“İpəzor”, “Süranə” və “Geyçim”… Bu sözlər son günlər ölkənin az qala gündəmi olub desək, bəlkə də yanılmarıq. İddiaya görə, bu sözlər “şpilka”, “kupalnik”in qarşılığı olaraq Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu son günlər sosial şəbəkədə qurum tərəfindən Azərbaycan dilçiliyinə heç bir məntiqə əsaslanmayan, eyni zamanda gülməli səslənən yeni sözlərin gətirildiyi barədə fikirlərə münasibət bildirib.
Qafqaznews.az bildirir ki, qurumdan ansprerss-ə verilən məlumata görə, son günlər xüsusilə Facebook sosial şəbəkəsində dilçiliyə birmənalı qarşılanmayan bəzi yeni sözlərin daxil olması barədə fikirlər yayılıb. Bu sözlər heç də birmənalı qarşılanmayıb.
Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü anspress-ə açıqlamasında deyib ki, sosial şəbəkədə yayılan bu iddialar heç bir reallığı əks etdirmir:
“Bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib, onlar İnstitutun Elmi Şurasında müzakirə olunmayıb. Sosial şəbəkədə müzakirəyə çıxarılan bu tipli sözlər müəyyən qrup insanların uydurmasıdır”.
Onun sözlərinə görə, hazırda filologiya elmləri doktoru Sayalı Sadıqovanın rəhbərliyi ilə Azərbaycan dilinin izahlı lüğəti hazırlanır və qeyd edilən həmin sözlərin yeni hazırlanan lüğətə daxil edilməsi barədə söhbət getmir.
Hətta qeyd edilən sözlərdən “ilhamlanan” bəzi vətəndaşlar Azərbaycan dilinə yeni gülməli sözlər “gətirməyi” də unutmayıblar.
Nazirlər Kabineti yanında terminalogiya komissiyası sədrinin müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadoqova da bir qrup insanın müzakirəyə çıxardığı gülünc doğuran sözlərdən komissiyanın xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, bu barədə heç bir təklif verilməyib və bu sözlər heç biri işlək olmayacaq.
“Kimlərsə özündən yeni sözlər yaratmaq istəyir. Bunu da komissiyanın adına çıxırlar. Biz bu sözləri ortaya çıxaran şəxslər barədə Ədliyyə Nazirliyinə müraciət etmişik. Həmin şəxslər barəsində hüquqi tədbir görüləcək. Dilimizə daxil olan yeni sözlərin qarşılığının tapılması işi ilə bağlı hər sahənin öz mütəxəssisləri məşğul olur. Məsələn, yeni daxil olan termin fizikaya aiddirsə, yeni sözün tapılması ilə fiziklər məşğul olur. Bunun üçün bizim 16 komissiyamız var. Termini mütəxəssis yaratmalıdır, vətəndaş yox. Ona görə də, söz hazırlanarkən mütəxəssisin rəyi önəmlidir, vətəndaşın yox. Sözün bütün əlamətləri yeni yaranan sözdə öz əksini tapmalıdır”.
S.Sadıqova yeni sözlərin yaradılması ilə bağlı komissiyaya çoxsaylı müraciətlərin də daxil olduğunu deyir. Məsələn, vətəndaşlar müraciət edir ki, günəşin adını niyə “günəş” qoymusuz? O, 24 saat dolandığı üçün adını “dolanan” qoyaq. “Təbii ki, bu baş verə bilməz. Yaxud da “bucaq” sözünün “künc” sözü ilə əlavə edilməsi ilə bağlı da çoxsaylı müraciətlər daxil olur. Axı riyazi termin olan “bucaq” sözünü “künc” sözü ilə əvəz etdikdə çətinlik yaranır. Məsələn, “altıbucaq” yerinə, “altıkünc” sözü çətin səslənir”.
Qeyd edək ki, terminlər lüğətinin 2-ci hissəsi noyabrda işıq üzü görəcək. Hələlik həmin lüğətə nə qədər və hansı sözlərin daxil olunacağı bilinmir. Ancaq o bəllidir ki, bu lüğətdə gülüşə səbəb olan “geyçim”, “süranə” kimi olmayacaq.
anspress.com
XƏBƏR LENTİ
Qızların beyni daha tez inkişaf edir?
Boşanma səbəbi məlum oldu-FOTO
Azərbaycanlı deputatlar: "İnsanlar təşviş içərisindədir"
Uşaqlara məktəbi və dərsləri necə sevdirməliyik?
Klaç çanta modelləri
ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı
"WhatsApp"a çox pis xəbər
Mütəxəssislər ən ideal qoruyucu maskanı açıqladı - FOTO
Kilolu və qısa boylu qadınlar üçün geyim məsləhətləri
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
Daşaltı əməliyyatında şəhid olanlar yad edildi
Tulum modelləri
Şəhid olan əsgərimizin "Facebook"da ölümündən öncə yazdığı status
Romantik filmlər
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 802 yeni yoluxma
Bollivud aktyorları (son)
BÜRCLƏR bizə nə vəd edir?-21 Sentyabr
Qarğıdalı çörəyi (foto-resept)
Prezident: “Azərbaycan peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq”
"Elektron siqaret" də ziyanlı imiş
Uşaqlar və ev heyvanları
Günün ulduz falı
Azərbaycana yaşamaq üçün gələnlərin sayı artıb
Qışda necə geyinək?
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Yay salatı (foto resept)
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ
Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
Madonna məhkəməlik oldu-SƏBƏB
Ermənilərin ən ağır günü
Güzəştli mənzil almaq istəyənlər üçün YENİ XƏBƏR
Ayaq şişməsinin səbəbləri və müalicəsi
Məşhur cütlük ayrıldı - FOTO
Rusiya Ermənistanın hörmətsizliyini cavabsız qoymadı
Evdə ilan görən ailə gününü küçədə keçirməli oldu
Smartfonların satışı tarixdə ilk dəfə azalıb
Həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı
Qeyri-adi çarpayılar
İŞİD daha bir ölkədə
Yeni Trend: "Monokrom"
Bakıda şəxsi maşınla yük daşısaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-30
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Türkiyədən dünyaya möhtəşəm "1915" mesajı
Göz yaşları və ya Tanrının imzası
"Bəzən pərdələr qəzaya səbəb olur"
Lodz Universitetində Azərbaycan dili öyrədiləcək
Alina Kabayevanın əkizləri doğuldu















- ŞƏRHLƏR