Qadin.NET / Payız - Öyrəncəlik, Ayrıcalıq

Payız - Öyrəncəlik, Ayrıcalıq

Eyni başlıq, fərqli əhval...

Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm...

Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat. biggrin

Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında. Çünki içimdəki hiss elədiyimlə zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi...

Hərdən də fikirləşirəm ki, insan istəməsə, məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necə məharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç.  smile

Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm.

Məzuniyyətə çıxdığım (doğrudan axı mən bu il heç bir işə yaramayan 32 günlük məzuniyyətə çıxmışdım avqustun 1-dən) gündən etibarən keçən il aldığım 2000-lik puzzle yığmağa başladım. Birinci dəfə üçün elə də asan olmadı. 1 aya yarısını yığmağı bacardım və yarımçılıq şəkildə otağın müəyyən bir qismində narahatçılıq verməklə məşğuldu. Göz dağı. smile

Payız depressiyasından qaçmaq üçün 3-4 "yağlı" kitab oxudum. Qalın-qalın... Gördüm xeyir eləmir. Nə dedektivi fikrimi qarışdıra bildi, nə romantiki ürəyimi açdı, əksinə sevgi söhbətləri ürəyimi ağrıtdı, nə də ki ailə-məişət mövzuları. Öz dərdim, öz itkim yadıma düşdü. Kitabı qurtarıb örtən kimi özüm öz günümə ağladım hönkür-hönkür.. Özü də işdə.

Keçdim digər fəaliyyətə. Musiqiçi ruhum oyandı bu dəfə də. Aldım əlimə sazı. Yox, yox zarafat edirəm, saz mənlik deyil, o işə Telli baxır. :D Pianomu açmadım, başqa alət... Qitara. Açdım interneti və özüm öyrənməyə başladım 3 gün - 5 gün. Dırnaqlarımı belə qısaltdım öyrənmək üçün. smile  İndi də Teomanın İstanbulda son bahar mahnısının akkordlarını öyrənirəm. Hələ ki, yarımçıq qoymamışam, bir şey alınsa, burda yəqin ki, geniş auditoriyanın (özümü təskin) diqqətinə çatdıraram, bacımla Beatles-in "Yesterday" mahnısını ifa elədiyimiz performans kimi bir performans göstərərik yenə. smile

Amma bu da bəs eləmədi. Yenə də məni payızın qəmindən bircə addım ayırdığını hiss elədim. Yenə açdım interneti. Uşaqlıqdan içimdə qalan rəssamlıq ruhumu oyatdım bu dəfə də.  smile  Əgər qitara öyrənmək yavaş-yavaş alınırsa, bu niyə alınmasın. Bir şeylər alındı. İnanmırsız? Baxın. wink

Payız - Öyrəncəlik, Ayrıcalıq

Birinci bu qəşəng pandanı çəkdim. smile

Payız - Öyrəncəlik, Ayrıcalıq

Sonra danbo qədər də olmasa, sevdiyim teddini.

Payız - Öyrəncəlik, Ayrıcalıq

Sonra özümü çəkdim, pitaçoku. biggrin

Payız - Öyrəncəlik, Ayrıcalıq

3-cü şəkli işdə qaralayıb evdə çeburaşkayla krokodil Genaya keçdim.

Payız - Öyrəncəlik, Ayrıcalıq

Çuppalina da neçə gündü dilimizdədi onsuz da.

Payız - Öyrəncəlik, Ayrıcalıq

Axırda da risk eləyib bir az öz etapları olan nisbətən çətin şəklə keçdim.

Sonra belə qərara gəldim ki, tələb olunan bütün növ karandaşları alıb bu işin özünü öyrənim. Həvəsə gəldim. :) Hələ ki, yarımçıq qoymamışam. Amma...

...Amma görürəm ki, heç nə, heç bir fəaliyyət məni, ürəyimi qarşıdan gələn ağır günün ağırlığından qurtarmayacaq. Payız bəhanədir. Mənsə SƏBƏB... Onsuz da səbəbəm, vəsiləyəm hər əməlimlə nələrəsə...

Son olaraq, üçüncü eləmək istəyib eləmədiyim, hər cür imkanın olduğu, amma icazənin olmadığı xaricə getmək istəyi. Bəlkə də, üç gün özümün seçdiyim şəhərlərin birində səhərdən axşama qədər əlim cibimdə, nənəmin şərfi boğazımda o baş-bu başa gəzsəm, düzələrəm. Bunu heç başlamayacağam da ki, yarımçıq qoyum. Ehhh...

Payız epopeyasının başlanğıcıdı bu hələ... Ümumi götürəndə isə yazımın sonu...

24 sentyabr 2015
GO BACK