Uzun zamandır yeni xəbərlər yazmırdım. Sentyabrın gəlişi ilə qərara gəldim ki, yenidən başlayım sizlərə maraqlı məlumatları ötürməyə, öz öyrəndiklərimlə, oxuduqlarımla sizləri də tanış etmək mənimçün böyük bir zövqdür. Təki oxuyub maariflənəsiniz ![]()
Məşhur yazıçılardan biri deyib ki, "Qadın elə bir varlıqdır ki, onun haqqındakı mövzu hər zaman yenidir." Həqiqətən də belədir. Qadın haqqında nə qədər danışsan da, mövzu uzandıqca uzanır. Mən özüm qadın cinsi nümayəndəsi olsam da, nə zaman bu haqda mövzu yazıb hazırlamaq istəsəm, baxıram ki, adicə sadə bir məsələ haqqında o qədər yazılar yazılıb ki, oxumaqla bitmir.
Həmin mövzulardan biri də, ən bəyəndiklərimdən olan "Qadınlıq qaydaları, ədaları" mövzusudur ki, hesab edirəm saytımızı ziyarət edən hər bir xanım bu qaydalardan, ədalardan xəbərdar olmalıdır, yaxud özünü bu istiqamətdə inkişaf etdirməlidir.
Qadın təbiətinə zəriflik, yumşaqlıq, incəlik xas olduğuna görə, o hərəkətlərini də təbii olaraq həmin təbiətə uyğunlaşdırmalıdır. Bəzi qadınlar var ki, həyat şəraiti onları dəyişir, yaşadıqları psixoloji zədələrdən, yaxud istəmədikləri itkilərdən sonra qadınlıq ədalarını unudurlar. Bəzən də müşahidə etmişəm ki, çox gözəl görünüşlü xanımlar var ki, əkscinslərin "qadın gücsüzdür", "əşi, qadındır da" ifadələrinə dözməyərək özlərini yanlış olaraq güclü olmağa məcbur edirlər. Nəticədə ortaya onların təbiətinə yad olan bir görünüş çıxır. Təbiilikdən uzaqlaşırlar. Bəs bunların qarşısını almaq üçün qadınlar nələri bilməlidirlər?
Nəyi etməməlisiniz?
1. Danışarkən öz əl-qol hərəkətinizə nəzarət etməli, kişilər kimi ani və kobud jestlərdən qaçmalısınız.
2. Yerişinizə diqqət etməli, geniş addımlar atmamalısınız.
3. Səs tempinizə qulaq asmalı, onun yüksək və kobud çıxmasını əngəlləməlisiniz. Danışarkən gəvələmək də lazım deyil, təbii, daxilinizdən gələn qadın səsi ilə danışın yetər.
4. Çox ucadan gülməyin, sevincinizi bayağı, qaba ifadə etməyin.
5. Qəzəb, acı, nifrət, inad kimi xüsusiyyətləri göstərən üz ifadəniz olmasın. Bu qadına yaraşmır.
6. Hər söhbətə, müzakirəyə girməyin. Ola bilər ki, həmin müzakirədə məsuliyyətsizlik, qəzəb, yüngül davranış olsun və xoş niyyət olmasın.
7. Burnunuzla oynamağı unudun. Bəzən xanımlar fərqində olmadan cəmiyyət içində burunlarına əl vururlar. Bu, bir qadın üçün gözəl görünmür.
8. Yad insanların içində nişanlınız və ya yoldaşınızla əl-qol hərəkətləri etməyin, başına sığal çəkməyin.
9. Başqalarının çiyninə əlinizlə şappıldatmaq vərdişiniz varsa, yox edin.
10. Yüksəkdən bağırmayın və fit çalmayın.
11. Lətifə dinləyərkən kişilər kimi şaqqanaq çəkib gülməyin.
12. Yemək yeyərkən səliqəyə diqqət edin. Pintilik etməyin və ağzınızı marçıldatmayın.
13. Nə isə içərkən başınız arxaya əyilməyək qədər için.
14. Oturuşunuza diqqət edin. Oturarkən ayaqlarınızı aralamayın və ayağı ayaq üstünə mindirməyin.
Qadın hər zaman nələrə diqqət etməlidir?
1. Əlləri;
2. Yerişi;
3. Səsi;
4. Gülüşü;
5. Xoruldamamaq və quruldamamaq;
6. Füsunkarlıq, xumarlıq;
7. Üz ifadəsi;
8. Söhbət ədası;
9. Tərbiyə, təhsil.

Xəbərdə yazılan qaydalardan özünüzdə əskiklik görürsünüzsə, onları inkişaf etdirin. Yox, əgər, başqa əlavə qaydalarınız varsa, bizimlə də bölüşməyi unutmayın. Hər zaman qadın kimi qalın. ![]()
XƏBƏR LENTİ
Bakıdakı telefon şirkətlərinin müştərilərə yeni pul tələsi
Maykl Cordan 200 kiloqramlıq balıq tutdu - FOTO
Bakı 2015: Azərbaycan 34-cü medalı qazandı
Ürküdücü yerlər-2
Nazirlik: qızılca ilə bağlı problem yoxdur
Hadisə bacısını məhkəməyə verdi
Qadağan olunmuş şəhər
Boksçumuzdan nokaut
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Bulvarda bunu qadağan etdilər
Boşanma ərəfəsində necə davranmalı?
Dreykin 979 min dollarlıq geyimi səs-küy yaratdı - FOTO
"Altılıq" Cenevrəyə toplaşır
2020-ci ilin sağlamlıq QOROSKOPU - Hansı bürcü nə gözləyir?
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Armudlu piroq(foto resept)
İŞİD təhlükəsi sürətlə böyüyür
Asimmetrik gəlinlik modelləri
Bayram çələngi düzəldək
Hər qadının qarderobunda olmalı ayaqqabılar
Neftin qiyməti 58 dolları keçdi
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə yola düşüb
Müdriklər demişlər (1-ci hissə)
Vivienin bürc illustrasiyaları
Qısa zamanda ziyafət makiyajı
Qırmızı bibər turşusu (foto-resept)
Nəvələri Heydər Əliyevin məzarında
Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir
Zabit Səmədov: “Döyüşümüz asan olmayacaq”
Qüsursuz qonaq otağı dekorasiyası üçün 4 addım
Uşaqların sevmədiyi oyuncaqlar
“Skype”da rus dilinə tərcümə funksiyası yaradıldı
Kəlbəcər rayonunun Zivel kəndi - VİDEO
Kəpəyə qarşı bitki mənşəli həll
Nyu Yorkda küçələrdən birinə Məhəmməd Əlinin adı verildi
Bədənimizin dili
"Mançester Siti" PSJ-nin təklifini rədd etdi
Bakıda daha bir dünyamiqyaslı yarış
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
Şvarseneger avtomobilini 2,5 milyon dollara satdı
Sellofanda tərəvəzli ət (foto resept)
“Instagram” da bu funksiyanı aktivləşdirdi
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
İstirahət gününün HAVAsı
TQDK sonuncu imtahanını keçirəcək
“Jek”lərin taleyi müzakirə olundu
Təhsil naziri Abşeron rayon və Sumqayıt şəhər sakinlərini videobağlantı vasitəsilə qəbul edib
Leyla Əliyeva və Arzu Əliyeva yoqa ilə bağlı seminarda - FOTO
Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO















- ŞƏRHLƏR