Qadin.NET / Sehrləyici qadınlıq

Sehrləyici qadınlıq

Sehrləyici qadınlıq

Uzun zamandır yeni xəbərlər yazmırdım. Sentyabrın gəlişi ilə qərara gəldim ki, yenidən başlayım sizlərə maraqlı məlumatları ötürməyə, öz öyrəndiklərimlə, oxuduqlarımla sizləri də tanış etmək mənimçün böyük bir zövqdür. Təki oxuyub maariflənəsiniz  laughing

Məşhur yazıçılardan biri deyib ki, "Qadın elə bir varlıqdır ki, onun haqqındakı mövzu hər zaman yenidir." Həqiqətən də belədir. Qadın haqqında nə qədər danışsan da, mövzu uzandıqca uzanır. Mən özüm qadın cinsi nümayəndəsi olsam da, nə zaman bu haqda mövzu yazıb hazırlamaq istəsəm, baxıram ki, adicə sadə bir məsələ haqqında o qədər yazılar yazılıb ki, oxumaqla bitmir. 

Həmin mövzulardan biri də, ən bəyəndiklərimdən olan "Qadınlıq qaydaları, ədaları" mövzusudur ki, hesab edirəm saytımızı ziyarət edən hər bir xanım bu qaydalardan, ədalardan xəbərdar olmalıdır, yaxud özünü bu istiqamətdə inkişaf etdirməlidir. 

Sehrləyici qadınlıq

Qadın təbiətinə zəriflik, yumşaqlıq, incəlik xas olduğuna görə, o hərəkətlərini də təbii olaraq həmin təbiətə uyğunlaşdırmalıdır. Bəzi qadınlar var ki, həyat şəraiti onları dəyişir, yaşadıqları psixoloji zədələrdən, yaxud istəmədikləri itkilərdən sonra qadınlıq ədalarını unudurlar. Bəzən də müşahidə etmişəm ki, çox gözəl görünüşlü xanımlar var ki, əkscinslərin "qadın gücsüzdür", "əşi, qadındır da" ifadələrinə dözməyərək özlərini yanlış olaraq güclü olmağa məcbur edirlər. Nəticədə ortaya onların təbiətinə yad olan bir görünüş çıxır. Təbiilikdən uzaqlaşırlar. Bəs bunların qarşısını almaq üçün qadınlar nələri bilməlidirlər? 

Sehrləyici qadınlıq

Nəyi etməməlisiniz?

1. Danışarkən öz əl-qol hərəkətinizə nəzarət etməli, kişilər kimi ani və kobud jestlərdən qaçmalısınız. 

2. Yerişinizə diqqət etməli, geniş addımlar atmamalısınız. 

3. Səs tempinizə qulaq asmalı, onun yüksək və kobud çıxmasını əngəlləməlisiniz. Danışarkən gəvələmək də lazım deyil, təbii, daxilinizdən gələn qadın səsi ilə danışın yetər.

4. Çox ucadan gülməyin, sevincinizi bayağı, qaba ifadə etməyin.

5. Qəzəb, acı, nifrət, inad kimi xüsusiyyətləri göstərən üz ifadəniz olmasın. Bu qadına yaraşmır. 

6. Hər söhbətə, müzakirəyə girməyin. Ola bilər ki, həmin müzakirədə məsuliyyətsizlik, qəzəb, yüngül davranış olsun və xoş niyyət olmasın. 

7. Burnunuzla oynamağı unudun. Bəzən xanımlar fərqində olmadan cəmiyyət içində burunlarına əl vururlar. Bu, bir qadın üçün gözəl görünmür. 

8. Yad insanların içində nişanlınız və ya yoldaşınızla əl-qol hərəkətləri etməyin, başına sığal çəkməyin. 

9. Başqalarının çiyninə əlinizlə şappıldatmaq vərdişiniz varsa, yox edin.

10. Yüksəkdən bağırmayın və fit çalmayın.

11. Lətifə dinləyərkən kişilər kimi şaqqanaq çəkib gülməyin.

12. Yemək yeyərkən səliqəyə diqqət edin. Pintilik etməyin və ağzınızı marçıldatmayın.

13. Nə isə içərkən başınız arxaya əyilməyək qədər için.

14. Oturuşunuza diqqət edin. Oturarkən ayaqlarınızı aralamayın və ayağı ayaq üstünə mindirməyin.

Sehrləyici qadınlıq

Qadın hər zaman nələrə diqqət etməlidir?

1. Əlləri;

2. Yerişi;

3. Səsi;

4. Gülüşü;

5. Xoruldamamaq və quruldamamaq;

6. Füsunkarlıq, xumarlıq;

7. Üz ifadəsi;

8. Söhbət ədası;

9. Tərbiyə, təhsil.

Xəbərdə yazılan qaydalardan özünüzdə əskiklik görürsünüzsə, onları inkişaf etdirin. Yox, əgər, başqa əlavə qaydalarınız varsa, bizimlə də bölüşməyi unutmayın. Hər zaman qadın kimi qalın.  love

22 fevral 2016
GO BACK