Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov 2014-cü ilin yekunları barədə danışıb. ANS PRESS-in "sportpress"ə istnadən məlumatına görə, məşhur idmançımız müsahibəsində ötən ili karyerası üçün müsbət qiymətləndirib.“2014-cü il karyeramda yaxşı və müəyyən mənada pis izlər qoydu. İl ərzində 3 görüş keçirdim. Hər üç görüşdə qələbə qazandım. İl ərzində daha çox görüş keçirə bilərdim. Təkliflər olsa da zədəm buna imkan vermədi. Bir müddət zədəli olduğum üçün özümü qorumağa məcbur oldum. Bununla belə 2014-cü ili karyeram üçün müsbət qiymətləndirirəm. Ümid edirəm 2015-cü il daha uğurlu olacaq”, - deyə o bildirib.
2014-cü ildə keçirdiyi görüşləri yada salan Səmədov hər birinə yaxşı hazırlaşdığını bildirdi: “Əvvəlcə Qroznıda alman Stefan Lekoya qarşı mübarizə apardım. Ardınca isə Dubay və Tokioda çətin görüşlərim oldu. Dubaydakı turnirdən əvvəl zədə alsamda sona qədər döyüşdüm. Zədə istədiyim döyüşü göstərməyə imkan verməsə də rəqibə qələbə qazanmağa imkan vermədim. Yaponiyadakı görüşlə bağlı uzun müddət təkliflər var idi. Sadəcə dekabrdakı görüşə razılıq verdim”.
2015-cü ildə Zabit Səmədovun ilk sınağı Türkiyədə olacaq. Fevralın 28-də Səmədov türk idmançısı Mert Akinə qarşı mübarizə aparacaq. Təmsilçimiz rəqibi belə xarakterizə etdi: “Türkiyədə yerli idmançıya qarşı mübarizə aparmaq asan deyil. Doğma azarkeşlər hər zaman yerli idmançını dəstəkləyir. Digər maraqlı məqam bizim çəkilərimizdə olan fərqdir. Mert Akin gənc idmançıdır, özü də 120 kq-dır. Mənim çəkim isə 93 kq-a yaxındır. Hazırda bərpa məşqlərindəyəm. Təxminən 1 həftə sonra döyüşə hazırlığa başlayacam”.
2015-ci ildəki döyüşləri barədə hələlik danışmayan Zabit Səmədov gələcəkdə Azərbaycanda keçiriləcək turnirdə döyüşmək istədiyini açıqladı: “Hazırda il təzə başlayıb. Bütün fikrim Türkiyədə keçiriləcək turnirə yönəlib. Akinlə görüşümüz gecənin əsas döyüşüdür. Bundan sonra növbəti yarışlar haqda danışmaq olar. Gələcəkdə çox istərdim yenidən Bakıda keçiriləcək yarışda mübarizə aparım. Doğma Vətəndə rinqə çıxmaq ikiqat məsuliyyətlidir. Amma məni sevənlərin qarşısında mübarizə aparmaq istərdim”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
C vitaminin vacibliyi
Azərbaycanda əl heykəlləri dəbə düşüb - QİYMƏTLƏR
Uzun yay paltarları
Hicablı xanımlar üçün ziyafət donları
Uşağı belə oturanlar, diqqətli olun!
Kitab rekord qiymətə satıldı
“Qalatasaray” da PSJ-nin halına düşdü
Qat-qat xəmirli albalılı pirojna (foto resept)
Həyatdan öyrəndiyim dərslər
Məşhur futbolçu COVID-19-a yoluxdu
Qəribə vərdişli 15 Hollivud ulduzu
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
ƏRƏB TOY GEYİMLƏRİ VƏ MAKİYAJLARI
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
Koronavirusdan qorunmaq üçün BUNLARI EDİN
Bir sual yüzlərlə ev yıxdı!
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
“Coker” üçün 50 milyon dollarlıq təklif
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ - VİDEO
Google İŞİD-ə qarşı müharibəyə başladı
Zəlzələ binalara ziyan vurdu
Rusiya yenidən saatı çəkir
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Keremdən Serenaya EVLİLİK TƏKLİFİ
Sürətli saç uzadan kök maskası
16 yaşlı qızın dadlı əl işi
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Daşınmaz əmlak mütəxəssisindən qorxulu xəbərdarlıq
Ən sürətli saç uzadan maska
Alla Puqaçovanın növbəti əməliyyat istəyi ürəyində qaldı
Günün ulduz falı
Boyuna buz qoymağın faydaları
Azərbaycanda kütləvi kitabxanaların sayı azalır
Alişan doğulacaq oğlunun adını açıqladı-FOTO
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Günümüzün narkotiki şəkər! (2)
Kartof dolması (foto resept)
Nazirlik rüşvət alan direktorla bağlı araşdırmaya başladı
Qadınların fərqli psixalogiyası(2)
WhatsApp-ın yeni sahibi danışdı
Ləziz salat (foto resept)
Kirayə mənzil: problemdən necə qaçmalı?
2013-2014 mövsümü üçün payız-qış kostyumları
- ŞƏRHLƏR