satılmasıyla bağlı qanunvericilikdə cəzalar artırılmalıdır. Cəzalar artırılarsa vətəndaşları aldatma iddiası, cəhdləri aradan qalxar.
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı isə bildirir ki, belə problemlərin ortaya gəlmə səbəbi daha çox idxal olunan qızılın tərkibi ilə bağlı olur: "Belə problemlərin ortaya gəlmə səbəbi daha çox idxal olunan qızılın tərkibi ilə bağlı olur. Bu problemin qarşısını almaq üçün ölkəyə qeyri-qanuni yollarla idxal olunan məhsulları nəzarəti gücləndirmək lazımdır. Eyni zamanda həmin ləl-cəvahirat, qızıl emalı ilə məşğul olan müəssisələr üzərində nəzarəti gücləndirmək lazımdır. Əgər belə olarsa, şühhəsiz ki, bu problemləri minimumlaşdırmaq olar. Bu sahə elə bir sahədir ki, sadəcə olaraq, ölkənin strateji məqsədlərinə daha çox xidmət edir. Ona görə ki, ölkənin strateji valyuta ehtiyyatlarının, o cümlədə Dövlət Neft Fondunun da aktivlərinin müəyyən bir qismiqızıl kimi saxlanılır. Bu baxımdan xüsusi tərkibli və keyfiyyətli, bazarda satış üçün münasib olan qızılın tərkibinə diqqət yetirmək lazımdır".
XƏBƏR LENTİ
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Merayyya Keri 14 kq arıqladı-FOTO
Zarafatlar bizi cəhənnəmlik edə bilər
Can Yamandan ağlasığmaz addım
"Ufak Tefek Cinayetler" finala çıxır
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ
Almaniyanın bu şəhərində cəmi 1 avroya illik ev kirayələmək mümkündür
Boşanma zamanı uşaq hansı hallarda atanın himayəsinə verilir?
Azərbaycan müharibə anonsu verdi
Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
“Dovşan”ı 154 milyona satdı - FOTO
Hipnoz altında beyin əməliyyatı etdilər-FOTO
Bilməkdə fayda var...
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildilər
Qırmızı rəng qəlbi qoruyur
Kahının faydaları
"Snikers" dondurması (foto-resept)
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
"iPhone 5" köhnəlmiş qurğular siyahısında
Qızılın qiyməti ucuzlaşdı
Həyatı yoldaşı seçərkən...
Türkiyəyə səyahətim
Dəri ləkələrini aradan qaldıran üsul
Əfqanıstanda partlayış: 11 ölü
Sibel Can cavabı ilə təəccübləndirdi-FOTO
Yay aylarında sərinləşdirici içkilərin faydası
"WhatsApp" pul mükafatı paylayacaq
Bunları edərək özünüzü bədbəxt etməyin!
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Metabolizmanı 15 günə sürətləndirmək üçün tövsiyələr
"Azərenerji"də böyük ixtisarlar başladı?
Səhnə gözəli fermerliklə məşğuldur
69 uşaq doğan qadın kimdir? - İNANILMAZ REKORD
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Bakı metrosunda yenə problem: bu "mərəz"ə nə vaxt son qoyulacaq?
Ev şəraitində saçlara qulluq
Yuxu yozmaları - N
Bu gecə göydən ulduz yağacaq
Dünyanın ən uzun insanı öldü
Həbsdən çıxıb həyatın zindanına düşməmək üçün nə etməli?
Birinci Xanımın nəcib hərəkəti
Ruhun ayaq izinə rastladılar-FOTO
Yatmazdan əvvəl üz, dəri və saç qulluğu
Çörəkotunu tanıyaq
Azərbaycanda tibbi kadr çatışmazlığı var?
Dekabrda dünyanın yarısı 3 gün qaranlığa qərq olacaq?
HAVA necə olacaq? 21-yanvar















- ŞƏRHLƏR