Eyni başlıq, fərqli əhval...
Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm...
Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat. ![]()
Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında. Çünki içimdəki hiss elədiyimlə zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi...
Hərdən də fikirləşirəm ki, insan istəməsə, məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necə məharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç. ![]()
Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm.
Məzuniyyətə çıxdığım (doğrudan axı mən bu il heç bir işə yaramayan 32 günlük məzuniyyətə çıxmışdım avqustun 1-dən) gündən etibarən keçən il aldığım 2000-lik puzzle yığmağa başladım. Birinci dəfə üçün elə də asan olmadı. 1 aya yarısını yığmağı bacardım və yarımçılıq şəkildə otağın müəyyən bir qismində narahatçılıq verməklə məşğuldu. Göz dağı. ![]()
Payız depressiyasından qaçmaq üçün 3-4 "yağlı" kitab oxudum. Qalın-qalın... Gördüm xeyir eləmir. Nə dedektivi fikrimi qarışdıra bildi, nə romantiki ürəyimi açdı, əksinə sevgi söhbətləri ürəyimi ağrıtdı, nə də ki ailə-məişət mövzuları. Öz dərdim, öz itkim yadıma düşdü. Kitabı qurtarıb örtən kimi özüm öz günümə ağladım hönkür-hönkür.. Özü də işdə.
Keçdim digər fəaliyyətə. Musiqiçi ruhum oyandı bu dəfə də. Aldım əlimə sazı. Yox, yox zarafat edirəm, saz mənlik deyil, o işə Telli baxır. :D Pianomu açmadım, başqa alət... Qitara. Açdım interneti və özüm öyrənməyə başladım 3 gün - 5 gün. Dırnaqlarımı belə qısaltdım öyrənmək üçün.
İndi də Teomanın İstanbulda son bahar mahnısının akkordlarını öyrənirəm. Hələ ki, yarımçıq qoymamışam, bir şey alınsa, burda yəqin ki, geniş auditoriyanın (özümü təskin) diqqətinə çatdıraram, bacımla Beatles-in "Yesterday" mahnısını ifa elədiyimiz performans kimi bir performans göstərərik yenə. ![]()
Amma bu da bəs eləmədi. Yenə də məni payızın qəmindən bircə addım ayırdığını hiss elədim. Yenə açdım interneti. Uşaqlıqdan içimdə qalan rəssamlıq ruhumu oyatdım bu dəfə də.
Əgər qitara öyrənmək yavaş-yavaş alınırsa, bu niyə alınmasın. Bir şeylər alındı. İnanmırsız? Baxın. ![]()
Birinci bu qəşəng pandanı çəkdim. ![]()
Sonra danbo qədər də olmasa, sevdiyim teddini.
Sonra özümü çəkdim, pitaçoku. ![]()
3-cü şəkli işdə qaralayıb evdə çeburaşkayla krokodil Genaya keçdim.
Çuppalina da neçə gündü dilimizdədi onsuz da.
Axırda da risk eləyib bir az öz etapları olan nisbətən çətin şəklə keçdim.
Sonra belə qərara gəldim ki, tələb olunan bütün növ karandaşları alıb bu işin özünü öyrənim. Həvəsə gəldim. :) Hələ ki, yarımçıq qoymamışam. Amma...
...Amma görürəm ki, heç nə, heç bir fəaliyyət məni, ürəyimi qarşıdan gələn ağır günün ağırlığından qurtarmayacaq. Payız bəhanədir. Mənsə SƏBƏB... Onsuz da səbəbəm, vəsiləyəm hər əməlimlə nələrəsə...
Son olaraq, üçüncü eləmək istəyib eləmədiyim, hər cür imkanın olduğu, amma icazənin olmadığı xaricə getmək istəyi. Bəlkə də, üç gün özümün seçdiyim şəhərlərin birində səhərdən axşama qədər əlim cibimdə, nənəmin şərfi boğazımda o baş-bu başa gəzsəm, düzələrəm. Bunu heç başlamayacağam da ki, yarımçıq qoyum. Ehhh...
Payız epopeyasının başlanğıcıdı bu hələ... Ümumi götürəndə isə yazımın sonu...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
TRT Türk telekanalında Azərbaycanın müasir memarlığına dair proqram nümayiş etdiriləcək
"Facebook" yalana qarşı mübarizəyə başlayır
Əkiz hamiləliyində həyat tərzi
Planetin ən yaşlı sakini 118 yaşını qeyd edir
Bakıya duman gəlir
Nadir şəkillər
Messi Ronaldu üçün darıxır
Anasının məzarına kamera qoydu və şok oldu
Son model bilərziklər
Qarın yağlarını əridən 4 ərzaq
Qanımızı halal etdiyimiz yeganə qaniçən
İnanılmaz parça: qışda isti, yayda sərin
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycanda sürücülərə vaxt qoyuldu, qiymətlər açıqlandı
Sünnət mərasimi necə olmalıdır?
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim"
Sağlamlığa ziyan vuran mətbəx vərdişləri
Azərbaycanda yeni şəhər
Hər kəs bu itdən danışır-SƏBƏB/FOTO
Oruc immun sistemini gücləndirir
"Ermənilərə boyun əymərik"
Tibb işçiləri koronavirus testindən keçirilir? - AÇIQLAMA
Limonlu keks (foto resept)
Qadağan edilməsinə baxmayaraq, polietilen torbalar hələ də satışdadır - VİDEO
ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"
Ərdoğan ona yazılan şeirlərə əsəbiləşdi - Kitabı satışdan çıxardı
Sosial şəbəkədə yaranan və yaşanan sevgilər
Putinin səhhəti yenə gündəmə gəldi
Qadın.netlilərin ləhcəsi (2)
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Mühəndislər "ağıllı" qaşıq yaratdılar
İnsultdan əziyyət çəkənlərə şad xəbər
"Şirin" üzüklər
Dəhşətli İSTİLƏR GƏLİR
Bütün bağlı yollar açılır
Manana qızı ilə mahnı ifa etdi-VİDEO
Geyim kombinasiyaları
Demet Şener ərə gedir-FOTO
Çağla Şikel şərhi sərt cavabladı-FOTO
"Tullantıdan incəsənətə" layihəsinin təqdimatı olub
Ətli göbələk ( foto-resept)
Üz testi-üzümüzə necə qulluq edirik?
Alen Delona "Qızıl palma budağı"ı təqdim olundu- FOTO
2013 gəlinlik modelləri
Qarğıdalı pəhrizi
Kəs və yapışdır-31
Sabah da yağış yağacaq
Kemal Sunalın əsl ölüm səbəbi açıqlandı!
Uşaq ensiklopediyası(2)
Suriyada yeni hökumət elan edildi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]