
İnsanın səhvini üzünə demək və deyərkən harada, necə, onun hansı əhvalda olmasını nəzərə almamaq əksər vaxt müsbət nəticədən çox mənfi nəticə verir. Belə olan halda tənqidi dilinə gətirən insan da düşmən tərəf olmuş olur. Düzgün tənqid edilmədiyi halda sözləriniz qarşıdakı insanın xətrinə dəyə, qəlbini qıra, onun yanında qiymətdən düşməyə səbəb ola bilər. Dediyimiz tənqidin qarşıdakı insana nə dərəcədə faydalı olub-olmamasına diqqət yetirmək sonradan baş verə biləcək anlaşılmazlığın da qarşısını ala bilər.
Psixoloqlar bu fikirdədir ki, insanlara tənqid elə də xoş təsir bağışlamır. Hər nə qədər tənqidlərə qarşı açıq olduqlarını dilə gətirsələr də, hər insan tənqidin məzmunundan çox kimin onu tənqid etdiyinə fikir verir. Tənqid edəni özündən aşağı pillədə gördükdə isə tənqid mahiyyətini dəyişir. Belə olan halda deyilən sözlər insanın yaxşılığını istəməkdən çox onun qüsurlarını üzə vurmaq kimi qiymətləndirilir. Bu isə iki insan arasında olan münasibətin zədələnməsinə səbəb olur.
Psixoloq Emil Behrudinin sözlərinə görə, qarşıdakı insanın tənqidlərdən inciməməsi, tənqidi sağlam bir şəkildə həzm etməsi, başa düşməsi üçün diqqətli olmaq lazımdır. Diqqət isə əksər insanlarda, ümumiyyətlə, olmayan bir keyfiyyətdir. Birinci şərt isə tənqidin gizli formada deyilməsidir. Aşkar, hər kəsin yanında insanı tənqid etmək onun utanmasına və sizə qarşı düşmən mövqeyinə keçməsinə səbəb olacaq ki, bu da münasibətin korlanmasına gətirib çıxaracaq: "Tənqid etməkdə məqsədimiz nədir. Birinci bunu aydınlaşdırmaq lazımdır. Biz həqiqətən də tənqid etdiyimiz insanın yaxşılığınımı istəyirik, yoxsa, sadəcə, onu danlayırıq? Yaxşılığını istəyiriksə, tənqidimiz qətiyyən başqa insanların əhatəsində dilə gəlməməlidir. Təklikdə, ikilikdə olarkən tənqid etmək, irad bildirmək daha yaxşıdır. İkincisi, edilən tənqid zamanı diqqətli olmaq lazımdır. Axı, biz insanı deyil, onun etdiyi hər hansı bir işi tənqid edirik. Qarşıdakı insan anlamalıdır ki, heç də o, pis və bacarıqsız adam deyil. Sadəcə, bu dəfə səhv etdiyini gələn dəfə düzəldə bilər. Tənqidi qısa etmək onun daha işə yarar olmasına səbəb olar. Qısaca fikrinizi bildirin. Uzun-uzun izah etmək, təkrar-təkrar yada salmaq tənqidin kəsərini, təsir etmə qüvvəsini azaldır. Tənqidi etdiyiniz zaman alternative bir variant da göstərin. Bu hərəkəti etmən düzgün olmadı demək heç bir işə yaramayacaq, çünki başqa çıxış yolu vermirsiniz. Lakin ikinci bir yol göstərdikdə qarşı tərəf artıq deyilənləri tənqiddən çox məsləhət kimi qəbul edəcək".
Edilən hər hansı bir tənqid şəxsi mənfəətin qorunması məqsədi daşımamalıdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. İfadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə şansı daha çox olur. Çox mükəmməl insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməl insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.
Psixoloq bildirir ki, tənqidlə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və yaxud daha da hiddətlənməsinə səbəb olmaq mümkündür. Davamlı tənqid edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik hissi baş qaldıra bilər. Davranışlarımız və mövzuya yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirmək ən vacibidir. Tənqid yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq. Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm də görüşlərimizi qəbul etməməsinə səbəb ola bilərik: "Tənqid edərkən aqressiyanı cilovlamaq çox vacibdir. Tənqidlə qarşıdakı insanın dəyişib-dəyişməyəcəyinin sizə aidiyyatı olmayacağını hiss etdirə bilmək lazımdır. Tənqiddən əvvəl dialoq da önəmlidir. Qarşıdakının da fikrini öyrənin. Ola bilsin ki, elə məqamlar var heç siz onları bilmirsiniz. Bunları araşdırın, bəlkə tənqid ediləsi heç nə yoxdur. İstənilən halda deyiləcək sözlərin hansı təsir yarada biləcəyini əvvəlcədən proqnozlaşdırmaq daha yaxşı olar. Tənqid hökmən sərt, acılayıcı bir formada deyilməməlidir. Bəzən mülayim, xoş söhbətlə bildirilən iradlar da müsbət nəticə verə bilər".
Komanda kimi işləyənlər öz yoldaşlarını tənqid etməkdən qaçmalıdır. Tənqid edən şəxs başqalarının tənqidə başlamasına şərait yaradar, dedi-qodu və qeybətin artmasına səbəb olar. Bununla da birlikdə çalışma ruhu zədələnər. İnsanlar davamlı bir-birlərinin səhvlərini görməyə başlayar. Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qaraciyəri yeniləyən qidalar
Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub - RƏSMİ
İşsizlərə ŞAD XƏBƏR
Marcello Barenghinin əl işləri
Xəzər titrədi
Xəyallarımızdakı evlər-2
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Emma Stoun ərə getdi?-FOTO
Türkiyədə məktəb və bağçalarda tətil elan edildi
Qabyuyana qoymamalı olduğunuz qablar
2018-ci ilin trend rəngi: Qırmızı
Vafli (foto resept)
Dəbdə olan kəmərlər
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
Bilərziklər
"Yasak elma"nın yeni mövsüm çarxı- Video
Bir-biriylə ən yaxşı razılaşan bürclər
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Texnologiyanın səbəb olduğu dəri problemləri
Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verildi
60 yaşından sonra məktəbə gedən 8 qadın
Ağlın tərifi nədir?
Ən populyar dil seçildi
Noyabr üçün hava proqnozu
Sabahın HAVAsı
Bir ilə 90 kq arıqladı-FOTO
Tərəvəzli qovurma (foto-resept)
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Tanınmış isveçrəli jurnalist Andre Vidmerin qələmə aldığı "Unudulmuş münaqişə" kitabı oxucuya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri çatdırır
HAVA necə olacaq?
Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
Gəncənin tarixi irsi olan Hüseyniyyə mədrəsəsi...
Hiperaktiv uşaqla necə davranmalı?
8 May Şuşanın işğalı günüdür!
Payız - Öyrəncəlik, Ayrıcalıq
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Gicitikan salatı (foto resept)
Fransada içki qadağan olundu
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Azərbaycanın şimal sərhədlərində koronavirusa ilk yoluxma qeydə alındı
Gökhan Tepedən xoş paylaşım-FOTO
Sezonun trendi: Albalı
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Badımcan ləvəngisi(foto-resept)
Baş nazir mafiyaya meydan oxudu
Xına ustası peçenye bişirərsə















- ŞƏRHLƏR